Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək | Qərbi Azərbaycan Xronikası

Sdílet
Vložit
  • čas přidán 23. 08. 2024
  • Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək | Qərbi Azərbaycan Xronikası
    “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
    “Babalarımızın ruhları ermənilərin orada yaşamasına imkan verməyəcək” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toxluca kənd sakini Müzahim İsgəndərovun həyat hekayəsinə həsr olunub.
    O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb, gənc vaxtlarında əsas gününün Göyçə gölünün sahilində keçdiyini bildirib.
    M.İsgəndərov deportasiya illərindən də söz açıb. 1988-ci ildə Göyçənin Şorca kəndində böyük bir mitinq keçirərək Göyçə mahalına muxtariyyət tələb etdiklərini deyib:
    “Biz Qarabağ Azərbaycan torpağıdır!” şüarını qaldırmışdıq. Bundan sonra ermənilər daha da qorxuya düşdü və başladılar bizi sıxışdırıb çıxarmağa. Təbii ki, biz öz torpaqlarımızdan çıxmaq istəmirdik. Rus hərbçiləri var idi, onları göndərdilər. Rus hərbçiləri dedilər ki, sizə 10 gün vaxt veririk. Çıxmasanız, biz sizi qoruya bilməyəcəyik. Çıxmalısınız. Yavaş-yavaş da camaat çıxırdı, biz də məcbur olduq öz ata-baba yurdumuzu tərk etdik”.
    Onun sözlərinə görə, 35 ildir Bakı şəhərində yaşamalarına baxmayaraq, yenə də yuxuda kəndlərini görür: “Biz orada böyümüşük, boya-başa çatmışıq, o evləri öz əlimizlə tikmişik. Ora bizim ata-baba yurdumuzdur. Qəbirlərimiz oradadır. Bizim bugünkü məqsədimiz torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıtmaqdır.
    Ermənilər heç vaxt Qərbi Azərbaycanda yaşamayıblar. Qərbi Azərbaycan bizim üçün doğmadır. İnşallah, biz gedib elimizi, obamızı ziyarət edəcəyik, orada yaşayıb yenə quracağıq. Ora bizim daimi vətənimizdir".
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    • Son dəqiqə: Qarabağda ...
    • DTX qanunsuz erməni si...
    • Ər-arvad bir-birini bı...
    Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək | Qərbi Azərbaycan Xronikası
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #QərbiAzərbaycanXronikası #Göyçə #Müzahimİsgəndərov #ermənilər #Toxluca #məktəb #torpaq #tolca #QərbiAzərbaycan #evsahibi #qızılmədəni #Kəlbəcər #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvcanlı #bakutvlive #canlıbakutv #bakutvxeberler #bakutvcanlıyayım #bakutvxeber #бакутв #украина #россия #aрмения #азербайджан #новости #news

Komentáře • 4

  • @user-gl6vc7jr1k
    @user-gl6vc7jr1k Před 10 měsíci +1

    Allah bizlere komek olsun, 🙏 mende Toxulcaliyam gozel yerler idi inwallah qayidariq gozel torpagimiza🙏

  • @SehraneZerbeliyeva-cu6qo
    @SehraneZerbeliyeva-cu6qo Před 10 měsíci +1

    İnşALLAH

  • @BairamovaN61
    @BairamovaN61 Před měsícem

    Аллах..горусун.сизи.😂😂