Qalxanvari vəzi xərçəngləri arasında ən təhlükəli növ BUDUR!!! Dr.Sadiq Bəbirov

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Qalxanvari vəzinin xərçəngləri arasında ən təhlükəli hansı növdür?
    Qalxanabənzər vəzin xərçəngi və onun tipləri
    Qalxanabənzər vəzin xərçəngi 4 əsas tipə bölünür:
    Papilyar xərçəng. Qalxanabənzər vəzin ən çox rast gənilən xərçəng tipidir (80%). Çox vaxt yaşı 20-45 olan insanlar arasında təsadüf edir. Qeyd edim ki, uşaqlarda qalxanabənzər vəzin xərçəngi diaqnozu qoyulursa, bu məhz papilyar tip xərçəng olur. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Papilyar xərçəng əksər hallarda gizli keçir, və şişin ölçüsü uzun müddət 1 sm-dən kiçik olaraq qalır.
    Qalxanvari vəzin xərçənginin simptomları haqqında ətraflı buradan oxuya bilərsiniz. Səsəblərdən biri - uzun müddət yodla zəngin məhsulların çoxlu miqdarda istifadə edilməsidir. Qalxanabənzər vəzin papilyar xərçənginin müalicəsi cərrahi yolla aparılır. Ölçüsü kiçik olan şişləri götürdükdən sonra pasiyentlərə ömürlük hormonal müalicə təyin edilir. Metastaz aşkarlanan hallarda əlavə olaraq radioaktiv yodla müalicəyə ehtiyac yarana bilər. Əməliyyatdan sonra xəstənin qanında tireoqlobulinin miqdarı sıfıra yaxın olması müalicənin uğurlu nəticələndiyinə sübüt edir.
    Follikulyar xənçəng. Adətən 40-60 yaş arası insanlarsa yaranır. Papilyar tipə nisbətən daha nadir hallarda baş verir (10%). Qalxanabənzər vəzin bu tip xərçənginin müalicəsi də cərrahi yolla aparılır. Pasiyentlər əmalliyatdan sonra radioaktiv yodla müalicəyə yönləndirilirlər.
    Medulyar xərçəng. Bu tip xərçəng irsi xarakter daşıyır və adətən gec aşkar olunur (metastaz verdikdən sonra). Müalicəsi - cərrahi əməliyyat. Müalicədən sonra pasiyentin qanında kalsitoninin miqdarı mütəmadi olaraq yoxlanılmalıdır, və ciddi nəzarət altında saxlanılmalıdır.
    Anaplastik xərçəng. 5% hallarda rast gəlinir, və qalxanabənzər vəzin bütün xərçəngləri arasında ən bədxassəli şişdir. 65 yaşdan yuxarı olan insanlarda gizli şəkildə sürən follikulyar və ya papilyar xərçənglərin sürətlə böyüməsi nəticəsində yaranır. Gec aşkar olunduğu üçün şişin cərrahi yolla çıxarılması effektsiz olur, və buna görə də belə pasiyentlərin qalan ömrü nisbətən rahat olması üçün şüa terapiyasına ehtiyac yaranır.
    Endokrin Mərkəz
    Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
    Tel: (012) 514 45 01; (012) 514 45 02
    Mobil: (050) 210 23 44
    Facebook: Endokrin Merkez
    İnstaqram: endokrin.merkez

Komentáře • 27

  • @dr.sadiqbbirov2230
    @dr.sadiqbbirov2230  Před rokem +1

    Endokrin Mərkəz
    Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A
    Tel: (012) 514 45 01; (012) 514 45 02
    Mobil: (050) 210 23 44
    Facebook: Endokrin Merkez
    İnstaqram: endokrin.merkez

  • @EliMusayev-rm2rt
    @EliMusayev-rm2rt Před 5 dny

    Delenci metleb nevelereve neseb elesen ulu tanerem Menen delendeyen hamese bele yerlere xecle amin inshallah

  • @ramazanramazanl7697
    @ramazanramazanl7697 Před rokem +1

    size cox cox teşekkurler

  • @aygunqasimov6846
    @aygunqasimov6846 Před rokem

    Sən harika bir hekimsin

  • @user-kk3jw2cf2z
    @user-kk3jw2cf2z Před 11 měsíci +2

    Zehmetdi biri yazsinda Qalxanvari vez Anginami ya ayri ayri Xesteliklerdimi,,Rasiyadan yaziram biilmirem ayri ayri xesteliklerdimi,

    • @user-ig3eh1gu3m
      @user-ig3eh1gu3m Před 8 měsíci +1

      Mende var zop qalxanda boğazimin yolu iltihablanir

  • @jullyet
    @jullyet Před rokem

    SALAM Sadik hekim mende hasimotali boyuk yeni zeherli zobdur.Sepkiler yaralar emele gelir.Demek olarki boymum ayaqlarima kimi sepirem sonra derinlesir yara kimi olur.sistem mualiceyle cekilir.10gun sonra yene qaynayir derim sepir.Xais edirem cavab yazin zeherli zobun fesadibplarmi ?

  • @user-kk3jw2cf2z
    @user-kk3jw2cf2z Před 11 měsíci

    Salam Hekim zehmetdi yazardiz Qalxanveri vez, Anginami ya ayri ayri xesteliklerdi, 4 Aydan sonra Ayri bir Hekim mene Angina Diaqnozu qoydu, 8 mml, şişdi ,Malicelere yeniden başliyaram 3 D uzilerden sonra,Rasiyadan yaziram,

  • @ruslanquliyev2910
    @ruslanquliyev2910 Před rokem

    Salam həkim. Məni siz əməliyyat etdiniz sentyabrda əlləriniz var olsun .

    • @ruslanquliyev2910
      @ruslanquliyev2910 Před rokem

      @@elgunehmedli məndə 2 terefli metostat vermişdi deyə 6minə. Amma tək zob 2mindi

    • @ruslanquliyev2910
      @ruslanquliyev2910 Před rokem

      @@elgunehmedli həkimlə danışın. Bizə dedi hər tərəf 2mindir.ama bir ədəd şişdirsə yəqin ucuz edər

  • @ruslanquliyev2910
    @ruslanquliyev2910 Před rokem

    Papilyar karsinoma idi məndə radioaktiv yod da qəbul etdim.indi çox yaxsıyam .İn se Allah heç kimin başına gəlməsin.gəlsə belə Sadiq həkim var qorxmayın

  • @aksin..313
    @aksin..313 Před rokem

    Salam həkim linfa vəzi əməlyatın neçiyə ediraiz ? Xaiş edirəm cavab yazın 🤲🏼 bidənə əməlyatın qiymətin yazın bəsdi

  • @mirvariibrahimova854
    @mirvariibrahimova854 Před 3 měsíci

    🤲

  • @gunsncfova2672
    @gunsncfova2672 Před 9 měsíci

    Salam 2019 cu ilde qalxana benzer vəzin papilyar kalsinoma diaqnizi ile emelyat oldum vəz götürüldü radyaktiv yod verildi 3 ildi indi sol tərəfdə düyün emele gelib tezdən xerceg emele gelme ehtimali var

  • @CreateHome2011
    @CreateHome2011 Před rokem +1

    Hekim Salam men Rassiyada yasiyram mende duyunlu zob cixib.Inde men biobsi analizi vermemi meslehet gorurler . Eger mende zobda xerceng cixarsa ne etmeliyem . Sozun duzu cox qorxuram.Emelyatdan sonra ne fesadlar ola biler? Xais edirem imkan derecsinde Cavab verdiz.

    • @royalxeyal151
      @royalxeyal151 Před rokem

      Allah komey olsun mende Russiyadayam uzide mendede zop çixdu ama hekim hele baxmiyin diye deqiq bilmirem hansinandi insAllah ayin 10 gecem hekime

    • @DanUlduzu
      @DanUlduzu Před 7 měsíci

      ​@@royalxeyal151Salam baci rus dilinde ne deyiller щитовидная железа? Mene hekim bu uzuni yazib ama bilmirem nedi, zobdu? Hele getmemisem

    • @dunyam-wj6ol
      @dunyam-wj6ol Před měsícem

      Salam baci nece oldunuz? ​@@royalxeyal151

  • @zhrasahmirzeyeva323
    @zhrasahmirzeyeva323 Před rokem

    Salam Sadiq hekim .Meni iller önce zobdan siz emeliyyat etmisiniz .Qalxanvari vezi tamamile goturmusunuz .Özümü çox yaxşi hiss edirdim .Son vaxtlar boğazımdan ele bil boguluram ,sixiliram çox aqressivem .Bu neden ola biler ?

    • @dr.sadiqbbirov2230
      @dr.sadiqbbirov2230  Před rokem

      Salam. İlkin olaraq hormon analizləri(TSH və FT4) verin. Həmçinin Vitamin D çatışmamazlığı bu kimi simptomlar verə bilir

    • @zhrasahmirzeyeva323
      @zhrasahmirzeyeva323 Před rokem

      @@dr.sadiqbbirov2230 çox sağ olun . Allah sizi var etsin deyerli hekim

  • @user-rn7ug4os9t
    @user-rn7ug4os9t Před rokem

    Həkimin qəbuluna nece yazılmaq olar?

    • @dr.sadiqbbirov2230
      @dr.sadiqbbirov2230  Před rokem

      Endokrin Mərkəz
      Nərimanovda Heydər Əliyev mərkəzinin arxasında Neptun market var. Marketin arxasında klinika yerləşir.
      Həsənoğlu küçəsi 16A
      Klinika saat 08:10-dan 17:00-dək fəaliyyət göstərir.
      Sadiq doktor bazar günü istisna olmaqla hər gün saat 15:00 dan - 17:00 dək Endokrin mərkəzdə pasientləri qəbul edir.