Qlobal istiləşmə

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. İstixana qazları özlüyündə (su buxarı, karbon dioksid, metan) Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Bu qazlar olmasaydı yer səthinin temperaturu indikindən təxminən 330 C aşağı olardı. Lakin bu qazların miqdarı
    yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Bu, "istixana" effekti adlanır. İstixana qazları, daha dəqiq "istixana effekti yaradan birləşmələr" deyərkən, adətən CO2 (karbon qazı), CH4 (təbii qaz kimi tanıdığımız metan qazı), N2O (azot oksidi), halogenli qazlar olan xlorflorkarbon, xlorflorkarbohidrogen, perflorkarbon, SF6 (kükürd heksaflor), O3 (ozon) və su buxarı nəzərdə tutulur. Yer səthində “istixana qazları”nın
    konsentrasiyasının artması Yerdəki artıq infraqırmızı şüalanmanın geriyə - kosmosa səpilməsinin qarşısını alan “qaz örtüyü”nə çevrilir. Nəticədə Yer səthi nazik təbəqə ilə örtülmüş istixanaya bənzəyir. Sonda Günəşdən
    gələn enerjinin böyük hissəsi Yerə yaxın qatlarda toplanaraq onun səthinin və atmosfer havasının qızmasına səbəb olur. Bu isə temperaturun artmasına, buzlaqların əriməsinə, sellərə, iqlim dəyişmələrinə səbəb olur.
    ============================================
    Facebook: savad.siz
    Instagram: savad_siz
    CZcams: / savadsiz​

Komentáře • 30

  • @azerperviz7971
    @azerperviz7971 Před 3 lety +6

    Videolar daim gelsin

  • @azerperviz7971
    @azerperviz7971 Před 3 lety +5

    Çox sağ olun müəllim

  • @vahidtagiyev7196
    @vahidtagiyev7196 Před 3 lety +5

    Aferin.

  • @yawaryusifov5016
    @yawaryusifov5016 Před 2 lety +2

    Çox sağolun müəllim!

  • @aysrcbova5970
    @aysrcbova5970 Před 3 lety +5

    Çox yaxşı melumat verirsiz.. uğurlariniz bol olsun

  • @Shefaqetova_Nezmiye
    @Shefaqetova_Nezmiye Před 2 lety +2

    Çoox tesekkur edirem bu cur ətrafli məlumata görə..

  • @yaradccmiyyt7580
    @yaradccmiyyt7580 Před 2 lety +5

    Hazırda Yer planetində iqlimin kəskin dəyişdiyi və təbii fəlakətlərin artdığı bir faktdır. Qlobal istiləşmə dediyimiz bu dəyişmələrin nəticələrindən yalnız birisidir ki, hazırda bütün dünyanın diqqəti bu istiləşməyə çəkilir və bunu insan fəaliyyətinin nəticəsi, istixana effekti, karbon emisiyyaların artması ilə izah edirlər. Karbon qazının azaldılmasına son 40 ildə milyardlarla pul xərclənib ki, bunun da heç bir nəticəsi yoxdur, əksinə, təbii fəlakətlər daha da kəskinləşməkdədir. Çünki iqlim dəyişikliyinin səbəbi heç də insan fəaliyyəti ilə bağlı deyil. Təbii ki, insan fəaliyyəti planetin ekologiyasına ciddi təsir edir amma ilqiminə yox. Məlumdur ki, Yerin nüvəsi kəskin şəkildə yerini dəyişib və bu səbəbdən yerin fırlanma sürəti artır, maqma isə yerin üzünə qalxır. Bu proseslər öz növbəsində yerin üzündə temperaturun artmasından əlavə böyükmiqyaslı təbii fəlakətlərə səbəb olur. Günəş sisteminə daxil olan digər planetlərdə də ciddi dəyişikliklərin başladığı müşahidə edilir. Bərk nüvəyə malik planetlərin nüvələrində ciddi proseslər gedir. Bütün bunlar daha böyükmiqyaslı kosmik proseslərlə bağlıdır ki, bu da dövri xarakter daşıyır. Hər 12000 ildən bir Yer planeti ciddi təbii fəlakətlər dövrünü yaşayır. Hazırda biz məhz növbəti belə bir dövrə qədəm qoymuşuq.

  • @lola1580
    @lola1580 Před 2 lety +3

    Bu bilikləri çox gözəl şəkildə çatdırırsız. Uğurlar arzu edirəm bu videolara çəkməyu davam elətdirin çox xahiş, belə bir kanala görə də təşəkkür edirəm sizə..

    • @savadsiz
      @savadsiz  Před 2 lety +2

      Bizdə təşəkkür edirik.Kanalımızı bəyənin və paylaşın.Yeni buraxılışlar davamlı olacaq.😊

  • @damlannseirdunyasibehmenli6304

    Salam.Cox sagolun melumata gore

  • @seriyyesuleymanova6030
    @seriyyesuleymanova6030 Před rokem +2

    Cox tesekkur edirem size ALLAH razi olsun sayenizda muellim veren tepsirigi yeri yerinde yazdim yene de cox saqolun.

  • @nerminabdullayeva3804
    @nerminabdullayeva3804 Před 2 lety +2

    Çox sağolun dəyərli mütəxəssis.Gozəl bir şəkildə məlumat verirsiz.

  • @saqibmmmdov3279
    @saqibmmmdov3279 Před 2 lety +2

    Uğur olsun....

  • @omer.memmedov
    @omer.memmedov Před 3 lety +6

    Daim gəlsin videolar

  • @sexavetrefiyev4776
    @sexavetrefiyev4776 Před 2 lety +2

    Bu kanalı təşkilatçılarından biri də menim müəlimim Anar Ibrahimliidir

  • @RifatNabisoy
    @RifatNabisoy Před 3 měsíci

    lazımlı

  • @SeymurBayramov-pj3hb
    @SeymurBayramov-pj3hb Před 3 měsíci

    Daimi davamı olsun

  • @gulnazxelilova4581
    @gulnazxelilova4581 Před 3 lety +4

    Insanları maarifləndirmək üçün heç nə etmirlər , herkes gündə 10 dənə plastik su alır , xəbəri olsa bunlardan bəlkə diqqət edərlər , ekologiya nazirliyi hara baxır axı , hətta plastik torbalar da pullu olmalıdır ,çoxdan olmalı idi .

  • @emliymirzadeh.
    @emliymirzadeh. Před rokem +2

    Salam bunun garşisini almaliyik🌏👊

  • @yawaryusifov5016
    @yawaryusifov5016 Před 2 lety +1

    Bir evi tikmək üçün en azı 100 ağac kesilir hansiki bu ağaclar 30 ilə yetişmir

  • @switzerland1779
    @switzerland1779 Před 3 lety +1

    🤣🤣🤣🤣