Bəhram Mansurov (12 fevral 2021)

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • BƏHRAM MANSUROV
    (1911-1985)
    Azərbaycan xalq artisti, tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevralın 12-də İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra rus-tatar məktəbində alıb, oxuduğu son təhsil ocağı isə Pedaqoji Texnikum olub. Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1932-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri kimi uzun illər muğam operalarını tarda müşayiət edib. Onun ifasında “Çahargah” və “Rast” muğamları nota salınıb. 1941-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib, bir çox tarzənlərin ustadı olub. Bəhram Mansurov 1985-ci il mayın 14-də Bakıda dünyasını dəyişib. O, xalq artisti Eldar Mansurovun, tarzən Elxan Mansurovun və kinooperator Aydın Mansurovun atasıdır.
    Bəhram Mansurovun şəxsi arxivindən.

Komentáře • 1