Telman Sabirabadli Ya Muhəmməd ya Əli ya Fatimə 2024

Sdílet
Vložit
  • čas přidán 9. 09. 2024
  • sözlər,
    Əvvəl Allah yazdı ərşe əzəmə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə
    Örgəşib etdi Mələklər züm zümə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə
    Xəlq edib əvvəl bu üç nuri Xuda
    Ta işıqlansın kərato masəva
    Onlara əz ibtida ta intiha
    Həm qəmər mədy oldu həm Şəmso zuha
    Sərvəri sadatidür bu üç rüba
    Qıl təvəssül dərdüvə istə dəva
    Səslə dildən çat fuyuzi əzəmə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə
    Bu gözəllər xilqətə banidilər
    Cilveyi ənvari Rəbbanidilər
    Zahiri surətdə insanidilər
    Sirəti batində Sübhanidilər
    Övliya ayate Quranidilər
    Baqiyətə kim deyir sanidilər
    Göylərə olmuş bu adlar qaimə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə
    Muştəfani get mələklərdən soruş
    Murtəzani pak ürəklərdən soruş
    Nami Zəhrani fələklərdən soruş
    Qədre dəryadi səməklərdən soruş
    Qiymətin vəli məhəklərdən soruş
    Yare feyzin bi köməklərdən soruş
    Səslənə hər kəs düçar olsa qəmə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə
    Ya Muhəmməd səslə gör mənalari
    Ya Əli zikr eylə keç dəryalari
    Səslə Zəhrani dolan səhralari
    Qəlbivə yol vermə ahu valəri
    Satma bu məhrəmləri na məhrəmə
    Ya Muhəmməd Ya Əli Ya Fatimə.

Komentáře • 17