Video není dostupné.
Omlouváme se.

Nofəl Arazi - Yay gecəsindən elegiya (mini poema)

Sdílet
Vložit
  • čas přidán 7. 07. 2024
  • mövzu: Yay gecəsindən elegiya
    söz: Nofəl Arazi
    İfa: Anar Oğuz
    musiqi: Ben Böyleyim - Ayten Alpman
    Videoların davamı üçün kanala abunə olub, videolara rəy yazmağı unutmayın. Rəyləriniz və düşüncələriniz bizim üçün önəmlidir. İstək təkliflərinizi şərhlərdə bildirin.
    Official (Tvitter) profile
    Araz_Efendi?s=09
    Offical (CZcams) Channel
    / @araz_efendi
    Official (Instagram) profile
    / araz_efendi_official ~
    Official (TikTok) profile
    / araz_efendi
    Offical (Facebook) profile
    / araz.efendi.official
    Rəsmi Əməkdaş (CZcams)
    / @sozun_ozu
    "Yay gecəsindən elegiya"
    Əruz üstündə mini-poema
    ***
    Yay fəsli, iyul, isti gecə, mən və xəyallar,
    Ruhum saçını sənli xəyallarda sığallar.
    Beynimdə cavabsız dolaşır xeyli suallar,
    Arxanca bu cür qoyduğun izlər darıxıbdır.
    Xatırlayıram, yan-yana mənlə oturardın,
    Naz, qəmzə ilə çoxlu xəyallar da qurardın.
    Lap göz-gözə gəlməkçün ayaq üstdə durardın,
    Görmür neçə gündür səni gözlər, darıxıbdır.
    Küskünlüyə dözməzdin elə tez barışardın.
    Kim tez güləcəkdir deyə mənlə yarışardın,
    Güldürmək üçün sən məni tez-tez danışardın,
    O söylədiyin gülməli sözlər darıxıbdır.
    ***
    Darayardım yenə kaş saçlarını
    Öpərək qoxlayaram.
    Hələ ətrin qalıb eyni, görəsən?
    Deyərək yoxlayaram.
    O kiçik gözlərinin sürməsi yox,
    Yenə də qapqaradır.
    Deyirəm, Tanrıya mən qurban olum,
    Nə gözəllik yaradır!
    Öpərəm saçlarını, əllərini, gözlərini,
    Necə cənnət qoxuyur saçlarının incə teli.
    Yenə son zəng günü, məktəb həyəti, sən və külək,
    Günəşin isti şüasında səni seyr edərək
    Səni xatırlayaram, bir də şirin sözlərini.
    ***
    Nə zaman,
    Nə zaman küncə çəkilsən, gələrəm mən yanına
    Sənə dəstək olaram, həm danışıb güldürərəm.
    Silərəm inci kimi saf, balaca göz yaşını,
    Səni ətrafda kim incitsə onu "öldürərəm".
    Təkcə mən səsləyərəm sevgi dolu səslə səni,
    Kim ki incitsə səni tez-tələsik səslə məni.
    Öpərəm,
    Öpərəm əllərini, xırdaca barmaqlarını
    Hələ lak dəyməmiş o bakirə dırnaqlarını.
    Saçı cənnət qoxuyan qız, dodağın qönçə çiçək,
    Dişin ağ, dürr kimi, nitqinsə şirin, dağ balıtək.
    ***
    Bir gülüştək dodaqlarında görünmək,
    Damənintək sənin dalınca sürünmək,
    Nə gözəldir!
    Bir həzin nəğmətək səsinlə oyanmaq,
    Lap cəhənnəm odunda birgəcə yanmaq,
    Nə gözəldir!
    Sən olan yerdə hər çətinliyə dözmək,
    Sənlə hətta tikan içində də gəzmək,
    Nə gözəldir!
    Sənli könlüm ölüm meyindən içərsə,
    Son dəqiqəm əgər səninlə keçərsə,
    Nə gözəldir!
    ***
    Sən mənim qəlbimdə bir yer tutmusan, ey dilbərim,
    Sanki beytimdən doğan ən ali bir məna kimi.
    Saldı hicrin, ey əzizim, ruhumu səhralara
    Kaş olardı ayrılıq qəflət ötən röya kimi.
    Bəhri-qəm olsan əgər mən hər gecə içmək üçün
    Bir tuluq qəm doldurardım bəhridən səqqa kimi.
    Vəsf edər şair Arazi hər zaman gül çöhrəni
    Sən yaşarsan ölməyən şerimdəki misra kimi.
    ***
    Mən xəstə sənsə loğman,
    Sənsən bu dərdə dərman.
    Tezliklə bir olardıq,
    Bitsəydi kaş bu hicran.
    Qan oldu bağrım, ey gül,
    Həsrət çəkir bu bülbül.
    Bir sən gecikdin, artıq
    *Açmış bənövşə, sünbül.
    *Misra Hüseyn Cavidindir.
    © Nofəl Arazi
    Kanalda paylaşılan videolar haqda əsaslı iradınız, eynizamanda ``tərəfinizə aid qadağan etdiyiniz musiqi və ya hər hansı video`` hissəsi olarsa, xaiş edirik iradınızı, sözügedən paylaşımın rəy bölməsində qeyd edin., Biz də iradınıza nəzər yetirib, sözügedən məsələni, və ya paylaşımı aradan qaldıraq. .
    Təşəkkürlər
    EN: Dear people, If you have a grounded comment or complaint about the videos shared on the Channel, please do not complain, let's not waste each other's efforts. If so, please leave your comment in the comments section of this post. We will consider your comment and fix the problem at the exact time.
    Thanks
    #NofəlArazi #poema

Komentáře • 2

  • @nofelxelilov2340
    @nofelxelilov2340 Před měsícem

    Çox sağ olun. Hər birinizə öz dərin təşəkkürümü bildirirəm.❤

  • @ilkinziya
    @ilkinziya Před měsícem

    Bakirə dırnaqlar adamı lap gic eləyir e))))