Bakıda bu ərazidə hər an məktəbli ölə bilər - Şagird və müəllimlərin həyatı təhlükədə - APA TV

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • #APATV #məktəbli #məktəb #müəllim #şagird #təhlükə #88nömrəli #tamortaməktəb #Xəzər #Binə #Əliİsazadəküçəsi #BNA #yol #problem #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Bakıda bu ərazidə hər an məktəbli ölə bilər - Şagird və müəllimlərin həyatı təhlükədə - APA TV
    88 nömrəli tam orta məktəbin qarşısındayıq. Məktəbin giriş və çıxış qapısı birbaşa yola açılır. Ən təhlükəli vəziyyət isə odur ki, məktəbin nə qapısının ağzında, nə də 10 metr o tərəf, 10 metr bu tərəfdə heç bir xəbərdarlıq nişanı yoxdur, zolaqlar çəkilməyib, tranpilin quraşdırılmayıb. Bu da hər gün məktəbə gələn şagirdlərin, müəllimlərin həyatı üçün ciddi təhlükə deməkdir. Avtomobillər burada dönmə əməliyyatını belə doğru-düzgün şəkildə yerinə yetirə bilmirlər. Həmçinin yolun sağ və sol tərəfində avtomobillərin park edilməsi yolu daha da keçilməz edib. Məsələnin nə qədər təhlükəli olduğunu da öz gözlərinizlə görürsünüz.
    Mövcud vəziyyət Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində yeni inşa edilən 88 saylı tam orta məktəbin istər şagirdlərini, istərsə də, onların valideynlərini ciddi narahat edir.
    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, bununla bağlı müvafiq işlər görülür: “Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq 100-dən artıq məktəbin ətrafında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması ilə bağlı tədbirlər görülüb. Qeyd etdiyiniz 88 nömrəli məktəbin ətrafı da tədbir görülməsi nəzərdə tutulan təhsil müəssisələrdəndir və yaxın vaxtlarda həmin təhsil müəssisəsinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi üçün müvafiq tədbirlər görüləcək”.
    Hansı yaxın vaxtlar, sizin görəcəyiniz tədbirə kimi bəlkə də iş-işdən keçmiş olacaq? Nəzərə alsaq ki, 1600 şagird yerlik olan sözügedən məktəb ötən il sentyabrın 24-də istifadəyə verilib. O vaxtdan bu günə kimi düz 1 il 10 gündən artıq vaxt keçib. Və məktəbin qarşısında yol hərəkəti qaydalarını tənzimləyən nişanın və ya piyada keçidinin olmamasından xəbərinizmi yoxdur?
    Budur yaxın günlər, hörmətli BNA?
    Heçmi düşünmürsünüz ki, bu yolda hər saniyə bədbəxt hadisə baş verə bilər? O zolaqların çəkilməsi, xəbərdaredici nişanların qurulması üçün şagirdmi, müəllimmi ölməlidir?
    Heç əlaqəsi olmayan yerlərə, daha doğrusunu desək, ticarət obyeklərinin, restoranların, kafelərin önünə cürbəcür nişanları quraşdırmaqda xüsusi canfəşanlıq edirsiniz, amma hər an hansısa şagirdin ölümünə səbəb ola biləcək yerə 1 ildən çoxdur ki, nişan qoya bilmirsiniz. Sizin məqsədiniz nədir?
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Komentáře • 21

  • @DARKmizah052
    @DARKmizah052 Před 5 měsíci +1

    2024-dəyik hələ də eynidir 🤦

  • @feqanabbasov7811
    @feqanabbasov7811 Před rokem +2

    Haklslnlz xanlm.

  • @Kerbelaashiqi
    @Kerbelaashiqi Před rokem +2

    88 nömrəli məktəb hələ bu ildən istifadəyə verilib.nə vaxt 1 ili oldu🤔

  • @zeybermirzeyeva1382
    @zeybermirzeyeva1382 Před rokem +1

    Salxoz qəsəbəsində yeraltı keçid lazımdır mütləq,160 nömrəli marşrut yolunda məktəbli uşaqlar yolu keçə bilmirlər ,yol təhlükəlidir

  • @eliko9996
    @eliko9996 Před rokem +3

    Olkenin tek problemi budu axi

  • @leylayrss405
    @leylayrss405 Před rokem +4

    Mende düşmüşem orda 😂

  • @TelmiraBayramova
    @TelmiraBayramova Před 4 měsíci

    Helede o veziyyetdedi nece defe olubki sagirdler az qala masin altina dussunler .

  • @user-hf8mn2gr6u
    @user-hf8mn2gr6u Před 3 měsíci +1

    Mən😂

  • @zeybermirzeyeva1382
    @zeybermirzeyeva1382 Před rokem +1

    Tək o məktəb deyil ki Binə qəsəbəsin də bütün məktəblər elədir

  • @MTraixzhells
    @MTraixzhells Před rokem +1

    OÜODKDHKDKX mən neynirəm ordaa

  • @konulhuseynova2876
    @konulhuseynova2876 Před rokem +2

    Aaaa😂😂😂😂

  • @samedabiyev8424
    @samedabiyev8424 Před rokem +1

    Nə gopluyursuz? Məktəb 2022 çi il sentyabr ayında fəaliyyətə başlayıb yəni iki aydı uşaqlar da elə toplayırlar ki hər gün qəza baş verir bir tikə yoldu 3 dənə tramplin qoyublar bəsdirin bu qədər yalan yox da

  • @axitler
    @axitler Před rokem +4

    Əla ölüm çoxalsın.