“XƏTAİ” STANSİYASININ BAŞ YOLU TƏMİR OLUNUB

Sdílet
Vložit
  • čas přidán 23. 12. 2016
  • Metronun “Xətai” stansiyasının birinci baş yolunun rekonstruksiyası başa çatdırılaraq tam işlək vəziyyətə gətirilib. Bu gündən etibarən stansiyanın hələlik bir platforması sərnişinlərin istifadəsinə verilib. Əvvəllər Xətai və Cəfər Cabbarlı stansiyaları arasında hərəkət yalnız 2 ci yolla təşkil edilb. Birinci baş yolun o cümlədən stansiyaya bitişik mənzil yolunun və dalan yollarının sağlamlaşdırılması işlərinə 2014-cü ildə start verilib.
    Birinci baş yolda təmir işləri başa çatdığı üçün ikinci yol və platforma əsaslı təmir üçün bağlanıb. Təmir işlərinin bir il davam etməsi planlaşdırılır. Eyni zamanda, 2018-ci ilədək stansiyada olan 3 eskalatorun dəyişdirilməsi və stansiyanının görkəmində də təmir bərpa işlərinin aparılması planlaşdırılır. Gələcəkdə dairəvi olması nəzərdə tutulan yaşıl xəttin davamı olaraq, Xətai stansiyasından Həzi Aslanov istiqamətinə yeni xətlərin çəkilməsinə başlanacaq.
    Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev: “Nobel prospekti boyunca 3 yeni stansiyanın tikintisi nəzərdə tutulub. Biri Ağ Şəhər, digəri neftayırma zavodunun qarşısında. Şərti adı Y15 olan stansiyada hazırlıq işlərinə başlamışıq. Tunel qazma maşınlarının quraşdırılması işləri yekunlamaq üzrədir. İşlər qaydasında gedərsə, yanvardan y15 stansiyasından Xətai istiqamətində stansiyaların qazıntısına başlayacayıq”.

Komentáře •