İmadəddin Nəsiminin edam səhnəsi - Məndə sığar iki cahan (Nəsimi filmindən 1973) ``QƏZƏL``

Sdílet
Vložit
  • čas přidán 9. 09. 2022
  • Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.
    Videoların davamı üçün kanala abunə olub, videoları bəyənib, rəy yazmağı unutmayın. Rəyləriniz və düşüncələriniz bizim üçün önəmlidir. İstək videolarınızı şərhlərdə bildirin.
    Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir.
    Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
    Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
    Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
    Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.[3]
    Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"[4]
    Film 2010-cu ildə bərpa edilmişdir.[5]
    Film 2019-cu ilin dekabrında Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasında tam bərpa edilib.[6]
    Official (Tvitter) profile
    Araz_Efendi?s=09
    Offical (CZcams) Channel
    / @araz_efendi
    Official (Instagram) profile
    / araz_efendi_official ~
    Official (TikTok) profile
    / araz_efendi
    Offical (Facebook) profile
    / araz.efendi.official
    Rəsmi Əməkdaş (CZcams)
    / mayxana001
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
    Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
    Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
    Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.
    Kövnü məkandır ayətim, zati dürür bidayətim,
    Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
    Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
    Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
    Surətə baxu mə'nini surət içində tanı kim,
    Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
    Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
    Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
    Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
    Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
    Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
    Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
    Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
    Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
    Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
    Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.
    Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
    Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
    Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
    Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
    Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
    Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
    Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
    Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
    Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
    Bundan uludur ayətim, ayətü şanə sığmazam.
    İmadəddin Nasimi
    Paylaşılan videolar haqda əsaslı irad, və ya şikayətiniz olarsa, xaiş edirik şikayət etməyin. Məxsusən ``müəllif hüquq tələbi`` eynizamanda ``tərəfinizə aid qadağan etdiyiniz musiqi və ya hər hansı video`` hissəsi olarsa, iradınızı, sözügedən paylaşımın rəy bölməsində qeyd edin.Biz də iradınıza nəzər yetirib, sözügedən məsələni, və ya paylaşımı həmin an aradan qaldıraq.
    Sevgilər
    EN: Dear people, If you have a grounded comment or complaint about the videos shared on the Channel, please do not complain, let's not waste each other's efforts. If so, please leave your comment in the comments section of this post. We will consider your comment and fix the problem at the exact time.
    Loves
    #SözünözüCommunity #İmadəddinNəsimi #qəzəl #Nəsimi #film

Komentáře • 157

  • @feridqarayev5695
    @feridqarayev5695 Před 8 měsíci +37

    Allah rəhmət etsin..Mənim babam tarixçi seyid ve iman sahibi bir insan olub..hərzaman deyərdi İmadəddin Nəsimi tariximizin əsl müslümanlarından biri seid Ayləsinə mənsub o vaxdki imamların haqq uğrunda döyüşdüyü kimi döyüşmüş vətənpərvər idi..deyerdiki Allah rusa nəhlət etsinki kitablarımızda onu bütpərəst Allahsız kimi qələmə verib..İmadəddin Nəsimiyə Allahsız deyən tarixindən xəbəri olmiyandır,Allahsız özüdür şər atmaq islamda ən böyük günahdır..

    • @sahmarimanov8316
      @sahmarimanov8316 Před 4 dny

      Sufilər bir dindardan daha başqa və fərqli bir insanlar olubdur.sufiliyin yayılmasına imkan vermədilər.sufilər bir şairdən üstün,bir həkimnən bilikli və çox müdrik şəxslər olub.

    • @hevvamammadova
      @hevvamammadova Před dnem

      Allah rehm elesin , nece insandilar ki şere göre Nesimin öldururler .Cox gözel şerleri var ,xalq sevir .❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @feridehetemova9932
    @feridehetemova9932 Před 2 měsíci +8

    Can Nəsimi El üçün aglayan iki gözdən kor qalar

  • @zireddinmuradov766
    @zireddinmuradov766 Před 11 měsíci +52

    Dövrün haqsızlığı indidə davam edir😢

  • @mudafici8970
    @mudafici8970 Před 10 měsíci +22

    RASİM BALAYEV MÖHTƏŞƏM YARADIB NƏSİMİ OBRAZINI .
    ÇOX MÖHTƏŞƏM , ÇOX MÜKƏMMƏL !!!
    🙏🙏👏👏👏👏👏❤️❤️❤️

  • @muradmikayilov9136
    @muradmikayilov9136 Před 8 měsíci +9

    Allah rəhmət etsin gözəl şair İmadəddin Nəsimi❤

  • @googleistifadecisi1911
    @googleistifadecisi1911 Před rokem +49

    İMAM SEVƏR BƏNDƏ OLUB NƏSİMİ ƏSİL MÖMİN OLUB

  • @DirilisDirilis127
    @DirilisDirilis127 Před 10 měsíci +18

    Allah rəhmət eləsin Nəsimiyə 😢😢
    Bu filmin gözəl səhnəsidir

  • @aideibrahimova5988
    @aideibrahimova5988 Před rokem +66

    ALLAH NƏSİMİYƏ RƏHMƏT ELƏSİN ONUN QATİLLƏRİNƏ LƏNƏT OLSUN HÖRMƏTLİ AKTYORUMUZ RASİM BALAYEVA BU MÖHTƏŞƏM ƏVƏZSİZ ROLUNA GÖRƏ BÖYÜK MİNNƏTDARLIQ❤❤❤

    • @ALEXminecraft20
      @ALEXminecraft20 Před 10 měsíci +1

      RASİM BALAYEV KİŞİ ADAMDI NƏSİMİNİ DEYƏ BİLMƏRƏM

    • @musluman5775
      @musluman5775 Před 9 měsíci +3

      Nəsimi kafir Nəcis olub Özünü İlahlaşdirib

    • @VIV-lt3by
      @VIV-lt3by Před 9 měsíci

      ​@@musluman5775Nəsiminin bir cumləsindəki bir fikri senin kimi bədbəxtlər 100 il yaşasada başa duşməyəcəklər.

    • @serxanmemmedli2408
      @serxanmemmedli2408 Před 9 měsíci +5

      Eyer kâfir olsaydı tek qalmazdi bir ordu yigardi, haqdi deye tek qalib Allah rəhmət etsin

    • @user-tw1lf7zi5b
      @user-tw1lf7zi5b Před 5 měsíci

      Heyif cox heyif siz oboyda şeyir gəzəllərdən hecnə anlamadız​@@musluman5775

  • @what_12345
    @what_12345 Před rokem +42

    söz tapmıram deməyə..möhtəşəm!!!

  • @googleistifadecisi1911
    @googleistifadecisi1911 Před rokem +23

    ALLAH RƏHMƏT ELƏSİN NƏSİMİYƏ

  • @TuralBayramov-lf7ph
    @TuralBayramov-lf7ph Před 9 měsíci +2

    Her gun Yemen yeyende cay icende qulaq ashram damarlmda qanlmdl Nesimi

  • @aygunelizade2660
    @aygunelizade2660 Před rokem +11

    Dogurdan da her iki cahana sigmaz bir mohteshem dahi Nesimi

  • @Baku723
    @Baku723 Před 10 měsíci +8

    Çox heyif, indi belə filmlərimiz yozdur

  • @alyarovanazima8796
    @alyarovanazima8796 Před 11 měsíci +10

    Tuklerim biz biz oldu Allah sen bizi sevdiyin bagiwladigin qullarinin arasina al ya Rebbim😢😢😢😢

  • @zeynepgoezen5262
    @zeynepgoezen5262 Před 9 měsíci +6

    Yıllardır yaktılar,astılar ,derisini soydular daha yürekleri soğumadı 😭

  • @isafarisafar7726
    @isafarisafar7726 Před 10 měsíci +10

    Allah Həsən Seyidbəyliyə rəhmət eləsin !

  • @sosial_demokrat.
    @sosial_demokrat. Před 10 měsíci +9

    ÇOX BÖYÜK İNSAN OLUB....DAHİLƏR AŞİQİYƏM...
    NƏSİMİ AŞİQİYƏM....❤❤❤❤

  • @islayvardar8273
    @islayvardar8273 Před rokem +40

    İslam'ı dilde yaşayanlarin işi
    Nesimi kalpte yaşıyordu
    Kalben Allah'a ulaşmayı dileyin
    Dili kalbe indirin
    Hidayet Allah'a ulaşmaktır
    Ali İmran 73
    İman nedir ya Resulullah
    İman ruhun yaşarken Allah'a ulaşmasıdır
    Zikir olmadan nefs tezkiye olmaz
    Mürşit olmadan ruh Allah'a ulaşmaz
    Günahlar mağfiret edilmez
    Rehbersiz yolumuzu bulamayız
    Nahl 9
    Maide 35
    Mürşidinizi Allah'tan sorun

  • @abbaslsdi5019
    @abbaslsdi5019 Před 2 měsíci +1

    Allah rəhmət eləsin məkanı cənnət olsun gözəl şairimiz həqqi dediyinə gğrə mollalar edam edib onu

  • @manmankk7476
    @manmankk7476 Před 10 měsíci +3

    Allax raxmet eylesim

  • @user-xk2rf9uw1s
    @user-xk2rf9uw1s Před 7 měsíci +2

    .O DUNYA VARLIĞİNİ MƏS ELMDƏ GÖRÜB. DÜNYADA BÜTÜN İNSANLARIN DAŞA İTAƏT YOX ELMƏ İATƏT ETMƏLƏRİNİ TÖVSİYƏ EDİR.NƏSMİN ŞERLƏRİNİ HƏR ZAMAN SEVƏRƏK OXUMUŞAM.

  • @aynuribrahimova9144
    @aynuribrahimova9144 Před rokem +13

    Nesimiye dinsiz deyenin õzù cahillik ùzünden dinsizdir. Heqq mendedir demekle Hakkin onun icinde ruhunda oldugunu bildirir. Allah bu cahillik ne zaman bitecek. Arada bir sovrtskiy soyuz olanda getmiśdi. Indi yene de qayidib yene de eseblerimizi Nesimini dinlemekle sakitleśdiririk. Filmin yaradicilarina bõyük teśekkür.

    • @rasifgence7963
      @rasifgence7963 Před rokem +3

      Esil myselman Diline ,Eline ,Beline sahib olandir

    • @aynuribrahimova9144
      @aynuribrahimova9144 Před rokem

      @@rasifgence7963 beline nedir bes?

    • @rasifgence7963
      @rasifgence7963 Před rokem +2

      @@aynuribrahimova9144 Aynur xanim beline yani bawqasinin namusuna toxunmayan

    • @aynuribrahimova9144
      @aynuribrahimova9144 Před 11 měsíci +2

      @@rasifgence7963 He. Bunun menasini bilmirdim. Bu Cox yaxśi.

    • @yaquthmzyeva5180
      @yaquthmzyeva5180 Před 10 měsíci

      ​@@rasifgence7963əla sözlərdir. Allah sizdən razı olsun! Avtobusda bir qadın üzümə 3 dua etdi. Dedi, Allah səni tərbiyədən,namusdan əskik eləməsin! Üçüncü söz evə gəlincə yadımdan çıxdı.

  • @user-eh2xb6cd4o
    @user-eh2xb6cd4o Před 2 dny

    Великолепно снят фильм,Великолепно сыграли все артисты,Расим маллим вы сыграли етот фильм очень естесвенно,Вам огромное спосибо.Етот фильм можно назвать золотым фондом Азербайджана.

  • @ilhamtataroglu5003
    @ilhamtataroglu5003 Před 10 měsíci +6

    islam budu islam butun isiqli adamlari bucur məhv edib iyrənc ərəb dunyaya yukdu

    • @bakubaku9211
      @bakubaku9211 Před 10 měsíci

      BƏLİ

    • @RrCc06
      @RrCc06 Před 10 měsíci +1

      Quranda buyurulduğu kimi hakimiyyət olsaydı indi dünya tamamilə başqa bir yer olardı

    • @RrCc06
      @RrCc06 Před 10 měsíci +3

      Ket Stivens demişkən: Yaxşı ki, İslamı Qurandan öyrəndim. Müsəlmanlardan öyrənsəydim müsəlman olmazdım.

    • @bakubaku9211
      @bakubaku9211 Před 9 měsíci

      DOĞRUDUR

    • @ss9w.
      @ss9w. Před 8 měsíci

      bəli

  • @ozumbilrmyasasinvtn3314
    @ozumbilrmyasasinvtn3314 Před 10 měsíci +6

    DİNİNDƏ, İRQİNDƏN, CİNSİYƏTİNDƏN ,MİLLƏTİNDƏN ,DƏRİSİNİN RƏNQİNDƏN ,ASLI OLMAYARAQ ,HAMINI ALLAH YARADIB.🙏🙏🙏🙏🙏🙏🙏👐👐👐👐👐👐👐

  • @user-pb3cj8kw8l
    @user-pb3cj8kw8l Před 4 dny

    Men bu filime baxanda ele bilirem. Nesimi ele ozudu. Butun. rollerini mukemel oynayan aktyorumuz. Amma. Cox tesuf olenden sonra axtaracayiq. Hamsi kimi. Biz beleyik vaxtida. Qedrini bilmirik. Filim ceken yoxdur indi.

  • @panda2ooo
    @panda2ooo Před 10 měsíci +19

    Tehsil nazirliyine mùraciyet edirem,mùselman dinimize aid bùtùn mekteblerde dersler kecirilsin

    • @mahammadibrahimov659
      @mahammadibrahimov659 Před 10 měsíci +1

      Bu muracietden sonra chetin mekteblerde ders kechile muselman ve elm nece de maraqli bir yanasma

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 Před 10 měsíci +4

      Ayəəə get tullan əəəəəə zibilliyə, get meçitə, orda öyrən

    • @ulduzquliyeva402
      @ulduzquliyeva402 Před 10 měsíci +5

      ​@@yasarbirsoy4121Ayə əzizlərindi, Belə sənə xoş gəlmirsə rədd ola bilərsən avropaya Azərbaycanı sizi kimlər məhv elədi

    • @ss9w.
      @ss9w. Před 8 měsíci +4

      müsəlman dini"miz"? heç etiqad etdiyin dinin adını bilmirsən, Azərbaycan tolerant, demokratik respublikadı. Bəyənmirsiz, buyurun gedə bilərsiz. Nəsimi sizin kimilər ucbatından öldü daa..

    • @feriddasdizade6051
      @feriddasdizade6051 Před 8 měsíci

      @@yasarbirsoy4121meçit təzə versiyadı?

  • @user-fo7gy2tq9n
    @user-fo7gy2tq9n Před 6 měsíci +1

    ALLAH RƏHMƏT EYLƏSİN MƏKANI CƏNNƏT OLSUN🙏🙏 🙏🏻🤲🏻☝🏻

  • @xyalislamov8163
    @xyalislamov8163 Před 10 měsíci +2

    Pis olmasa yaxşının qədrini bilməy olmaz kişilər dövründədə nakişilər olub bu tarixi möhtəşəm film hər şeydən xəbər verir.

  • @nerimansireli1970
    @nerimansireli1970 Před 10 měsíci +2

    Mohtəşəm.

  • @rvanmmmdov8648
    @rvanmmmdov8648 Před 10 měsíci +2

    Çox gözəl səhnədir

  • @humbtncfliyev4292
    @humbtncfliyev4292 Před 10 měsíci +4

    Möhtəşəm

  • @user-op1om2nt6l
    @user-op1om2nt6l Před 10 měsíci +1

    Султана онун ел алтыларына Аллаh ленет элесин❤.

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Před rokem +12

    Nesaiminin Bayisleri Cehennemde yanacaqlar.Şemin qemi azalmazmi.😢😢

  • @gulnarsukurova3785
    @gulnarsukurova3785 Před 9 měsíci +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yy7wc9bt5j
    @user-yy7wc9bt5j Před 10 měsíci +2

    Это золотой фонд

  • @user-op1om2nt6l
    @user-op1om2nt6l Před 10 měsíci +1

    Руhу шад олсун❤.

  • @IntiqamMuhmmd-bp5cp
    @IntiqamMuhmmd-bp5cp Před rokem +8

    Soyun ey murdar, sallahlar, Nəsiminin tənini,
    Bunca namərdi görün, bir Ər qiyarlar, ağrımaz,
    Zahidin, bir barmağın, kəssən, dönüb həqdən qaçar,
    Bu gerçək aşıqı, Sər Pa , ( başdan, ayağa) soyarlar, ağrımaz....

  • @user-td1pt3dv9w
    @user-td1pt3dv9w Před 5 měsíci +1

    2024 год 🙏

  • @Yaquar.Sila_63
    @Yaquar.Sila_63 Před 10 měsíci +2

    Həmid Araslının səhvi...Sonradan düzəldə bildi. "MƏNDƏ SIĞAR İKƏN GAHAN,MƏN BU CAHANA SIĞMAZAM" İKİ CAHAN YAZMAYIB ŞAİR.

  • @user-xz9iz8or4m
    @user-xz9iz8or4m Před rokem +9

    Йери ченет олсун

  • @seymurelekberov1959
    @seymurelekberov1959 Před 9 měsíci

    Sag olun RASIM MUELLIM!!!

  • @anarhesenov5550
    @anarhesenov5550 Před 10 měsíci +6

    Varmı belə sənətkar.Varmı belə sənət???

  • @MUSAYEV.AGAMIRZE
    @MUSAYEV.AGAMIRZE Před rokem +3

    Ilk yorum

  • @user-ne1ip5uw8i
    @user-ne1ip5uw8i Před 6 měsíci

    ❤❤❤❤❤❤❤❤❤

  • @Kagrigis
    @Kagrigis Před 6 měsíci

    Onların hamısı yaxşı vaxt keçirir

  • @bayramciraqzade200
    @bayramciraqzade200 Před 10 měsíci

    Gopda olsa maraxlidi

    • @integralintegralthuu586
      @integralintegralthuu586 Před 10 měsíci

      Əlbətdə gopdu bu şeir yəni soyun ey sallahlar nəsiminin tənini guya dərisi soyula soyula şeir deyib. Bu mumkun deyil tibbi cəhətdən şok keçirmə ehtimalı yüksəkdir, buna qusma, işəmək, nəcisləmək, epileptik şokda daxildir yəni ağrı nəticəsində.

  • @user-qv9cb6ob3c
    @user-qv9cb6ob3c Před 7 měsíci

    ❤🎉❤🎉❤🎉❤

  • @NamiqRzayev-cy9se
    @NamiqRzayev-cy9se Před 6 dny +1

    afet fermanqizi bu sözləri mahnı eleyib oxuyub oynayır bir söz də deyende adamin üzünü cirir deyir Nesimi vaxtinda vesiyyet edib ki afet bu bu sözləri mahnı edib pul qazansin hele birdefede Nesimi yuxusuna girib deyib halal olsun sənə afet

  • @Aze555
    @Aze555 Před rokem +3

    İslamın bətnində qara yara...

  • @Awesome_777.
    @Awesome_777. Před 4 dny

    Mən Teymurləngin tərəfindəyəm

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 Před rokem +2

    Şedovor.!

  • @hyat-nt1zv
    @hyat-nt1zv Před 9 měsíci

    04:25

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Před rokem +10

    Bedbext senin gözünde tor var.

  • @Nurlan.valehov
    @Nurlan.valehov Před 11 měsíci +3

    Mende Sigar İken Cahan,
    Men Bu Cahana Sıgmazam

  • @user-bq9so6qs3l
    @user-bq9so6qs3l Před 8 měsíci

    МЕН ФЕХР ЕДРЕМКИ МЕНИМ АТАМЫН АНАСЫ ШАМ1АХЛЫДЫ АЗЕРБАЙДЖАНЛЫ САРЫ ТОРПАГЛЫ АЛЬ1ХЬАМДУЬЛЛАГЬ РОДИНА АЗЕРБАЙДЖАНА 👊 ✊ 👊 ☝

  • @QocaBaba-yi2dy
    @QocaBaba-yi2dy Před 10 měsíci +3

    Mende sigar iki cahan men bu cahana sigmazam sozunu nehlet olmus farslar Nesimini guya ozun Allah hesab edir diye qeleme verib oldurtuler hal bu ki basa dusen olsa o ozunu Allah kimi qeleme vermemisidi Allahutealam farsa rusa ermeniye nehlet elesin Inseallah

  • @QuranHaqqDin
    @QuranHaqqDin Před 8 měsíci

    Allahın lənəti olsun zalımlara!
    Allah yolunda öldürülənlərə ölü deməyin!

  • @allahaguvn3197
    @allahaguvn3197 Před 10 měsíci +1

    Şamaxı Şamaxi səndən əqidəsindən dönməyən dahilər dünyada iz qoyub gedib.

    • @betulavshar4846
      @betulavshar4846 Před 10 měsíci

      Şamaxinin ne dexli var Nesimiye😂Heç Şamaxının uzunu görmuyub yaziq.
      Hecbir tarixi menbede onun harda doğulduğu deqiq yazilmiyib. Bir cox ereb ve turk tarixcilerin menbelerine göre İranin Şiraz vileyetinde doğulub.

    • @elminsemedzade4054
      @elminsemedzade4054 Před 9 měsíci

      ​@@betulavshar4846gijdillaq şamaxilidida

  • @mabudfeyzullayev5926
    @mabudfeyzullayev5926 Před 4 dny

    Rasim Balayev,dalagirənliyinə görə Nəsiminin ruhu sənə qənim olsun.Sən Fuad Poladovun paltosunun qırağı da deyilsən.O kişi kimi yaşadı,kişi kimi öldü

  • @olummeleyi5829
    @olummeleyi5829 Před 16 dny

    80 MANATNAN SİZƏ SALAM VERİRƏM,

  • @AytnKrimova-dq6yr
    @AytnKrimova-dq6yr Před 9 měsíci +2

    Fatime atlilaridan her xeberi alir.Oģlu zelledi.Dilenib demir atamı aparmayın.Bir Şems ola biler??

  • @aygunfarzaliyeva3589
    @aygunfarzaliyeva3589 Před měsícem +1

    Niyə mən Nəsimini bu qədər sevirəm. Sufiliyi anlayandan sonra Nəsimi mənim üçün hər şey deməkdir. Ona görə də onu çox adam başa düşə bilmir. Çünki Nəsiminin öz, sözləri ilə desək. Ey qafil, oyan! Yatıblar.

  • @user-en7iy7cz4d
    @user-en7iy7cz4d Před 10 měsíci +2

    Sunilerin yezidi bitmez

  • @coniconi7478
    @coniconi7478 Před 11 měsíci +2

    Mende siqariken Cahan, men bu cahana siqmazam!!. Iki Cahan yoxdur !!!.

  • @riyadnesirov2907
    @riyadnesirov2907 Před 10 měsíci

    NƏSİMİNİ SOYANIN NƏVƏLƏRİNƏ BAKIDA QULLUQ EDİLLƏR İNDİDƏKİ PUL VERSİN DİYƏ!

  • @ramizabdullayev6902
    @ramizabdullayev6902 Před 10 měsíci

    Bu millətin kütlə psixolojisi bu gün də davam edir...

  • @blackdanger1770
    @blackdanger1770 Před 9 měsíci

    bunlar Islam düsni olublar emeviler ,

  • @user-yd2mh9xo6y
    @user-yd2mh9xo6y Před 10 měsíci +1

    Müsəlman o kəsdiki Allaha özünü təslim edendir öznü Allah sayan yox

  • @KerwengeldiOwezow
    @KerwengeldiOwezow Před 2 dny

    Kardeşlerim bu Büýük şahir Seyit Nesimi Muhammet peýgamerin neslindändir 😮

  • @anonyumoused
    @anonyumoused Před 10 měsíci

    İndide eyni dövürdü.buqeder millet dayanıb biri bir söz deye bilmir .bir kişi ortalığa çıxıb bu nakişiliye son qaya bilmir

  • @user-rs3sp3jz5k
    @user-rs3sp3jz5k Před 8 měsíci

    3.11.2023 nesimi değil
    Ali Seydi

  • @user-dg3ne3no7y
    @user-dg3ne3no7y Před 10 měsíci +4

    ГАДИМДАН БУ ГУНА КИМИ ГАДАР МИЛАТ ОЛМУШУГ САВАТСЫЗ ШАРАФСИЗ ГЕЙРАТСИЗ ОЛМУШУГ БУ ФИЛИМ ГОСТАРИР КИ ГАН ИЧАН МИЛАТИК

    • @nurettinsarul
      @nurettinsarul Před 10 měsíci

      Sen o zamanın diğer milletlerini bilseydin kendi milletine aşık olurdun.

  • @KerwengeldiOwezow
    @KerwengeldiOwezow Před 2 dny

    Bu iki jihan bän bu jihana sigmazam 🤔

  • @user-wf1fn9xp2x
    @user-wf1fn9xp2x Před 10 měsíci

    Nesimi heçvaxt olmaib bu nağıldır

  • @user-fj1bg6oj1o
    @user-fj1bg6oj1o Před 3 dny

    Bu kafirler hegigeten zalimlerden en üstünü imis. " Düsmenin de insan oldugunu unutmayin" Imam Ali.

  • @googleistifadecisi1911
    @googleistifadecisi1911 Před 6 měsíci

    Bu bizim əsil şiyəmiz Nəsimi bizə dil uzadan ay vəhabi və sələfilər sizin belə dünya sevən bir dostunuz olub sizin məzhəb qurulan 200 ildə ??

  • @olummeleyi5829
    @olummeleyi5829 Před 16 dny

    BƏDBƏXT MİLLƏT SƏNİNİ BALOVU QÖZ QABAĞINDA MƏHF EDİRLƏR SƏNDƏ HƏLƏ YAT,BİZİM ANA BACIMIZA AİLƏLƏRİMİZƏ QARŞI KİM ÇIXACAQSA ONLARI ŞƏRİƏTLƏ MƏHF EDƏCƏYİK,

  • @usta-Kababci
    @usta-Kababci Před 10 měsíci +3

    O DAHİNİN ADİNİ SƏHV DEYİBLƏR XALQA..O İMADƏDDİN YOXXX İMAMƏTDİN DİR.. YƏNİ 12 İMAMA İŞARƏDİR.. İMAMƏT_DİN

  • @BMW_807
    @BMW_807 Před 8 měsíci

    Bu islam dini deyil.
    Bu müsəlmanların əqidəsi deyil. Bu küfürdür.

  • @zaurqurbanov1513
    @zaurqurbanov1513 Před 10 měsíci

    Ovatki insanların düşüncəsiylə indikilərin düşüncəsində heçbir dəyişiklik yoxdur.Kökü əfsanə ,nağıl olan dinlərin ucbatından o qədər günahsız dahilərin canı alınıb ki.İndibə o bin nağılını həqiqət bilib vəhşicəsinə insanları həlak edənlər var.

  • @user-fs3iv6yo8p
    @user-fs3iv6yo8p Před 10 měsíci +2

    Nəsimi bir İslam DÜŞMƏNİ.

    • @zelihaturkmen7361
      @zelihaturkmen7361 Před 10 měsíci +1

      Sen Nesimi'yi tanıdın mı?

    • @user-fs3iv6yo8p
      @user-fs3iv6yo8p Před 10 měsíci

      @@zelihaturkmen7361 ISLAMDAN XƏBƏRİ OLAN HƏR KƏS BİLİR KIM HANSI YOLUN YOLCUSUDUR. İSLAMİ YAŞAMAYAN, ALLAHIN EMR VE YASAKLARINI GEBUL ETMƏYƏN, YAŞAMAYAN MÜSƏLMAN DEYIL.

    • @dilerakman172
      @dilerakman172 Před 10 měsíci

      Sizi zavallılar😂

    • @dilerakman172
      @dilerakman172 Před 10 měsíci

      Boyle insanlar yok etiginiz icin gidin suriyeli kafa kesenlerle yasayin😂

  • @user-uy7uw5qe2t
    @user-uy7uw5qe2t Před rokem +4

    bugun biza din oyratmak istayan pinti supurgasaggallar Halabda Nasiminin darisin soyanlardir.Allah onlardan himayat edan har kasa lanat etsin.

    • @rasifgence7963
      @rasifgence7963 Před rokem +2

      Onlar o islamcilardir ki Imam Hyseninin kerbela colynde bawini kesdiler

  • @mustafaislam3005
    @mustafaislam3005 Před 7 měsíci

    Batini,hulul fikri ve vahdet-i vucud zorlama yorumlari......Maddenin ilahlastirilmasi fikri maalesef kabbaladan alinma zoraki yorumlar....

  • @user-fs3iv6yo8p
    @user-fs3iv6yo8p Před 10 měsíci

    NƏSİMİNİN BİR DƏFƏ DƏ OLSUN NAMAZ GİLANİNİ GÖRDÜNÜZMÜ?

    • @yasarbirsoy4121
      @yasarbirsoy4121 Před 10 měsíci +2

      Mən də dombalaq (namaz) açmıram, indi məni də soyarsan?

    • @mhmmdkrimli9530
      @mhmmdkrimli9530 Před 10 měsíci

      ​@@yasarbirsoy4121Əstəğfürullah

    • @betulavshar4846
      @betulavshar4846 Před 10 měsíci +4

      Nesimi elm adamiydi. Dünyani Cahani derk edirdi. ərəbin götüne düşüb dombalib qalxmirdi😂😂

    • @elsh0691
      @elsh0691 Před 10 měsíci

      ​@@betulavshar4846Ону йаман дедин амма!😂😂Миллетин башы ахыр вахт гичдыллахлашыб. Диндар олублар. Йере сохум сизи. Савад артырмагданса , сен демиш, ереблерин телесине йениден душублер. Охудугун намазы сада оз дилинде оху де , ай бедбехт!Сен hара ереб hара.

  • @AdaAda-zh8oq
    @AdaAda-zh8oq Před 5 měsíci +1

    Cehennemde bu sozlerin faydasi olmaz. Bizim olke yahudiye kecenden nesimini yaxsi sair edibler. Eslinde kafirdi.

  • @user-ez2mk2sp4z
    @user-ez2mk2sp4z Před 10 měsíci

    В СТИХАХ НАСИМИ НИЧЕГО НЕТО ЧТО НЕВНЯТНО, ВООБЩЕ НИЧЕГО НЕ ПОНЯТНО! МОЖНО БЫЛО ПЕРЕВЕСТИ НА СОВРЕМЕННЫЙ АЗЕРБДЖ., ИЛИ РУССКИЕ ЯЗЫКИ.

  • @baloqlankerimov3458
    @baloqlankerimov3458 Před 10 měsíci

    Hindi pizte. Berdi. İlhaml millet. Yoyur.

  • @BMW_807
    @BMW_807 Před 8 měsíci

    Hüluliyyə etiqdadıdır bu. Kafir nəsimi

  • @Seva4774
    @Seva4774 Před 10 měsíci +5

    Ay camaat. Nəsiminin kəlmələrini qəsdən dəyişdiriblər ki, azərbaycan xalqı həqiqəti bilməsin. Nəsimi deməyib "məndə sığar iki cahan". İki cahan deyilən şey yoxdur. O deyib ki "Məndə sığar ikən cahan, mən bu cahana sığmazam". Əsl hikməti gizlədirlər. Bizim camaat necə də küt, qanmaz və səviyyəsizdir...

  • @betulavshar4846
    @betulavshar4846 Před 10 měsíci +1

    Ne qədər calişsanda qoyun kütleni erebin fitfasinan xilas ede bilmedin Şaiir.

  • @gulnarsukurova3785
    @gulnarsukurova3785 Před 9 měsíci +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤