Məhəbbət Kazımov - İndi Məndən Küs Görüm

Sdílet
Vložit
  • čas přidán 25. 12. 2018
  • Məhəbbət Kazımov - İndi Məndən Küs Görüm
    İndi Məndən Küs Görüm - Sözləri:
    Söz: Ələmdar Quluzadə
    Mus: Məhəbbət Kazımov
    Gözlərim bulud kimi , sellərini axıdar,
    Yersiz, umur küsür, dağlar boya dağ olar.
    Küləyi öyrədərəm tellərini dağıdar,
    İndi məndən küs görüm,
    İndi məndən küs görüm,
    Yersiz umub küs görüm,
    Dağlar boyda dağ olar.
    Biz üz-üzə gələndə, qəhərlənib çaşarsan,
    Gözümün qabağında od tutub alışarsan.
    Gördüyün yuxuları qızlara danışarsan,
    İndi məndən küs görüm.
    Sükut olub sakitcə yanından ötüşərəm,
    Saçı saçından uzun söyüdlə öpüşərəm.
    Nəğməmi eşidəndə mən yadına düşərəm,
    İndi məndən küs görüm .
    Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
    #mehebbetkazımov
    #indimendenkusgorum
  • Hudba

Komentáře • 294

  • @qoshqarazimov9639
    @qoshqarazimov9639 Před 4 lety +72

    Bəyənməyənlərin qanı bizdən deyil.Bu sənətkarı bəyənməmək olmazdı.Bu bir dahi idi gəldi getdi.Allah rəhmət eləsin.

  • @user-gf3is4uy8g
    @user-gf3is4uy8g Před měsícem +1

    Oxuyan bele olaree. Allah rəhmət eləsin sənətkara..

  • @turaltural9108
    @turaltural9108 Před 5 lety +50

    Məhəbbət məlim siz rəhmətə getsənizdə Azərbaycan xalqının ürəyində yaşıyırsınız bütün adlar sizə yaraşır belə müğəni ola bilməz ən çox sevdiym müğəni Allah rəhmət eləsin yerin çənnət olsun

  • @nurlanmamedov4374
    @nurlanmamedov4374 Před 4 lety +10

    Bu insan tak galdi takde getdi Allah sena qani qani rahmat elasin

  • @yasemenhuseynova8339
    @yasemenhuseynova8339 Před 4 lety +10

    Allah rəhmət eləsən.sakit dinləmək olmur. Kövrəlir insan

  • @sahibamraslanov6559
    @sahibamraslanov6559 Před 3 lety +1

    Men wexsen bu Rehmetliyin mahnilarina qulaq asanda her zaman qeher meni goz yawlarina bogur Allah sene rehmet elesin Mehebbet Kazimov Allah gunahlarini bagiwlasin

  • @ziyafetaxundov8626
    @ziyafetaxundov8626 Před 4 lety +72

    40 yasim var, 25 ildi Mehebbete qulaq asiram. Belkede her oxuduguna 25 defe qulaq asmisam, doymaq olmur. Uca Allah rehmet elesin. Amin

  • @levelparfum4148
    @levelparfum4148 Před 5 lety +18

    Gozel Mehebbet Kazlmov Azerbaycanln musiqi dunyaslnda Secilen tek Imperator ......
    .....

  • @elsenmemmedli8347
    @elsenmemmedli8347 Před 4 lety +27

    Mən bəstəkar dəyiləm😍var ol sənətkar. Allah rəhmət estin sizə. Heyif ki bu cür sənətkarlar o cümlədən aktyorlarımız, aktrisalarımız tez köçürlər😢 həyatdan.

  • @vahideskerov6783
    @vahideskerov6783 Před 3 lety +15

    Nə deyim nə yazım bilmirəm...bu insandan yoxdu.Sənətinin ustası,ürəklərin açarı...Allah rəhmmət eləsin

  • @elcinclilbyli4021
    @elcinclilbyli4021 Před 4 lety +5

    Bir dəfə Mingəçevirə toya gəlmişdi. Toyda oxuyan çox idi, amma gələn hamı Məhəbbət Kazımovdan ifa xahiş edirdi. Toyda Məhəbbətdən başqa demək olar ki, heç kim oxumadı. Axırda özü dedi: Mən bilmirdim ki, Mingəçevirdə məni bu qədər çox istəyirlər.
    Camaat cavab olaraq "Kişi səni bütün Azərbaycan sevir" dedi. İndi nə olsun fəxri ad verilmədi, əsil adı, şöhrəti xalqın ürəyində qazandı Məhəbbət Kazımov.

    • @gsggsgsggs2272
      @gsggsgsggs2272 Před 4 lety +3

      Elbetdeki Mehebbet mellimi butun turk dunyasi sevirdi Allah senetkara rehmet elesin Ondan birde olmayacaq

  • @namaznecefov9582
    @namaznecefov9582 Před 3 lety +10

    ALLAH SƏNƏ QƏNİ - QƏNİ RƏHMƏT ELƏSİN ! ƏVƏZOLUNMAZ SƏNƏTKAR , NUR İÇİNDƏ YATSIN !

  • @bakubaku5112
    @bakubaku5112 Před 3 lety +5

    Allah sənə də Rəhmət Eləsin Məhəbbət müəllim, yana-yana oxuduğun
    "LAÇINIM" mahnısına qulaq acdıqca özünlə bərabər bizi də yandırdın! İndi İGİD, RƏŞADƏTLİ ORDUMUZ, Qanı,canı bahasına LAÇININI AZAD ETDİLƏR! Sən o günu görməsən də RUHUN ŞAD, QƏBRİN NURLA DOLSUN SƏNİN LAÇININ AZADDIR, yəqin ki, artıq RUHUN ORANI ZİYARƏT edib! Məkanın Cənnət Olsun Məhəbbət müəllim!🙏

  • @esqsnsn.1730
    @esqsnsn.1730 Před 5 lety +127

    Layiqincə fəxri ad verilmədi dövlət tərəfindən.Amma bizimçün sənət imperatorudu Məhəbbət Kazımov.

    • @user-gv1di6gi5k
      @user-gv1di6gi5k Před 4 lety +10

      HEQIQI MENADA IMPATIR ADINA LAYIQDIR .M. KAZIMOV

    • @orxankazimli7862
      @orxankazimli7862 Před 4 lety +2

      Allah rehmet elesin sizi Mehebbet muellim Cox hayıf ki televiziya Könul x qaldî

    • @vahideskerov6783
      @vahideskerov6783 Před 3 lety +2

      Ürəklərdə ən yüksəkdədi....

  • @adilsadxov4225
    @adilsadxov4225 Před 5 lety +140

    Belkede coxlari Mehebbet muellimin mahni oxuyarken etdiyi hereketleri ve jestlerin sebebini bilmir. Men bir aciqlama verim ki bu insan cox duygulu ,sade ve gozel ifaci olub. Urekden oxuyur ve oz oxudugu mahni oz qelbine toxunur deye bele hereketler edir. Bele insanlardan heckese ziyan gelmez. Allah rehmet elesin.

    • @aybuker2313
      @aybuker2313 Před 3 lety +6

      Allah butun ölənləri rəhmət elesin

    • @dr.telman362
      @dr.telman362 Před 3 lety +4

      ❤✌

    • @zulfirakazimova5958
      @zulfirakazimova5958 Před 3 lety +14

      Belə başa duşurəm o jestlərin mənası..onun sadiq sevgisi...və ona edilən vəfasızlıqın göstəricisidir😔

    • @azerxelilov5185
      @azerxelilov5185 Před 2 lety +7

      Heyffff,heyffffff bu sesden

    • @ziyafetaxundov8626
      @ziyafetaxundov8626 Před 2 lety +2

      Uca Allahdan bol bol rəhmət dileyirik.mekani cennet olsun. Amin

  • @gulnarebehramova9295
    @gulnarebehramova9295 Před 4 lety +9

    Xalqın əsl sənətkarı yerin cənnət olsun belə səs sahibi birdə çətin gələ dünyaya

  • @alituran3759
    @alituran3759 Před 5 lety +78

    Heyif çox heyif görün biz kimi itirmişik ruhun şad olsun dahi sənətkar

    • @user-nk2su2tx5x
      @user-nk2su2tx5x Před 5 lety +7

      dizi çırıq şalvar qulağına sırqa tağan kişi adıyla oxuyana xalq artisti verilir bizdə

    • @user-jz8lo3ut1q
      @user-jz8lo3ut1q Před 4 lety +4

      Allah rahmat elasin, man cox sevirdim indi da seviram onun mahnilarini

  • @resadrehimov8101
    @resadrehimov8101 Před 4 lety +8

    Allahsene rehmet etsin.kişi geldin kişi de getdin MEHEBBET.

  • @user-yv6mh5vu8j
    @user-yv6mh5vu8j Před 4 lety +8

    Negmeni ewitdim, yadima duwdun. Allah sene rehmet elesin 😥

  • @nikoalisultan1327
    @nikoalisultan1327 Před 4 lety +7

    "Şah'i Sənət" idin Sənətkar...
    Heyif səni tez aldı bizdən fələk..
    Yerin cənnət, ruhun şad olsun Ustad...

  • @gsggsgsggs2272
    @gsggsgsggs2272 Před 4 lety +10

    Musabiqelerinin birinde demisdi ki, dunyada iki kovrek insan vardisa onun biri menem Sevmeyi bacaran Sevgi dolu insan idi Allah sizi rehmet etsin .Mahnilarina qulaq asib goz yasi axidiram Bu dunyada duz insanlara yer yoxdu. Aqsin Yardimli.

  • @user-lq1vw6fy5i
    @user-lq1vw6fy5i Před 2 lety +1

    ALLAH Sənə rəhmət etsin bu səs bu ifa bir daha olmayacaq.

  • @Abdullayev365
    @Abdullayev365 Před 4 lety +8

    Əvəzolunmaz səs İnsan kaş Sağ olaydiz çox heyiffff😓😓😓😓😓😓

  • @negmeli__dunyanegmeli_duny3798

    MƏHƏBBƏT MUELLIM ALLAH SİZE REHMET ELESİN 🙏 🙏🙏

  • @vahideskerov6783
    @vahideskerov6783 Před 3 lety +4

    Allah sənə rəhmət eləsin....Böyük insan

  • @vesileehmedova9755
    @vesileehmedova9755 Před 2 lety +2

    Allah rəhmət eyləsnin.Bu bəşər bata yeni bəşər yarana yenədə MƏHƏBBƏT KAZIMOVDAN OLMAYACAQ.Böyük həriflərlə yazdım bunu mən.Məkanın cənnət olsun əvəsiz SƏNƏTKAR .

  • @orxanxelilov7200
    @orxanxelilov7200 Před 4 lety +49

    Hər Laçınım dedikcə urəyinnən bir tel qopurdu.Axirda ürəyin dozənmədi susdu.Urəyimizdə yaşayacaqsan dağlar oglu

  • @asifnovruzov3461
    @asifnovruzov3461 Před 5 lety +5

    Çox heyif dünyasın tez dəyişdi ölüb demək olmaz Məhəbbətə oxudugu mahnılarıynan yaşayırdı neynəmək olar məkanı cənnət olsun

  • @eminemin5141
    @eminemin5141 Před 5 lety +53

    Mehebbet emi mekanin cennet olsin hayif senden efsanevi ustad dost ata aile başcisi veten hesretli evez olunmaz şexsiyet 😢😢😢😢😢🕋🕋🕋🕋

    • @noirbotrux6207
      @noirbotrux6207 Před 5 lety +1

      Cozal insan.Allah rahmat elasin,qabri nurla dolsun.amin.

  • @revanmalasov3374
    @revanmalasov3374 Před 3 lety +14

    RUHUN ŞAD OLSUN UNUDULMAZ SENETGAR ❤ YAŞAYIRSNA MÖCÜZE SES .

  • @sensizseninlel.c.9101
    @sensizseninlel.c.9101 Před 4 lety +2

    Mekanın Cennet olsun deyerli her zaman könülleri feth eden MEHEBBET KAZIMOV sen her zaman qelblerde yaşayacaksan 😥😥

  • @gsggsgsggs2272
    @gsggsgsggs2272 Před 4 lety +10

    Can Allah sizi qeni-qeni rehmet etsin .Ne qeder sevgine sadiq insan idin.

  • @ulduzbayramova633
    @ulduzbayramova633 Před 4 lety +4

    Onun səsi gələndə ağlamasam olmur çoxxxx heyif qardaş

  • @MrGaya51
    @MrGaya51 Před 5 lety +44

    Allah sənə rəhmət eləsin Məhəbbət Kazımov birdənə ürəkdən oxuyan

  • @ezizquliev2279
    @ezizquliev2279 Před 5 lety +5

    Allah rehmet etsin onu blirem ki bu
    Senete kişi kimi geldi ve kişi kimi gedi

  • @HasanovElmar
    @HasanovElmar Před 5 lety +82

    Kişi gəldi, Kişi getdi... Allah rəhmət eləsin

    • @sirusasgarov1676
      @sirusasgarov1676 Před 4 lety +4

      allah rehmet elesib

    • @sirusasgarov1676
      @sirusasgarov1676 Před 4 lety +5

      cox gözel ehsen indikiler nedir

    • @elmanncfov1326
      @elmanncfov1326 Před 3 lety +2

      Ürəyimdən keçəni yazmısınız Çox sağolun əsil Azərbaycanlı kişisi belə də olmalıdır Allah rəhmət eləsin.

  • @sevdarahmanova9169
    @sevdarahmanova9169 Před 4 lety +3

    Deyirler her insanin adi onun heyatinda mueyyen rolu olur.Mehebbet Kazimovun da adi kimi özu de sevgi,mehebbet adami idi.Allah rehmet elesin.Böyuk senetkar,böyuk şexsiyyet nur içinde yat.Mekanin cennet olsun.

  • @samsungsamsungj3128
    @samsungsamsungj3128 Před 5 lety +10

    Esil xalq artisti Mehebbet Kazimov

  • @nurelimmmdov6434
    @nurelimmmdov6434 Před 3 lety +11

    Аллах рахмат еласин!!!

  • @gulnazhsnova2405
    @gulnazhsnova2405 Před 4 lety +4

    Çox yaxşı müğənnidir.heyf tez rəhmətə getdi.cox mədəni qabiliyyətli adam idi.allah rəhmət eləsin.belə səs bir də gəlməz.

  • @NergizNergiz-ki3zj
    @NergizNergiz-ki3zj Před 3 měsíci

    Musiqinin gözəlliyi,mahninin sözləri bir birinə necədə yaraşir. Ürəyi qurtarir adamin qulaq asanda.Ömürdən ömür gedir.

  • @gunesbabayeva8819
    @gunesbabayeva8819 Před 5 lety +11

    Mekanin cenet olsun 😢😢😢

  • @memedovelcin2516
    @memedovelcin2516 Před 3 lety +8

    Allah rehmet elesin sen bizim ureyimizde hemise yasayacaqsan

  • @ulduzbayramova633
    @ulduzbayramova633 Před 4 lety +11

    Allah rəhmət etsin o səs birdə çətin tapılar Allah Rəşidi qorusun heyif tez itirdik səni

    • @mnsurmahmudova7697
      @mnsurmahmudova7697 Před rokem +1

      Mən:dən: sənin kimi öz dövrünün sevimlisi insanlar yaşamasalar da gec vaxt unudulmur Allah sənə rəhmət eləsin amin inşallah

  • @turaltural9108
    @turaltural9108 Před 5 lety +11

    Məhəbbət məlim o qədər gözəl oxuyursunuz isdəmirəm musiqi bitsin nolar bu dünyaya birdə gəlin sizi çox sevirdik indi də srvirik həmişə sevəciyik siz ölmədiniz daima yaşıyırsınız sizi srvənlərin qəlbində Allah sizə rəhmət eləsin

  • @haqqtvi.agayev768
    @haqqtvi.agayev768 Před 4 lety +4

    2002ci il .ehh neleri xatirlatdi bu mahni mene (((Alah rehmet elesin olmez senetkarimiza

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Před 2 lety

    Bu mahnını o qədər sevirəm.Elə olur ğündə 10 dəfə dinləyirəm.Ğözəl əvəzolunmaz sənətkar allah sənə rəhmət eləsin

  • @samsungj5pro933
    @samsungj5pro933 Před 2 lety

    Beh Beh her xesdelendikce rehmetliyin mahnilarina qulaq asib sehfa tapiram

  • @zulfirakazimova5958
    @zulfirakazimova5958 Před 3 lety +1

    Ona olunan vəfasızlıq və saf sevgi bu mahnının mənası budur

  • @sebnemaliyeva4444
    @sebnemaliyeva4444 Před 4 lety +4

    ALLAH REHMET ELƏSİN. səni sənətkar gözəl sözlərdi. 😢

  • @elcinabdullayev2133
    @elcinabdullayev2133 Před 4 lety +3

    Allah sene rehmet elesin MEHEBBET kazimov senetinin qarwisinda baw eyirik 🙏

  • @yasarimanov9437
    @yasarimanov9437 Před 5 lety +34

    Məhhəbət müəllim Allah sənə rəhmət eləsin sən cismən ölsəndə qəlbimizdə əbədi yaşayacaqsan.

  • @mhmmdemin9484
    @mhmmdemin9484 Před 5 lety +8

    Allah rehmet elesin amin gozel insan gozel senetkar.

  • @feridismayilli6588
    @feridismayilli6588 Před 5 lety +21

    ALLAH RƏHMƏT ELƏSİN 🙏🙏🙏

  • @rasmiyyaaskerowa730
    @rasmiyyaaskerowa730 Před 14 dny

    Məkanın cənnət olsun,dəyərli sənətkar🙏🙏🙏

  • @arzushkamemmedova9052
    @arzushkamemmedova9052 Před 4 lety +4

    Barısmaq ücün gözel senetkar senin üreyin kimi üreyi olmaq gerek ALLAH sene rehmet elesin Seni hele cox axtaracsgıq coxxx.... ah ah........

  • @z.zz.z9744
    @z.zz.z9744 Před 2 lety

    Belə sözlere ancaq Mehebbet musiqi beteleyer.Siz daim bu xalqın qelbindesiz.

  • @reyyansukur6280
    @reyyansukur6280 Před 5 lety +27

    Allah rəhmət eləsin. Aşıb getdiyin zirvəyə toz çökübdür.

  • @adilsadxov4225
    @adilsadxov4225 Před 5 lety +6

    Allah rehmet elesin. Ilahi sesi var

  • @cavidhaczade4088
    @cavidhaczade4088 Před 4 lety +6

    Ruhuna min rəhmət dediyimiz sənətkar əsl kişi idin

  • @baharletifqz6491
    @baharletifqz6491 Před 5 lety +9

    Bir əfsanə Allah rehmet etsin

  • @hesenhesenvahid9943
    @hesenhesenvahid9943 Před 5 lety +15

    SUPER.BELE XALQ ARTİSTLERİN HELE ÇOX AXTARACAXIQ BİZ

  • @NoName-kh1ns
    @NoName-kh1ns Před 3 lety +2

    Gözel senetkar ruhun şad olsun

  • @shahinhuseynli8409
    @shahinhuseynli8409 Před 4 lety +3

    heyif cox heyif senin kimi senetkari itirdik ses deyile baldi bal ALLAH REHMET ELESIN

  • @sayalialiyeva9828
    @sayalialiyeva9828 Před 2 lety +1

    caaaaannnnn ürəyimiz yanır sizdən ötürü ay sevdiyimiz insan

  • @EmrinS
    @EmrinS Před 5 lety +17

    ALLAH REHMET ETSİN MƏKANIN CƏNNƏT OLSUN GÖZEL SES EVEZOLUNMAZ SES YAXŞILAR TEZ TERK EDİR BU FANİ DÜNYANI.EBEDİ DÜNYANIZ CENNET OLSUN

    • @vuqarnecefov6725
      @vuqarnecefov6725 Před 4 lety +2

      Allah rəhmət etsin.Əvəz olunmaz şəxsiyyət ruhunuz şad olsun

  • @vtnprvrqarabag2471
    @vtnprvrqarabag2471 Před 4 lety +8

    Bu mahına bəyənməyənin Allah belini belini qırsın Məhəbət Kazımov bu mahnın pecatını qoyub

  • @banavshavaliyeva9658
    @banavshavaliyeva9658 Před 4 lety +5

    Sene Allah rehmet eyledin. Mekanin cennet olsun.

  • @tagiyevperviz3254
    @tagiyevperviz3254 Před 4 lety +3

    Gozel senetkar heyif lacini gormedin allah sene rehmet etsin

  • @alioyaq6362
    @alioyaq6362 Před 10 měsíci

    Əminəm ki Sənin ruhun şaddır böyük insan, gözəl sənətkar. Laçın indi azaddır və sənin ruhun o gözəl torpaqları gəzir dolanır.♥️♥️

  • @user-wu3ni2in9k
    @user-wu3ni2in9k Před rokem

    Аллах сени рехмет елесин ишден еве гачардыг бу гюн мехеббет охуячаг🤲

  • @nigiwaliyeva9758
    @nigiwaliyeva9758 Před 4 lety +2

    Аллаh реhмед елесин беле сенеткар бирде четин гелер бу дуняя балды бал алесине баш саглыгы верирем евлахски

  • @srxanmmmdov2265
    @srxanmmmdov2265 Před 3 lety +2

    Allah sene qeni qeni rehmet eləsin böyük usdad senetkar
    Sennen dünyaya gəlməz birde

  • @sadig2373
    @sadig2373 Před 4 lety +2

    Cox heyif cox

  • @ArazMmmdzad-zm7kr
    @ArazMmmdzad-zm7kr Před 4 měsíci

    Allah Məhəbbət müəllimə qəni qəni rəhmət eləsin gözəl səsli sənətkar idi həm də əsl mərd kişiydi məkanı cənnət olsun inşaallah 🙏🤲

  • @ayladeniz4241
    @ayladeniz4241 Před 4 lety +3

    Allahdan rehmet dileyirem.bu verlise baxmisdim ele bil gunen baxmisam zaman ne tez gelib kecir heyat ne vefasizdi.usagligda bu gozel senatkarini negmeleriyle boyuduk ne qader qelbden oxuyur necede musiqini duya duya oxuyur 😢🙏

  • @sadig2373
    @sadig2373 Před 4 lety +4

    Ne wirin sesin varmiw ay mehebbet allah sene rehmet elesin

  • @user-wf5ui2yf3v
    @user-wf5ui2yf3v Před 4 lety +1

    Маним чох севдийим муганни! Аллах сиза рахмат еласин!

  • @user-pl5vm8ec2g
    @user-pl5vm8ec2g Před 5 lety +7

    Allax rehmet eylesin heyf ne gozel senetkarimizi itirdik

  • @dunyaa1_
    @dunyaa1_ Před 2 lety +1

    Sənətkara Allah rəhmət eləsin. Nisgilli köçdü dünyadan.

  • @Quluqulu63Qulu-wp8cx
    @Quluqulu63Qulu-wp8cx Před rokem

    Yeri dolmayacaq insan bu mahniya,meni kimi qulaq,asanda kovrelen nece neferik?

  • @zulyasurxayl3223
    @zulyasurxayl3223 Před 4 lety +4

    Gozel insan gozel ses birbasa ureye axib gedir Allah rehmet elesin!

  • @user-uw5ds6ex1n
    @user-uw5ds6ex1n Před 4 lety +3

    Ruhun shad olsun goz insan arxanca gozel negmelerini ve bizi gozu yashli qoyub getdin 😥

  • @defnewss0
    @defnewss0 Před 3 lety +1

    Şedevr👍👍👍
    Mükəmməl.Adam söz tapmır.Vallahi...

  • @user-np3ru6os2u
    @user-np3ru6os2u Před rokem +1

    Аллах сене Рахмет етсин Амин

  • @melahetqasmova3447
    @melahetqasmova3447 Před 5 lety +58

    İnsan küsürsə deməli səbəbi var.Sənətkarin məkani cənnət olsun.İlk məhəbbəti nakam qalanlarin küsməyi aci olurmuş.

  • @guluquliyeva7465
    @guluquliyeva7465 Před 3 lety +1

    Allah sizi rəhmət etsin qardaşım sizdən bir də çətin gələ bu dünyaya osəsdən vətən nisgilli qardaş

  • @elsenabbasli1041
    @elsenabbasli1041 Před 5 lety +5

    Allah rehmet elesin çox gözel ürekden oxuyub

  • @wahlisdad8252
    @wahlisdad8252 Před 4 lety +4

    Ehsen dahi sənətkar

  • @eyvazmeheremov4414
    @eyvazmeheremov4414 Před 4 lety +4

    Yaxşı insanlar gərək bu həyatda yaxşı iz qoya Məhhhəbət müəllim iz yox iz qısadı İnsanların qelbinde qırılmayan uzun yol çəkdi çox heyif belə şəxsiyyətdən senetkardan rehmete gedəndə televizyka kanalı Ans bildirdiki merhumla vida merasimi Xırdalan mədəniyyət evində olacaq ama onuda çox gördülər belə senetkara minlərlə xalq artisti ola gördüyüm duyduğum xalqın artisti Məhəbbət bəydi rahat uyu bəy Axrı ki Laçına qovuşdun

  • @ehtramalim4462
    @ehtramalim4462 Před 4 lety +2

    Bu əseri kim bəyənmirse onun musiqden xəbəri yoxdu o bəyənməyənlər sizde bir belə əser oxyun bu mahnı deyil əserdi allah rəhmət eləsin böyük sentkardi heyif çoxx heyif 😔😢😢🙏

  • @mehdizehra1819
    @mehdizehra1819 Před 4 lety +3

    Bunun hansi mahnisi olur olsun meni en gozel vaxtlarima aparir.

  • @MrJason929218
    @MrJason929218 Před 3 lety +1

    ALLAH Sania Rahmat etsin Amin 🤲

  • @salman.namazli_official
    @salman.namazli_official Před 4 lety +5

    Allah rehmet elesin 😔Ne yaxsi Omrumuz Sizin Sesinizi Mahnilarinizi esitmeye Qismet olub Siz Bizim qelbimizde daima yasayacsiniz..Yeriniz cennet olsun bizim Gozel Seslimiz Boyuk Insan

  • @huseynhumbatov7360
    @huseynhumbatov7360 Před rokem

    Heyif səndən😢məkanın cənnət olsun amin🤲🤲

  • @muradxannovruzov1317
    @muradxannovruzov1317 Před 3 lety +2

    Allah rəhmət eləsin Məhəbbət Kazımova 😭😭😭

  • @ST-rz6uq
    @ST-rz6uq Před 5 lety +4

    ALLAH RƏHMƏT ELƏSİN!

  • @anarheydarov8344
    @anarheydarov8344 Před 5 lety +10

    Mekanin cennet olsun,BOYUK SENETKAR.

  • @dhchbfgfghfgcgb7319
    @dhchbfgfghfgcgb7319 Před 2 lety

    Saatlarca qulaq asaram.cox sevirdim mahnilarini.Ondann yoxdu ol.mayacaq..Allah rehmet elesin.Qelblerde yawayir.

  • @user-rr5mz5wj4u
    @user-rr5mz5wj4u Před 5 lety +5

    Allah rehmet elesin dahi senetkarimiza