Qızıl alma - Əmir Teymurun sirrləri | 31.01.2024

Sdílet
Vložit
  • čas přidán 30. 01. 2024
  • Hər il aprelin 9-u Özbəkistanda Türk dünyasının və Müsəlman Şərqinin böyük filosofu, yenilməz sərkərdəsi və 7 dünya hökmdarı Əmir Teymurun doğulduğu gün müqəddəs bayram kimi qeyd olunur. Ölümündən 619 il keçməsinə baxmayaraq, bu sirli simanın şəxsiyyətinə və yaşadığı dövrə maraq azalmır.
    Nəsil şəcərəsində Çingiz xanın, türk soylu Barlas xanın budaqları olan Əmir Taraqay Bahadurun oğlu Teymur 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbzin Xocand kəndində dünyaya gəlib. Teymur babası Hacı Alimin yanında mədrəsə təhsili alıb və hələ uşaq yaşlarından özündən yaşca böyüklərin arasında ad-sana sahib olub.
    Bizdən 7 əsr əvvəl yaşayan , yaşadığı dövrdə böyük şöhrətə və səltənətə malik olan 7 dünya hökmdarı adlandırılan Əmir Teymur kim idi? “Qızıl alma” verilişində Taraqay Bahadurun oğlu haqqında tarixi həqiqətləri Özbəkistandan olan alimlər danışırlar.
    Copyright © Mədəniyyət TV
    CZcams kanalına abunə olun: bit.ly/2BpXnnT
    Facebook - bit.ly/39jZ96G
    İnstagram - bit.ly/30IIVjB
    CZcams - bit.ly/39tyzYL
    Rəsmi sayt: bit.ly/2OMoBrU
    İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır.
    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir.
    “Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır.
    Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.
    “Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
    #AZTV #MədəniyyətTV

Komentáře • 4

  • @ganikus7936
    @ganikus7936 Před 5 měsíci +1

    Amir Temur🇺🇿🇺🇿🇺🇿❤❤❤

  • @user-gg7xg1ew9c
    @user-gg7xg1ew9c Před 4 měsíci

    Çox saqolun əməyinizə sağlıq👏🏻

  • @teyfurbabayev2324
    @teyfurbabayev2324 Před 5 měsíci +2

    Yaxşı olardı ki tam Azərbaycan dili versiyası verilsin.Subtitrlərdə oxuyub çatdirmaq olmur.

  • @musfiqsuleymanov5308
    @musfiqsuleymanov5308 Před 5 měsíci +1

    Bu verilişdə dəfələrlə səs kəsilir; Heyf bu cür şəxsiyyət haqqında çəkilən verilışə;