Bulaq Verlisi, Semender Rzayev

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • Rzayev Səməndər Mənsim oğlu (2 yanvar 1945, Ağsu - 27 mart 1986, Bakı) - Azərbaycan teatr və kino aktyoru,[1] Əməkdar artist.[2]
    Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. O, dünyaya gələndə ölkədə Böyük Vətən Müharibəsi gedirdi. 1945-ci ilin yanvarı, böyük qələbəyə beş ay vardı. Çoxuşaqlı ailənin sonbeşiyi olan bu uşaq müharibənin qan-qadasından uzaq Ağsu rayonunda doğulsa da müharibə onun da taleyinə təsirsiz ötüşmədi. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.[3] Ömrünün son gününə kimi bu teatrda fəaliyyət göstərdi. Biri digərinə bənzəməyən obrazlar qalereyası yaratdı.
    Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
    Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban ("Vaqif", "Fərhad və Şirin" və "Xanlar", Səməd Vurğun), Qalçixa və Anuşka ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Zəhra ("Şeyx Sənan", Hüseyn Cavid), Paulina ("Qış nağılı", Vilyam Şekspir), Sofiya ("Vanya dayı", Anton Çexov), Missis Daycen ("Şeytanın şagirdi", Bernard Şou), Nata xanım ("Nazirin xanımı", Branislav Nuşiç), Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dolores ("Qadın faciəsi", Federiko Qarsiya Lorka), Güllü xala ("Yalan", Sabit Rəhman), Zabitə ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Ana ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Sofiya ("Daş qartal", Pavel Malyarevski), Klavdiya Vasilyevna ("Şadlıq sorağında", Viktor Rozov) rollarını ifa edib.
    Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülüb.
    Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.
  • Hudba

Komentáře • 32

  • @n.g.rq.y.b670
    @n.g.rq.y.b670 Před 5 lety +9

    Bu ses en gozel günlere qaytardi meni...Şenbe günleri "Bulaq dede" ni sebirsizlikle gozlerdik.Asude,qaygisiz günler idi o günler...

  • @mrs.nasirova9363
    @mrs.nasirova9363 Před 5 lety +7

    Allah rəhmət eləsin dahi senatkarimiza Semender Rzayeva çox severdim.....

  • @eliyevaruqeyya3758
    @eliyevaruqeyya3758 Před 4 lety +2

    Çox sağ olun! Çox kövrəltdi məni bu verliş.Nə yaxşı ki, arxiv saxlanılıb. Nə yaxşı ki, sizlər varsınız! Uşaqlıq və gənclik illərim yadıma düşdü. Heyif o illərdən! Allah rəhmət eləsin Məhluqə xanıma,İlham Əsgərova, Səməndər Rzayevə, Savalan baba kimi bildiyimiz aktyora! Allah can sağlığı versin Səidə xanıma və başqalarına!

  • @sevilia.m.1078
    @sevilia.m.1078 Před 4 lety

    Nece gözlerdik axsamlar bu veriluşi..Semendetin, Mehluqe xsnimin sesi nece de gøzel idi.O günler kimi.Gedib o günlerde qalmaq isterem...

  • @CeyhunKazimov-us8yf
    @CeyhunKazimov-us8yf Před 3 měsíci

    17 05 2024.Allah dunyasini deyişenlen Dahi Senetkara Rehmet elesin.Ruhunuz şad olsun.Amin Xatirelerde yaşayacaqdir iller ötsede. Sizlerde çox saqolun paylaşdiniz. Minettariq .Azerbaycan. Lenkeran.

  • @salahovakifayat4871
    @salahovakifayat4871 Před 5 lety +2

    allah sizə rəhmət eləsin .bizi ən gözəl qayğısız günlərimizə apardı kaş o günlər olaydı.bulaq dədənin məzəli əhvalatları .

  • @merdanhuseynov7950
    @merdanhuseynov7950 Před 5 lety +2

    bulaq verliini radioda dinləməkdən ötrü altı gün gözləməli olurduq.səməndər rzayev dünyasını dəişəndən sonra ,bulaq verlişi yox dərəcəsinə bərabər oldu.atalar deyib tək əldən səs çıxmaz.məhluqə sadıqova ilə səməndər rzayevin səsləri insanın qəlbində iz qoyurdu.allah böyük sənətkarları qəni-qəni rəhmət etsin.yerləri behişlik olsun.

    • @zin_qach
      @zin_qach Před 4 měsíci

      İlham Əsgərov və Səidə Quliyevada yaxşı aparırdı

  • @imanhacimelikli1119
    @imanhacimelikli1119 Před 5 lety +5

    Super 👍👍👍👍👍layikk

    • @genceservis9212
      @genceservis9212 Před 5 lety

      indi bele verliw yoxdu heyif ovactlar arxada qaldı.rehmetlik babam çox severdi bu verliwi.

  • @user-eb5tn1ln5m
    @user-eb5tn1ln5m Před 5 měsíci

    Mənim atalı analı günlərimi yadıma saldı ne gözəl günlər imiz heyif o gunlərdən😂😂😂

  • @user-nf2qt5fz8b
    @user-nf2qt5fz8b Před 5 měsíci

    Bereket kisilik merdliy erenlin o vaxtda qaldi hayif o gunlerden tekrar olmaz bir daha tesufffler😢😢😢

  • @sevinc63
    @sevinc63 Před 5 lety +1

    Semenderle Mehluqenin sesi....gozel gunlerimizin sedalari....

    • @eliyevaruqeyya3758
      @eliyevaruqeyya3758 Před 4 lety

      Necə gözəl zəmanədə yaşamışıq,fərqinə varmamışıq. Heyif o illərdən!

  • @remihetemov9223
    @remihetemov9223 Před 4 lety +2

    Heyf o iller bereket de o illernen getdi

  • @remihetemov9223
    @remihetemov9223 Před 4 lety +1

    Alla sizderi rehmet etsin

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye Před 3 měsíci

    Allah rəhmət eləsın.

  • @romaroma4117
    @romaroma4117 Před 5 lety +3

    NƏ GÖZƏL GÜNLƏR YAŞAMIŞIQ . QAYĞISIZ. ATAM ÇOX SEVİRDİ BU VERİLİŞİ, BİRCƏCİYİNDƏ BURAXMAZDI BU VERİLİŞİN.

    • @СССРСССР-ч5ы
      @СССРСССР-ч5ы Před 5 lety +1

      Beli en gozel gunlerimiz onda olub semender rzayev yaxwi ki bu gunleri gormedi

    • @remihetemov9223
      @remihetemov9223 Před 4 lety +1

      Helbetde biz Bulaq verlisi done done izdiyrdik ve onunla nefes alrdlq esq olsun bu verlisi internete buraxana

  • @user-me4im2wy3x
    @user-me4im2wy3x Před rokem

    Аллаh рэhмэт елэсин

  • @lacinallahverdyev7810
    @lacinallahverdyev7810 Před 4 lety

    Men desete gelirem ger bu xalq ne pis gundediki butun sovet devirinde olan butun verlserin kino ve tamassalarin hamsina yazilan serlerin hamsinda hamliqla kecmise qayitmaq isteyirler men hamidan cox isterdim

  • @vilayetmuxtarov562
    @vilayetmuxtarov562 Před 5 lety

    Allah sizden razi olsun. Bizi kecmiwe qaytardiniz.

  • @nigaralieva2149
    @nigaralieva2149 Před 5 lety +1

    👍👍👍👍👍

  • @mahmydabdylgazizov6507
    @mahmydabdylgazizov6507 Před 5 lety +1

    Ашыг алескер омрум бойу йадымда галачах

  • @caniletisim3718
    @caniletisim3718 Před 5 lety

    Ela

  • @mrboxing7777
    @mrboxing7777 Před 4 lety

    👍👍👍👍👍🇦🇿🇦🇿🙏

  • @user-hg2gz4bb2i
    @user-hg2gz4bb2i Před 3 lety +1

    Елимин обамын козёл сенеткары биз сени булаг суйу тек тем темиз хатырлайырыг

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye Před 3 měsíci

    Paylaşan Şərqıyyə 1958.

  • @remihetemov9223
    @remihetemov9223 Před 4 lety +1

    Bulaq verlisi hansl ilde berpa olunub ve Hansl Aktiyorlar terefinden verlis berpa olunub bilen varsa yazsn

    • @zin_qach
      @zin_qach Před 4 měsíci

      İlini bilmirəm,amma aparıcılar İlham Əsgərov və Səidə Quliyeva idi

  • @agsu7804
    @agsu7804 Před rokem

    Бирдана сигарет чеким хайф о гунлардан