Düzgün ayaqqabı seçimi insanın sağlamlığı üçün vacibdir

Sdílet
Vložit
  • čas přidán 26. 08. 2024
  • Düzgün ayaqqabı seçimi insanın sağlamlığı üçün vacibdir
    Hər fəsilin özünə uyğun ayaqqabı növləri var. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Düzgün ayaqqabı seçimi insanın sağlamlığı üçün çox önəmlidir. Buna görə də, ayaqqabı alarkən diqqətli olmaq lazımdır. Düzgün və keyfiyyətli ayaqqabını seçməyin yollarını əməkdaşlarımız Lənkəranda araşdırıb.
    Ayaqqabı hər zaman insan geyiminin ayrılmaz elementidir. Ayaqlar gün boyu bədənimizin yükünü daşıyır bəzən yorulur, zədələnir də. Bu hallar fiziki aktivliklə yanaşı yanlış ayaqqabı seçimi zamanı də yaşanır. Ona görə də ayaqların rahatlığını təmin etmək üçün düzgün ayaqqabı seçimi çox vacibdir. Düzgün ayaqqabı dedikdə isə əksər insanların ağlına altı düz olan və ya ortopedik ayaqqabılar gəlir. Həkimlər bildirir ki, ayaq problemlerinin çoxu səhv ayaqqabı seçimindən sonra ortaya çıxır.
    Ayaqqabının rahat və keyfiyyətli olması, gündəlik iş rejiminə də təsir edir. Alıcıların ayaqqabı alarkən diqqət etdiyi məqamlar isə müxtəlifdir.
    Sorğudanda eşitdiyiniz kimi, əksər alıcılar modelə üstünlük verir. Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Satıcılar da keyfiyyət və qiymətdən çox müştərilərin modelə önəm verdiklərini bildirir.
    Bir sözlə, özünüzü və sağlamlığınızı istəyirsinizsə düzgün və keyfiyyətli ayaqqabı seçərkən sadaladığımız faktlara diqqət yetirməlisiniz.

Komentáře • 7