Helikopter qəzasında həyatını itirən iranlı rəsmilərin dosyesi

Sdílet
Vložit
  • čas přidán 19. 05. 2024
  • Helikopter qəzasında həyatını itirən iranlı rəsmilərin dosyesi
    İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə 8 nəfərlik nümayəndə heyətinin helikopter qəzasında həlak olması hazırda dünya gündəminin manşetindədir.
    Qeyd edək ki, həlak olan 9 nəfərdən 4-ü İranın yüksəkrütbəli dövlət rəsmisidir: ölkənin Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim.
    Helikopterdə həlak olan rəsmilər İran siyasətində təcrübəli dövlət xadimləri kimi tanınırlar. Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində doğulub. Hüquq təhsili olan İ.Rəisi bir müddət Tehranın baş prokuroru olaraq çalışıb. 2014-15-ci illərdə isə ölkənin baş prokuroru postunu tutub. 2021-ci il iyunun 18-də keçirilən 13-cü prezident seçkisinin rəsmi nəticələrinə görə, İ.Rəisi 17 milyon 900 min səslə seçkidə qələbə qazanıb və İran İslam Respublikasının 8-ci prezidenti seçilib.
    İranın xarici işlər naziri olmuş Hüseyn Əmir-Abdullahian isə 1964-cü ildə ölkənin Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Ərəb və ingilis dilində sərbəst danışıb. 20 ilə yaxın diplomatik təcrübəsi olan Əmir-Abdullahian əsasən İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb. 2020-ci ildə Bağdadda öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaniyə ən yaxın şəxslərdən biri olub. O, 2021-ci ildə İranın xarici işlər naziri vəzifəsini icra edirdi.
    Şərqi Azərbaycan əyalətinin qubernatoru vəzifəsində çalışmış Malik Rəhməti 1982-ci ildə anadan olub. Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb. Fərqli illərdə İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib.
    Təbrizin imam cüməsi Məhəmmədəli əl-Haşim 1962-ci ildə Təbrizdə ruhani ailəsində doğulub. İlkin dini biliklərə elə orada yiyələnən Məhəmmədəli əl-Haşim alimlik dərəcəsini İranın Qum şəhərində alıb. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-2016-cı illərdə İranda "Ordunun Siyasi İdeoloji Təşkilatı"nın rəhbəri vəzifəsində çalışıb.
    Xatırladaq ki, son məlumata əsasən, İran Prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib. Ümumilikdə helikopterin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. Qəza ilə bağlı İranda 5 günlük matəm elan edilib.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Helikopter qəzasında həyatını itirən iranlı rəsmilərin dosyesi
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #iran #helikopter #qəza #prezident #rəisi #qəza #ibrahimrəisi #iranprezidenti #hadisə #təyyarəqəzası #helikopterqəzası #ibrahimreisi #prezidenttəyyarəsi #seyidibrahimrəisi

Komentáře • 16