Xəzər Süleymanlı - Təklik ( Bəxtiyar Vahabzadə Şeiri)

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • Aparıcılar: Xəzər Süleymanlı
    Kamal Yaşar
    Şeir Mənim Üçün...
    Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
    Bizi İzləyin:
    Kanala Abunə Olmaq Üçün: / space104fm
    Space 104 FM Facebook: / space104fm
    Space 104 FM İnstagram: / space104fm
    Bəxtiyar Vahabzadə - Təklik
    Xəyal gah dağdadır, gah da aranda
    Gah göyə yüksəlir, gah enir insan.
    Otaqda bir saat tək oturanda
    Yüz ilin dərdiylə yüklənir insan.
    Elə bil divarlar gəlir üstünə,
    Qulağın səslənir, qəlbin döyünür.
    Alışıb yanırsan sən öz tüstünə,
    Nidalar gözündə suala dönür.
    Insanı tez yorar düşüncələr də,
    Verib nəfəsini dərd udar insan.
    Özündən başqası olmayan yerdə,
    Insan olduğunu unudar insan...
    Bir günəş bəs edər, pərişan olma,
    Sənin yüz Kür qədər göz yaşın olsa.
    Min dərd hücum etsə, könül, sıxılma,
    Bir nəfər dərd bilən sirdaşın olsa.
    Dünyaya gəlmədik biz əbəs yerə,
    Insanıq, insan da bizə gərəkdir.
    Bağa tək qınına çəkilənlərə
    Ürək nə gərəkdir, dil nə gərəkdir?
    Çay çaya qovuşmaz, sular daşmasa,
    Ulduzun ulduzla ünsiyyəti var.
    Göydə buludlar da qoşalaşmasa,
    Nə ildırım çaxar, nə yağış yağar.
    Yol tapa bilərmi saz ürəklərə,
    Mizrab asta-asta telə dəyməsə?
    Çıxarmı qönçədən tək bircə kərə
    Bülbülün nəfəsi gülə dəyməsə?
    Öz el-obasını tərk etdiyindən,
    Tək-tənha dolanır bayquş bu gün də.
    Kolların dibində tək bitdiyindən,
    Boynu bükük olur bənövşənin də.
    Od vurmasa, qabda su daşa bilməz,
    Quş da tək qanadla dağ aşa bilməz.
    Kösöyün ikisi çöldə də yanar,
    Biri ocaqda da alışa bilməz.
    Qəlbimdə min sözüm, min söhbətim var,
    Mən deyim, siz deyin, dil yorulmasın.
    Yığılın, yığılın başıma, dostlar,
    Mənim bir günüm də sizsiz olmasın.
    Dostların qəlbidir yurdum, məskənim,
    Ürəkdə bir nisgil gərək olmasın.
    Sağlığım bir yana, a dostlar, mənim
    Soyuq məzarım da heç tək olmasın.
    #SpaceRadio #XezerSuleymanli

Komentáře • 1