Rəşad Dağlı kimdir? - Haqqında bunları bilirsizmi?

Sdílet
Vložit
  • čas přidán 13. 10. 2021
  • #birivar #meyxana #resaddagli
    O, Azərbaycanda ən çox azarkeş kütləsi olan şəxslərdəndir. Dediyi meyxanalar - xüsusilə də deyişmələrdə “1 nömrə”dir. Meyxana aləmində ən yaxşıların fərqləndirilməsi üçün “meyxana tacı” deyilən bir rəmzi ad var. Bu ad Məşədibabadan Aydın Xırdalanlıya, Xırdalanlıdan isə ona keçib. Bəs, o, bu adı layiqincə daşıya bilirmi?
    Yeni verilişimizin ilk sayında meyxana dünyasının gəlmiş-keçmiş ən sanballı ismlərindən biri haqda söz açırıq. Biri var, Rəşad Dağlı...
    Rəşad Rəşad Vaqif oğlu Əmirov 1984-ci il aprelin 21-də Yasamalda anadan olub. Uşaqlıqdan meyxanaya marağı olub. Mərhum həmkarı Əlislam söhbtlərinin birində deyirdi ki, Rəşad toppuş oğlan idi, onu məktəbin divarından güclə qaldırıb kemirirdik. Balaca idi, ancaq bizimlə meyxana deməyə gəlirdi.
    O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarının ən yaddaqalan meyxana layihələrindən olan "De gəlsin"də iştirak edib.
    2001-ci ildə 17 yaşlı Rəşad finala qədər gəlib çıxır, sonda, finalda Aydın Xırdalanlıya məğlub olur
    Rəşad Dağlının şəxsi həyatı ilə bağlı mətbuatda ən çox sadalanan iki hadisə var. Biri yoldaşının ondan boşanma istəyi ilə məhkəməyə müraciət etməsi, digəri isə qəzaya düşərək qolunun qırılması.
    O, 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Bu evlilikdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.
    2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qazax yolunda qəza törədib və nəticədə xəsarət alıb. Onun "Toyota Prado" markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Hadis nəticəsində Rəşad Dağlının qolu sınıb.
    Yasamal və Dağlı təxəllüsləri ilə meyxana deyən Rəşadın ustadı Nizami Rəmzidir.
    Rəşadın istedadına, meyxana meydanlarındakı çevik performansına, rəvan və axıcı meyxanalarına söz ola bilməz. Həqiqətən də - həqiqət dediyimiz əksər meyxanaçıların etirafı və xiridarların rəyidir - Rəşad dövrünün ən yaxşısıdır.
    Azərbaycanda bir çox meyxanaçılar olub və indi də var ki, onlar meyxananın, əruz sənətinin yalnız bir qolu üzrə peşəkarlaşıblar. Məsələn, adam var, yalnız ağır bəhrlərdə hikmətli beytlər deyə bilir, lakin deyişmə zamanı rəqibi qarşısında at oynada bilmir, adam var musiqili meyxanada xoş avazla diqqət çəkir, lakin, ağır bəhrlərdə axsayır. Rəşad Dağlı isə bütün meyxanaçılardan fərqli olaraq bu sənətin istənilən müstəvisində çox mükəmməl mövqedə dura bilir, hələ heç kəsin qarşısında büdrəmir. Musiqili meyxanada da, bəhrdə də, deyişmədə də həmişə diqqət çəkməyi bacarır. Rəşad istəsə meyxanada söhbət də eləməyi bacarır.
    Onun qismən axsadığı məqam bəhrdir.
    Rəşadın klassik ədəbiyyat bilgisi, mütaliəsi, sənət anlayışı “meyxana kralı”na bab səviyyədə deyil. Məsələn, Pünhan Alatavalı, rəhmətlik Vüqar Biləcərilinin endiyi mətləblərdə, dediyi ağır bəhrlərdə Rəşad Dağlı suda balıq kimi ola bilmir. Səri bəhrində göstərdiyi pəhləvanlığı çox dərinlərdə alınmır.
    Düzdür, qəliz bəhrlərdə Dağlı susub oturanlardan olmur, lakin, yenə deyirəm, biz onu qəliz bəhrlərdə Vüqarla, Pünhanla ən yaxşı halda tən görə bilərik, Rəşad bu müstəvidə krallıq edə bilmir. Bunu xridarlar da etiraf edər...
    Rəşad Dağlı adı son illərin meyxana sənətinin möhürüdür.
    Təəssüf ki, Rəşad meyxana sənətinin möhürü olsa da, həm də bu sənətinin sonbeşiyi kimi qalmaqdadır. Onun hegemonluğu altında özünə layiq bir rəqibinin yetişməməsi də, əslində Rəşadın problemidir.
    Aydın Xırdalanlı nümunəsi üzərindən baxanda biz Rəşadın gənc meyxanaçılara münasibətində uçurum görürük.
    Biz Rəşada ustad deyə biləcəyikmi?
    Bu günə qədərki performansına baxsaq, Rəşada ustad deyə bilmirik. Çünki o, özündən sonrakı nəslə yol açmır, onlara ürəklə xeyir-dua vermir. Sanki içində bir məğlubiyyət qorxusu da yox deyil. Bu hiss ustada yaraşmaz.
    Əminəm, Rəşad “əsl ustad müəlliminə qalib gəlib tələbəsinə məğlub olandır” fikrindən xəbərsizdir.
    Həmin gəclərin iddiasına görə Rəşad onunla ciddi rəqabət aparan rəqibləri sevmir. O, toylara adətən elə kollektivlə yollanır ki, həmin məclisdə onun krallığı açıq-aydın seçilsin, onunla deyişən, bir məclisdə olan şəxslər də, iddiaya görə, bu qaydaya adətən sadiq qalırlar...
    Bu iddiaları bir kənara qoyaraq, yenidən Rəşad Dağlının keyfiyyətlərinə dönək. Həqiqətən də, o, gəlmiş-keçmiş meyxanaçılar arasında ən yaxşılardandır. Hətta, deyişmə müstəvisində bəlkə də ən yaxşıdır.
    Səri bəhrində aparılan çevik deyişmələrdə Rəşadı məğlub edən meyxanaçı xatırlamıram, o, hətta Aydın Xırdalanlı ilə də kəllə-kəlləyə gələ bilirdi. Aydına məğlubiyyəti isə yenə də klassik baza və klassik sənətkarlıq metodlarındakı naşılığı ilə əlaqəli idi.
    Rəşad Dağlı dövrünün həqiqi meyxana kralıdır.
    Əminəm, o, tezliklə yuxarıda qeyd olunan qüsurlardan arınacaq. Hələ 40-a çatmamış bir şəxsdən ariflik gözləmək bir az insafsızlıq olar.
    Odur ki, “Xızı qartalı”na daim zirvə arzulayırıq.

Komentáře • 728

  • @beat4508
    @beat4508 Před 2 lety +231

    Rəşad Dağlı hal-hazırda meyxananın imperatorudu.Və bu həqiqəti heç kim dana bilməz.. Allah ömür versin Rəşada❤️

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 Před 2 lety +1

      O həqiqət deyilki kimsədə dana

    • @hasanaliyev6164
      @hasanaliyev6164 Před rokem

      Bilirsiniz camaat pul qazanmaq üçün elə şeylər yazırlar ki,ayıbdı !!!

    • @eldenizsukurov8872
      @eldenizsukurov8872 Před rokem +1

      👍👍👍

    • @tomirisbayil2784
      @tomirisbayil2784 Před rokem

      Meyxana? İmpetator?😆

    • @eldenizsukurov8872
      @eldenizsukurov8872 Před rokem +2

      @@tomirisbayil2784 imperatorun senete ne aidiyyati var.Resad Dagliya ne qeder gozel komplimentler desek azdi,deyilmi?Allah yar olsun Resad Dagliya🤲🤲🤲

  • @elcinvalehofficial
    @elcinvalehofficial Před rokem +29

    Allah-Təala Rəşad Qardaşlmızın qapısını açsın.Çox Qeyrətli Oğul və Əlada Şairdi.Göz dəydi Qardaşımıza.Allah ailəsini qorusun və Səbr versin.Amin.

  • @idealtelecom2067
    @idealtelecom2067 Před 2 lety +88

    Rəşadın sənətinə meyxanasına özünün oğlanlığına şübhə edən varsa oda onu gözü götürməyənlərdir rəşadı Allah bizə zənanənin şairi kimi bəxş edib. Şairə sağlığında qiymət verək yad edək.

  • @turalagasiyev9935
    @turalagasiyev9935 Před 2 lety +36

    Rəşad Dağlı çox amma çox böyük Sənətkardır.Meyxana Sənətinin birbaşa özüdür. Bunu danan insanda vicdan olmaz.Var ol Rəşad Dağlı hər zaman.

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 Před 2 lety

      Nətər yəni bunu danan insanda vicdan olmaz?

    • @yasarn-d8209
      @yasarn-d8209 Před rokem +1

      sən elə dedinki eləbil Allah uzaq eləsin hansısa şəhidin haqqı danılır vicdan olmaz zad başa düşmədim?

  • @xatirememmedzade729
    @xatirememmedzade729 Před 2 lety +129

    resad daqli quclu meyxanacidir.allah qorusun onu ve dostlarini.

  • @aliverdiyevakif8039
    @aliverdiyevakif8039 Před 2 lety +166

    Hər bir Sənətkara sağlığında dəyər verəsən,dünyadan köçəndən sonra yox.Rəşad Meyxananın möhürünü vurub.

    • @user-ml2ft1hk9k
      @user-ml2ft1hk9k Před rokem +1

      Рашадын Аллах гапсыны ачсын. Анжаг мейхана да 1 жи ола билмаз. Гышгырараг рахбар ола билмаз. 1 олмаг учун рахматлик Елчини охуюб ойранмак лазымды.

  • @etibarnezerov6636
    @etibarnezerov6636 Před 2 lety +307

    Oki qaldi resadin telebe yetisdirmemesine .cahankest goz qabagindadi masallah liboy behirdede diyir allah tebime quvvet versin

    • @FuadAhmed01
      @FuadAhmed01 Před 2 lety +18

      O necə olur Rəşad özü lboy bəhirdə deyə bilmir,ancaq Cahangeşt deyə bilir?Məntiqlə düz gəlmir axı yazdığın

    • @kontakthome4749
      @kontakthome4749 Před 2 lety +1

      Salam

    • @user-xn8nu2uh8j
      @user-xn8nu2uh8j Před 2 lety +11

      Fuad Ahmed qardaş meyxana elə bir iş deyil ki, onu kimnənsə örgənəsən. o qandadi. rəşadin cətin bəhrlərdə biraz ağsamaği olsada- onlari bilir. insan faktorun heçkim yaddan çixartmasin, ola bilər ki, cahangeşt az yaşli olmağina baxmayarağ rəşaddan çox oxuyub

    • @elvinabbasov5436
      @elvinabbasov5436 Před 2 lety +2

      Cahangesti məhsurlasdirib muəyyən seyləri ola bilərki oyrədib amma cahangestin istedadi rəsaddan ustundu

    • @sevilsevil5485
      @sevilsevil5485 Před 2 lety +1

      @@FuadAhmed01 ii

  • @nikoshirvanov616
    @nikoshirvanov616 Před 2 lety +48

    Rəşad danışığını bilməyən panyatkasız uşaqlardan imtina edib.. Güclü özünə hörmət eləyən bütün gənclərə Rəşad dəstəy olub..

    • @aqilhuseynov1686
      @aqilhuseynov1686 Před 2 lety +5

      Düzdür Cahankeş kimi şagirdi var Rəşad Dağlının

  • @user-mo1ir9ul3k
    @user-mo1ir9ul3k Před 2 lety +63

    Rəşad Dağlı bu gün meyxananın şahıdır.

  • @tabrizsuleymanzade4724
    @tabrizsuleymanzade4724 Před 2 lety +28

    Rəşad meyxananın şahıdır, Allah rəhmət eləsin Vüqara, Aydına.

  • @vuqarmammadov9687
    @vuqarmammadov9687 Před 2 lety +17

    Reşad meyxananın faktiki KRALIDI hal hazırda... Allah Aydınada,Vügarada rehmet elesin

  • @sevincquliyeva9808
    @sevincquliyeva9808 Před rokem +4

    Rəşad Dağlı meyxanada 1 dənədi
    Ustaddır çünki özündən sonra Cahangeşt kimi tələbəsi var
    Allah qapını açsın şair tezliklə qayıt meydanlara❤️

  • @bakinec4535
    @bakinec4535 Před 2 lety +63

    Bu yüz faiz bədiyəcilərin adamıdı😁😁😁..Rəşad sənətin nöqtə və nidasın qoyub....

  • @tahirbabayev7124
    @tahirbabayev7124 Před 2 lety +21

    Sevərək dinlədiyim sənətkar -Rəşad Dağlı❤

  • @yaserxudiyev6818
    @yaserxudiyev6818 Před 2 lety +15

    Allah can sagliqi ve xoş ömur versin Reşada. 20 ildi onun meyxanasini izleyirem. Men oz fikirimde onu heqiqetende Meyxananin Birincisi gorurem. Allah dunyadan köcən Şayirlerimize Rehmet elesin. Qalanlarinda hamisina can sagliqi. Hamisi yaxşidi bu cetin senetdi hamisi əziyyet cekir.

    • @yasarn-d8209
      @yasarn-d8209 Před rokem

      əziyyət dediyin bir şeyi səngərdə duran hərbiçilər çekir

  • @Selena-tn9ob
    @Selena-tn9ob Před 2 lety +16

    Allah qorusun Reşad Dağlını ❤

  • @ilkinmmmdov5141
    @ilkinmmmdov5141 Před 2 lety +9

    Resad dovrunun şairidir bütün meyxanacilardan seçilir Allah hamsina uzun ömür can sağlığı versin inşallah

  • @ilqareliyev1097
    @ilqareliyev1097 Před 2 lety +4

    Rəşad meyxanada gəlib getmiş ən güclü şairdir.Deyişmədə istənilən rəqibi sıxıb.Lovğalığı olsada sənətinə görədir.20 il eyni səviyyədə deyir.Allah uzun ömür versin.Onsuz meyxana dadsız və duzsuzdur.Əruzu da hamısından yaxşı bilir filologiyanı bitirdiyinə görə(nəzəriyyədə).

  • @elkincebiyev
    @elkincebiyev Před 2 lety +68

    Allah can sağlığı versin Rəşada

  • @sebuhibileceri6101
    @sebuhibileceri6101 Před 2 lety +18

    Allah rəşadın ömrünə bərəkət versin onun meyxanası mənə təb verir idyalımdı.

  • @firuzqarayeva1633
    @firuzqarayeva1633 Před 2 lety +32

    Rəşad dağlıya uğurlar

  • @sedaqetmirzayeva7783
    @sedaqetmirzayeva7783 Před 2 lety +27

    Rəşad Dağlını çox bəyənirəm.Onun hegemonluq etdiyini düşünmürəm. Onda o eqoizm hiss olunmur. Amma Aydın Xırdalanlı rəhmətə gedəndən sonra meyxanaya qulaq asmıram.

  • @zakir6006
    @zakir6006 Před 2 lety +21

    Rəşad gözəl dostdu heyif Aydını getdi😥

  • @vusalmemmedov8742
    @vusalmemmedov8742 Před rokem +4

    Meyxana tarixinin en yaxwisidir Rewad allah qapisin acsin

  • @abbasabbaszadeh
    @abbasabbaszadeh Před 2 lety +18

    Allah Vüqar Biləcəriyə rəhmət eləsin, Rəşada Allah can sağlığı versin.

  • @snanabdullayev2756
    @snanabdullayev2756 Před 2 lety +10

    Allah rəşada da can sağlığı versin boyuk usdaddı♥️♥️♥️

  • @pablo_emilioescobar898
    @pablo_emilioescobar898 Před 2 lety +81

    Onu bilirəm ki mexanada bütün şairlər Aydına üdüzdü 🔥

  • @renaabasova6578
    @renaabasova6578 Před 2 lety +15

    Allah sene can sagligi versin Şair🙏Bir sen qalmısan köhnelerden ALLAH sene deymesin🙏Vüqar Aydın Mesedibaba Elçin Bayram Heyif onlardan. Allah seni çox görmesin biz sevenlerine xiridarlarina🙏

  • @dreamerwoman9435
    @dreamerwoman9435 Před 2 lety +42

    resad da bu yerlere asanliqla gelmeyib.indiki gencler hormet bilmir.deyismede aqizlarina geleni deye bilerler.ona gore de oz hormetin saxlayir mence.

  • @elnurmustafayev7961
    @elnurmustafayev7961 Před 2 lety +25

    Guya veriliş hazırlayıb, ən çox Rəşadın pisdiyinə danışır.

  • @vasilemabudova8591
    @vasilemabudova8591 Před rokem +5

    Allah rehmet elesin Vuqara ,aydina❤🖤
    Reşadada can sagligi versin

  • @turanhuseynov1877
    @turanhuseynov1877 Před 2 lety +35

    Rəşad elə ustaddur Allah can saqliqi versu şairə ,Vuqardan sonra sənət rəşadla yaşiyir.

  • @meherremkazimli2904
    @meherremkazimli2904 Před 2 lety +83

    Çox mənbələrdə görmüşəmki "Rəşad Dağlı De gəlsində finala qədər yüksəlib" .Amma kadrlar bunu demir . Finalda Aydın Xırdalan və Ələkbər Yasamallı olub. Elecədə bu verlişdədə bu cür bildirilir.

    • @yasamal8975
      @yasamal8975 Před 2 lety +8

      Rəşad polfinald Aydına uduzur

    • @kamranliyev2476
      @kamranliyev2476 Před 2 lety +9

      Final Elekberle Aydin arasinda olub duzdi

    • @vuqartalibov8306
      @vuqartalibov8306 Před 2 lety +3

      Elekbernen Rehmetlik Aydin olub finalda duz catdirin

    • @kayfa1opuw783
      @kayfa1opuw783 Před 2 lety +3

      MEYXANA USTASI Əliağa Vahid, Ağasəlim Çıldaq, Namiq Qaraçuxurlu. Azərbaycan dövləti bu 3 şairə MEYXANA USTASI adı verib. Namiq Qaraçuxurlu qəzəl yazın diplomu görün. Hər yerindən tullanana MEYXANA USTASI adı düşmür. Düşsə idi bunlardan başqasına verilərdi verilməyibsə deməli layiq deyillər MEYXANA USTASI adına. Gedin indi qatığvızı başqa yerdə dağıdın hər yerindən duran MEYXANA USTASI ola bilməz.

    • @abdullahshaiq.991
      @abdullahshaiq.991 Před 2 lety +2

      Elçin alatava Ələkbər yasamalla deyib Ələkbər finalda Aydın xırdalanla deyib düz

  • @yeninesil56
    @yeninesil56 Před 2 lety +11

    Hərşeyi yaxşı bilir🖇
    Çox sərbəs Deyir R Dağlı

  • @user-hw7jo6gy6s
    @user-hw7jo6gy6s Před 6 měsíci

    Sərdar Amin çox sağol. Rəşad tezliklə məqamında olsun inşallah. Beynimi yandıran tək meyxanaçı

  • @bayraktar6043
    @bayraktar6043 Před 2 lety +24

    Bow bow daniwma Rewad ve sonda Vuqar Bileceriye qeder olan senetkarlar meyxanani senet olaraq secdi ve bir meyxana mektebi kecdi sonra gelenler ise toy pul populyarliq menbeyi olaraq secdi .Rewad haqli olaraq belelerini meyxanadan uzaq tutmaga caliwir ve duz eliyir.

  • @vugarkhalilov8365
    @vugarkhalilov8365 Před 2 lety +14

    Yaxşı bəhanə düşüb cavan meyxanaçıların əlinə. Guya ki, Rəşad bunlara imkan vermir deməyə. 😂
    Əgər kimin istedadı varsa, mütləq o məşhurlaşacaq.

  • @cavidezizov4410
    @cavidezizov4410 Před 2 lety +10

    Rəşad Dağlı sənətin şahıdı

  • @nailebabayeva3376
    @nailebabayeva3376 Před rokem +2

    Rewad Dagli senetkardi.Allah Rewada komek olsun tezlikle azadliga cixsin Amin

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Před rokem +5

    Rewad qardaw Allah qapini acsin

  • @kursumhuseynova1392
    @kursumhuseynova1392 Před rokem +2

    Xizinin Dağlilarin Qartalı ureyi Fəxri 🖤👑🤟🏻🤟🏻 Allah tezliklə qapivi açsin Dagli yerlim 🖤👑🤟🏻🖤

  • @elcin1229
    @elcin1229 Před 2 lety +7

    Allah can sağlığı uzun ömür versin Rəşad əlbəttə ustadlar sırasındadır

  • @rustmsdov3313
    @rustmsdov3313 Před 2 lety +3

    Resad dahidir yekdir deylisdede medenidir meyxanada cox seliqeli mdygana deyendir Resad ustaddir muasir dovrumuzun bedaheten meyxana alemnin en guclu ve en gozel yazar yasirdir Resat muzukalni eruz satira butun sanurlarda muasir dovrumuzun en guclu sayiridir

  • @haqqdemiyninqanndaproblemv6051

    ALLAH can sağlığı versin Rəşad dağlıya rəhmətə gedən şairlərə ALLAH RƏHMƏT ELƏSİN

  • @huseynmelikov2868
    @huseynmelikov2868 Před 2 lety +16

    Rəşad meyxananın pik nöqtəsidir,KRALDIR

  • @rehmanshixaliyev3957
    @rehmanshixaliyev3957 Před rokem +5

    Allah qapuvu acsun şair.

  • @turalmuhtar3830
    @turalmuhtar3830 Před 2 lety +32

    10:30 Axi niye yalan danisib gunah edirsen gorunur Resadi tanimirsan.O ki,qaldi imtina etmeye neinki Resad hetta Orxanda,Pervizde imtina edirler o genclerden ki,onlar savadla yox boyuk kicik gozlemeden soyusle deyib etika qaydalarina riayet etmirler

    • @etibarnezerov6636
      @etibarnezerov6636 Před 2 lety +2

      Ehsen qaqas mende ele onu yazmisam temiz sobet.ruslanan cahankestden vuqardan yaxsi dimiyeceylerki olar

    • @lfddinmuradl9045
      @lfddinmuradl9045 Před 2 lety

      Tam doğru dedin qardaş, düppədüz

  • @elnaraxundova1236
    @elnaraxundova1236 Před rokem +4

    Meyxana Shahi idi..
    Var ol wair..

  • @revayetmemedova9057
    @revayetmemedova9057 Před rokem +1

    Rəşad Daglı kişi kimi kişi mərd qeyrətli ogull, Meyxananın Şahıdı onun yerini hec kəs verə bilməz Allah qapısını tezliklə acsın 🤲🤲🤲

  • @user88815
    @user88815 Před 2 lety +9

    Allah rehmet elesın Ruhu wad olsun Kerbelayi Vuqarin, Aydinin

  • @agamehdbedelov7538
    @agamehdbedelov7538 Před 2 lety +40

    Sən bilmirsən nə danışırsan. Azından ayıb olsun. Ona görəki,bir əvvəla deki rəşaddan icazə aldıq ailəsi haqqıda danışdıq. Rəşad heç vaxt bu kimi söhbətləri eləməyib. Qaldı rəşadın söz deməyinə hər bəhr və vəzində qiyamət edib.

    • @nazimagayev6990
      @nazimagayev6990 Před rokem

      Rewad her behrde deye bilmir Vuqar qafiye acib rewad lal diyanib

  • @d.t.x.d.t.x9806
    @d.t.x.d.t.x9806 Před 2 lety +24

    EƏŞAD DEDİ Kİ 40 YAŞIMDA MEYXANANI BURAXARAM.

  • @knancahangirov5724
    @knancahangirov5724 Před 2 lety +5

    Rəşadın bu verilişə cavabı mənə cox maraqlıdır..

    • @rehimheybetov6202
      @rehimheybetov6202 Před 2 lety +4

      Rəşadın bu verlişə cavabı o olacaqki,verlişi Aparana diyəcək ki,kral özünsən

  • @adilseferoff678
    @adilseferoff678 Před 2 lety +2

    Reşad belkede yox ele enyaxşısıdı halhazırda Reşat bir nsankimde cox gözel insandı

  • @yusifaydemirov9059
    @yusifaydemirov9059 Před 2 lety +5

    Verlise gore cox sagolun ama duzun desem eyer rehmetliy vuqarda aydinda meyxana deyenlernen intiriqaya girseydi inaniki bir meyxana deyen qalmazdi resada da can sagligi

  • @deutachland2334
    @deutachland2334 Před 2 lety +55

    Rəşad ilə Aydın 2001cil De Gəlsində 4/1 finalda qarşılaşmışdılar.Ondada Aydın qalib olmuşdu.Aydın finalda Ələkbərə qalib gəlmişdi.Vallah qatdun qarışdırdun.Deyirsənki Rəşad hegemonluğ edir,onun qabağına bu dəqiqə çıxan yoxdu.Məndə Rəşadın xiridarıyam.Amma Orxanın Ruslanın Pünhanın zəhmətin yerə vurmuyağda.onlar bəyəm Rəşaddan zəif deyirlər?
    Sonra ailə söhbətinə girdün.məncə bu yaraşmaz qaqaş.yaxşı deyil.
    Sözümün canı odurki, bu sujeti silsən yaxşı yox ƏNTİGƏ olar.

    • @a.n1472
      @a.n1472 Před 2 lety +5

      Ja du hast recht

    • @natiqmersin8577
      @natiqmersin8577 Před 2 lety +1

      Perviz Orxandan da Ruslandan gucludur sadece indi bir az uzaqlqsib

  • @user.baku.999
    @user.baku.999 Před 2 lety +6

    Rəşad Dağlı tarixə düşüb.Əziyyəti çox olub sənət üstündə.

  • @musahuseynzade5027
    @musahuseynzade5027 Před 2 lety +6

    Rewad dagli elbetde en guclu senetkardi kralidi meyxananin. Cahankew kimi telebesi var hem eruz hem deyiwmeleri super. Usdad kimide usdaddi danmag olmaz Rewadi her hansisa meyxanaci dansa demeli meyxanadan anlayiwi yoxdu hec

  • @mirzgaagayev5857
    @mirzgaagayev5857 Před rokem +4

    Meyxana aləmini ən böyük ustadı hal hazırda Rəşad dağlıdı

  • @rovshenefendi120
    @rovshenefendi120 Před 2 lety

    Bu en deqiq, vicdanli melumat oldu Resad barede. Buna gore tesekkurler...

  • @Royal.Babayev
    @Royal.Babayev Před 2 lety +45

    Rəşadı gözdən salmağ istəyirlər ama nə qədər çalışsazda bacarmarsız Rəşadı Aydın Kərim Məşədibaba təsdiq edib indi o boyda ustadı gözdən salmağa çalışırsız onsuzda burda şairə sağlığında qiymət vermirsiz bir vaxt Aydın sağ olanda narkaman deyirdiz sonra Vüqar xəstələnəndə elə dediz ama rəhmətə getdilər özünüzü guya elə apardızki çox istəyirsiz ayıbdı valla Rəşad meyxananın sütunlarından biridir nə Məşədinin qədri bilindi nə Aydının Nə Vüqarın heç Rəşadında qədrin bilmirsiz heyif vallah ama bunlar hamsı ölkənin fəxri olub bədiyyəçilərin qabağın alan Rəşad oldu yoxsa meyxana məhf olurdu

    • @etibarbayramov2287
      @etibarbayramov2287 Před 2 lety +3

      Ürəyimdən keçənləri yazmısınız . Əhsən👏👏👍

    • @faiqadigozelov3606
      @faiqadigozelov3606 Před rokem +1

      Salam.Populyarlığı təbiidir.Dağlıların tanıdığım qədər bütün sahələrdə çox seçilirlır.Hətta ilk dəfə meyxananı TV məkana çıxaran Nizami Rəmzi olub oda səhv etmirəmsə Dağlıdır.Çox qeyri -adi və unikal tayfadır,baxmayaraq ki,azdılar amma Azərbaycanda seçmə və tanınmışları çoxdur.Xızı torpağı yetişdirir.

  • @mehtinamazov8472
    @mehtinamazov8472 Před 2 lety +3

    Rəşad Dağlı məğlubedilməz meyxanaçı, gözəl şairdir.

  • @orhanturkoglu9328
    @orhanturkoglu9328 Před 2 lety +10

    Belə başa düşdüm ki, bu verliş sifarişlə çəkilib ki Rəşadı gözdən salsınlar. Amma alınmaz.

  • @xtb0662
    @xtb0662 Před 2 lety +6

    Men ve bircox 93 lerden bu meyxana sevdasiyla yasayanlar bilerki Resad dagli meyxananin evezolunmaz simasidir.Heckim onun yerini doldura bilmez.Ve Kral,Akuladi heckim ona cata bilmez

  • @huseynaliyev621
    @huseynaliyev621 Před 2 lety +2

    Nə rəhmətlik Aydin nə də rəhmətlik Məşədi Baba Rəşad kimi meyxana deyə bilməyiblər.

  • @abunol8896
    @abunol8896 Před rokem +2

    Bütün Bakı əhlindən olan meyxana deyənlər mənim yerlilərimdir.Allah ölənlərə rəhmət qalanlara can sağlığı versin.Hamı gözəl meyxana deyənlərdir.Hamıninda yerində dediyi gözəl atvetlər var.

  • @vasifmdtov3357
    @vasifmdtov3357 Před 2 lety +15

    Xais edirik boyuk senetkarlarimiz fidan ve xuraman qasimova bacıları haqqinda verlis hazirlayin

  • @ramalnsibzad1428
    @ramalnsibzad1428 Před 2 lety +7

    Düzgün məlumat verin. Gənclər dediyiniz bədiyyəçilərdi. Onu da Rəşad Dağlı özü də deyir. Bədiyyəçilərnən bir məclisə getmir.

  • @arazmemmedov3009
    @arazmemmedov3009 Před 2 lety +3

    Allah Rəşadın canını sağ eləsin gözəl səbətkardı gözəl insandı hər şairin sənətdə öz yolu var Rəşadın da sənətdə ən uca yolu deyişməsidir yəni bunu danmağ olmaz heç bir şair Rəşadnan deyişmələrdə kəllə kəlləyə gələ bilmiyiblər həm də Rəşaddan üstün olan şairi görmədim deyişmədə ola bilər ki bəhrlərdə axsağ olar zəif olar bu məlum məsələdir amma deyişmədə Rəşad akuladır ona çatan olmaz Allah onu var eləsin.

  • @baxis7855
    @baxis7855 Před rokem +3

    Allah Rəşad Dağılını qorusun🤲

  • @vuqaralyev9379
    @vuqaralyev9379 Před 2 lety +44

    Dağli meyxanin tacidi Allah ona ömür versin

  • @kenans184
    @kenans184 Před rokem +2

    Rəşad dağlı möhtəşəmdi.Allah qaplslnl açsın.

  • @elcintehmezov3733
    @elcintehmezov3733 Před 2 lety +3

    Meyxananı dərindən izləyən insan və yaxud da meyxanaçı haqqında məlumat paylaşmaq istəyən insan hər şeyi dəqiq analiz edib izləyicilərə təqdim etməlidir. İlk olaraq 1 çoxları dediyi kimi Aydınla Rəşad yox Ələkbər deyib finalda..Meyxananı izləyən biri kimi qeyd edim ki Rəşad bütün meyxana meydanlarında ustadlara qarşı hörmət göstərib, böyük-kiçik gözləyib və şəxsiyyət kimi də hər zaman hörmətli olub. Əgər 1 insan özü efir vaxtı öz ailəsi haqqında danışmağı düzgün saymırsa, kimsə onun ailəsi haqqında məlumat verməsi düzgün deyil. Sənətkarın sənətini müzakirə edərlər məncə. Qaldı Rəşadın gəncləri sıxışdırmasına bu fikirlə onunla razı deyiləm ki hansısa meyxanaçının sınağına görə deyil özünü aparmasına, hörmət gözləmədiyinə görə ola bilər və məncə düz də edir..Meydanlarda ən sakit, heç kimin xətrinə dəyməyən Vuqar Biləcəriyə qarşı belə məclislərdə saymamazlıq, hörmət etməyənlər olub və onun da buna görə əsəbiləşib sərt davrandığını görmüşük.. Şərt o deyil meyxana deyəsən, ilk növbədə ədəb-ərkan gedir. Sonda qeyd etmək istəyirəm ki hal-hazırda Rəşad bütün Maştağa şairləri, Cənub şairləri və bugün meydanlarda olan ən güclü Bakı meyxanaçılarıyla toylara gedirsə onu günahkar edənlər qərəzli mövqe nümayiş etdirir. Rəşad Vuqar Biləcəri, Orxan, Ruslan, bütün Pərvizlər, Rüfətlər, Ələkbərlər, Pünhan, Baləli, Cahangeşt, Xosrov, Mirfərid, Kamran Kubinka və s şairlərlə meydanı bölüşür və ümumiyyətlə onun meydanı bölüşmədiyi şairlər bu şairlər qədər güclü ola bilməz.

  • @rufetbabayev6678
    @rufetbabayev6678 Před 2 lety +2

    Hal hazirda meyxana senetinde nomre bir Resad Daglini gorurem.

  • @MiracleS_shortscr
    @MiracleS_shortscr Před rokem +1

    Sonuncu fikirlərə qədər yaxşı gəlmişdin. Rəşad gənclərə həmişə dəstək olub

  • @rsul9746
    @rsul9746 Před 2 lety +3

    Rəşad bu dünyaya meyxana kralı kimi gəlib .

  • @quluzade_003
    @quluzade_003 Před 2 lety +67

    Dediyiniz bir cox melumatlar sehvdi. Ama Resadin qedri bilinmelidi. Bele bir ustad birde yer uzune gelmiyecey. Meyxananin padisahi☝️

    • @sebuhiehmedov6368
      @sebuhiehmedov6368 Před 2 lety +7

      Hemin gecler boyuk kicik yeri bilmiler ona gore olar kenarda qaliblar bediyeclerden danshirsiz

    • @vusalnabiyev5808
      @vusalnabiyev5808 Před 2 lety

      Rəşad dan da qat qat güclü şairlərimiz olub axı

    • @quluzade_003
      @quluzade_003 Před rokem

      @@vusalnabiyev5808 ola biler duzdu. Ama indi dovrde Rewaddan yox idi. Allah qapisini acsin.

  • @yadigarehmedov9931
    @yadigarehmedov9931 Před 2 lety +10

    Rəşad Dağlı kimi meyxanaçı bugünə kimi gəlməyib inanmıram bu gündən sorada gələ.Təbiki rəhmətlik Aydininda meyxanasi bir başqa olub Vuqarida danmaq olmaz, Ama Rəşad bir başqadır meyxana anlayan bilirki Rəşadın hər sətiri məna doludur

  • @hikmtqulamov6899
    @hikmtqulamov6899 Před 2 lety +5

    Çox gözəl hazırlanıb verliş

  • @rovsncfrov9832
    @rovsncfrov9832 Před 2 lety +6

    O iddia eliyen sairler Gulaga Balabey di Resad onlarla reqabetden qorxdugu ucun onlarla olan toylardan imtina etdi.Bezi meyxanacilarda teessufki Resadla razilasdilar

    • @zizi1076
      @zizi1076 Před 2 lety +2

      Balabəy,Gülağa güclü olsaydı Resaddan öndə olardılar )

    • @agacbrayil586
      @agacbrayil586 Před 2 lety

      Ele bir qafiye tapib ata bilersen qaqaw mene ki balabey cavid gulaga resadi baglayib 😄😅😅😅😅😅😅😅😅

  • @rasifmuradov1053
    @rasifmuradov1053 Před 2 lety +1

    Beli Resad misilsiz senetkardi Allah omur versin

  • @amilrzayev155
    @amilrzayev155 Před 2 lety +2

    Rəşad dağlı meyxananın özüdü.👍👍

  • @krblayivuqar3138
    @krblayivuqar3138 Před 2 lety +3

    Agzıva gələni danışma Rəşad ele adam deyilki onunla reqabet aparan adamı sevmesin ona ən yaxşı rəqib Vüqar idi həmişə də diyirdi pastiyannıda onla toylara gedirdi rəşad çox sadə insandı ALLAH can sağlığı versin qardaşımıza

  • @jeggscyindgh9351
    @jeggscyindgh9351 Před 2 lety +2

    Hansı gənclərdən gedir söhbət......istedadlı olsalar elə üzdə olardılar fərq eləməz bahalı toy ya nə isə.... Rəşad Dağlı savadlı,səviyyəli, sanballı şəxsiyyət vəssalam.

  • @ilkinmemmedov5843
    @ilkinmemmedov5843 Před rokem +1

    Resad Bir nomredi Allah qapsin acsin Tezliyle Amin İnşallah 🖤🦅 Onnan birde olmiyacaq

  • @rufetbabayev6678
    @rufetbabayev6678 Před 2 lety +2

    Her kes hormet etmeyi bacaracaq,Resad inanmiram ki kiminse coreyine bayis ola.Hormetsizlik cox olur.Goruruk bunu.Kraligi o seneti ile qazanib milletden.Meyxana bugun bu qeder sevilirse Resad Daglinin evez olunmaz rolu var bunda.

  • @minamemmedova4937
    @minamemmedova4937 Před rokem

    Gozel soz ustadimiz Reshad beyin Allah qapisini acsin.

  • @user-tz1hp7hl6b
    @user-tz1hp7hl6b Před 2 lety +2

    Bizim hele Rešad kimi šairimiz olmayıb. Rešad olmayan meyxanaya qulaq asmıram. Yaša Daģlı balası. Fexrimizsen

  • @anarqasimli5053
    @anarqasimli5053 Před rokem +1

    Bu sənətə Rəşad üçün baxmışam bunnan sonrada o var deyə baxacam

  • @turalhuseynov3817
    @turalhuseynov3817 Před 2 lety +4

    Düzdü Rəşad dağlı güclü yaxşı sənətkardı dahi di pünhan da həmçinin amma Vüqar biləcəriyə heç bir meyxanaçı tay ola bilməz bu mümkün deyil Allah Vüqar biləcəriyə qəni qəni rəhmət eləsin qalan sənətkarlara can sağlığı versin qalan sənətkarların qədrin bilmək lazımdır nə qədər ki gec deyil

    • @behremcabarov6171
      @behremcabarov6171 Před 4 měsíci

      Resad en güçlü olubb
      Bu faktdii
      Amma eruzda Rehmetdiy Vuqar olubb

  • @elsnlokbatanl3961
    @elsnlokbatanl3961 Před 2 lety +4

    Resad kimi sair selist diyen görmedim Allah Aydina rehmət elesin O bir Dahi iydi geldi getdi

  • @elsadabdulbagyev146
    @elsadabdulbagyev146 Před 2 lety +2

    Men meyxanaya 1997 ci ilden baxiram hele video kasetle.meyxanada karol Rehmetlik Elcin olub sora Kerimi Mahiri Rehmetlik Aydini Elislami Reşad bular xoşuma gelib.Rehmetlik Meşedibaba tez esebleşirdi ve zeyifi hemişe ezirdi

  • @user-wv8kz9oc9s
    @user-wv8kz9oc9s Před 2 lety +7

    Rəşad oguldu

  • @fridsadgov8219
    @fridsadgov8219 Před 2 lety +2

    Rəşad Dağlı Akuladl Sənət də ❤️❤️

  • @ekberibrahimov7743
    @ekberibrahimov7743 Před 2 lety +12

    Ala.ne danisirsan e sen.Reshad en dahi üstad Vüqarin,Aydinin en laiqli reqibi olub.Meyxanaynan söhbet eleyir bu kishi ne gozleyirsiniz day?Bu insan bu deqiqe meyxanaya sahiblik edir.Zarafat deyil e Kerimnen Babaynan didişib zirveye cixmag.Danisanda baxin da kim haqda ne danisirsiz.Reshad Qanuni üstaddi ki Cahangeşt kimi yeni fikir silahini yetishdirib.
    Qaldi ki,uzaglasdirmaga.Elbette meyxananj qoyag kenara.Menim oz dostumun kicik qardasi gelib menen soyusnen,tehqirnen zarafat eleyerse men de o olan yere gedmerem bir yeri istemerem.*Bediyye merkezinnen s...r olublar bunlar* sozunu bediyyeci cavan shair durub Hegamonlarnan uzuze direshen shaire deyirse elbette uzaglasdirmalidir.
    Shexsi heyati qarisdirmag düzgün deyil.Verilishde de ozu deyib ki aile gozeldor evin ichinde.Yeni Reshad dagli olaraq yox,Sadece Reshad olaraq seni kenara chekib basha salmaga polnu ixtiyari var ki,Menim ailem haqda danismag sene dusmez.Men xridar kimi Reshadin sehheti ile,Ozu ile,sozu ile,Meyxanasi,şairliyi ile maraqlaniram.Shexsi heyati meni maraqlandirmir ki,neynedi neynemedi.

  • @fuadsixaliyev946
    @fuadsixaliyev946 Před rokem +1

    Allah qapısını açsın
    Rəşad Dağlı dahi sənətkardı

  • @user-np5hh7kn3w
    @user-np5hh7kn3w Před 2 lety

    Bu video gore cox sagol tesekur edirik

  • @rsul9746
    @rsul9746 Před 2 lety +2

    Ya 2007- ya 2008 ci il idi rəhmətlik Ağasəlim mərkəzi klinik xəstəxanada müalicə alırdı. O zaman məndə kilinikaya tez tez gedirdim.Bir gün şahid oldum ki Üstad tibbi heyətlə siqaret üstündə mübahisə edir.Ustad siqaret istəyirdi tibbi heyyət isə kilinikada siqaret çəkilməsinin qadağan olunduğunu deyirdi.Mən ustada Salam verib dayanıb mübahisəni dinləyirdim.Birdən məndən siqaret istədi məndə çibimdə olan siqareti ustada verdim və onun palatasına keçdik.Palatada o siqaret çəkə çəkə onunla 40-45 dəqə həmsöhbət oldum.Mən ondan hansı meyxanaçını bəyəndiyini soruşdum.Ustad sualımın cavabında ən iti Təbin Ağamirzə də olduğunu dedi.Meyxana barədə söhbətimizin sonunda "Alə nə Ağamirzə nə Kərim nədə indiki meyxanaçıların hamısı bir yerdə yasamallı oğlana tən döyül" Mən soruşdum ki yasamallı oğlan kim Ələkbər ya Əliislam? Yox alə kakoy Ələkbər Əlislam biri var e Rəşad! kopolunun təbi bir ayrıdı deyə cavab verdi.
    Rəşad haqqda dediyi fikirlərə baxmayaraq söhbətimiz əsnasında mən hiss etdimki ustad Rəşadı o qədərdə " sevmir"
    De gəlisində mən iki meyxanaçıya sms göndərmişəm Elşən Xəzərə və Kərimə.
    Rəşad meyxanada tanınana kimi mən Kərimi meyxananın şahı hesab etmişəm.Kərimlədə elə həmin kilinikada boğazından əməliyat olunan vaxtlar çox qısa söhbət etmişik

  • @tahirceferov8787
    @tahirceferov8787 Před 2 lety +1

    Meyxana aləmində evvelden bugünə kimi Vüqar Biləcəri üsdüne adam tanımamışam,amma Aydın Xırdalanlında çox güclü şair olub Allah rəhmət eləsin hər ikisinə,Rəşad dağlı in haqqina girmiyim güclü şairdi ama şəxsi fikrimdi Rəşad Vüqar ve Aydin səviyyəsində deyil.unumiyyeyle Rəhmətlik Vüqar Biləcəri bu sənətə gəlmiş Dahilerin Dahisi idi,Əruzu çox dərindən bilirdi birdeki eğer deyismede 10 kuplet deyirdisə rahat 8i her şairin deyə bilmeyecek qədər dərin kupetler idi

  • @clalbabayev2223
    @clalbabayev2223 Před 2 lety +4

    Rəşad aydinla 4/1 finala dek gəlir səhv məlumat verir