Ukrayna rəsmisi Milli Məclisdə Rusiyanın hərbi cinayətlərindən danışıb

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • Mərhum prezident Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisində çıxış edib. Kondratyuk çıxışında diqqəti Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə çəkib. Qeyd edək ki, Ukrayna rəsmisi Milli Məclisdə çıxış edərkən Rusiyanın Dövlət Düması sədrinin iki müavini də zalda olub.
    Olena Kondratyuk deyib:
    Azərbaycan da Ukrayna kimi öz torpağını ləyaqətlə müdafiə edir. Mən Heydər Əliyevi yad edərək, burada iştirak edənlərin hamısının diqqətini təkcə Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalına deyil, həm də rusların uşaqlarımızı oğurlayaraq ukraynalılara qarşı açıq-aydın soyqırım törətmək kimi ağlasılmaz niyyətlərinə yönəltmək istəyirəm.
    Demək olar ki, 20 min ukraynalı uşaq - bu yalnız rəsmi rəqəmdir - Rusiyaya zorla deportasiya edilib.
    Bu cinayət sənədləşdirilib və Beynəlxalq Cinayət Məhkəməsi artıq cinayətkarların həbsinə order verib.
    Fürsətdən istifadə edərək mən, Azərbaycana müraciət edirəm ki, bütün ukraynalı uşaqları evlərinə qaytarmaqda bizə kömək etsin.
    Uşaq özgəsinin olmur və inanıram ki, beynəlxalq təzyiqlər və iradəli güc bu qeyri-insani cinayətilərin qarşısını alacaq və bu soyqırımın ideoloqlarını cəzalandıracaq.

Komentáře •