Övladı olmadı, arvadı ona başqa qadınla evlənməyi təklif etdi

Sdílet
Vložit
  • čas přidán 27. 01. 2024
  • Azərbaycan kinosunun Zaurundan danışırıq...
    Bu adam, filmimizin yaşayan ən böyük aktyorlarından olan Xalq artisti Fəxrəddin Manafovdur...
    ....
    Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər.
    16 yaşında Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət keçəndən sonra Almaniyaya hərbi xidmətə yola düşür.
    Xidmətdən qayıdıb sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir. 80-ci ildə oranı başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:
    “İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”.
    Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir:
    “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”.
    Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşayır, kasıb həyat sürür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib.
    1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və anasının ölüm xəbəri gəlir...
    Xalq artisti "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirir.
    Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir.
    Davamı verilişdə...

Komentáře • 146

  • @esmiraseyidova3805
    @esmiraseyidova3805 Před 5 měsíci +9

    Rasim Balayev, Fexreddin Manafov, Fuad Poladov cox böyük sənətkardırlar. Azərbaycanın fəxr edilmeli insanlarıdır.

  • @zaraqarayeva3682
    @zaraqarayeva3682 Před 5 měsíci +47

    Azərbaycan kino sənətinə gözəl rollar bəxş edən Fəxrəddin Manafova sağlıqlı uzun ömür arzulaylıram.

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Před 5 měsíci +46

    Nə yaxşı rejissorlarımız Fəxrəddini çox rollarda çəkdilər və filmlərdə əbədiləşdilər.Çox gözəl aktyordur.Allah can sağlığı versin

  • @user-ud1kg3zn1b
    @user-ud1kg3zn1b Před 5 měsíci +11

    Səhnələrimizin yaraşıqlı, ağillı, təmkinli oynadığı rolları zirvəyə çatdiran sənətkar.👍🤲🤲🤲

  • @narminamirgasimova4514
    @narminamirgasimova4514 Před 5 měsíci +31

    ƏVƏZOLUNMAZ SƏNƏTKAR, ALLAH SİZE CAN SAĞLIĞI VERSİN,KAŞ SİZİ EFİRLERİMİZDE TEZ TEZ GÓRERDİK!HEÇ OLMASA ARA BİR TELEVİZORA BAXARDİQ!

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz Před 5 měsíci +31

    Böyük sənətkar.

  • @elxanhaciyev5290
    @elxanhaciyev5290 Před 5 měsíci +42

    Fuad Poladov kimi,Fəxrəddin Manafov da sevimli sənətkarımızdı.Sənətkarların heç də hamısı belə sevilmir,yaşayıb yaratmağı arzu edirik.

    • @nigarquliyeva5535
      @nigarquliyeva5535 Před 5 měsíci +1

      👍👍👍👍

    • @meleklerim2338
      @meleklerim2338 Před 5 měsíci +3

      Əsl kişi simaları var idi.Allah Faxreddin bəyə can sağlığı versin, Fuad müəllimə rəhmət eləsin

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 Před 5 měsíci +20

    Təhminə və Zaur da möhür vurub Fəxrəddin bəy
    Allah cansağlıığı versin. Uğurları bol olsun

  • @user-mp8eb3zx1j
    @user-mp8eb3zx1j Před 5 měsíci +22

    Evezolunmaz Senetkarimiz❤Allah uzun omur versin🙏sizi cox sevirik❤

  • @nadirrzal233
    @nadirrzal233 Před 5 měsíci +53

    Fəxrəddin Manafov kinomuzun ən uğurlu simalarındandır…

  • @adsz9855
    @adsz9855 Před 5 měsíci +21

    Böyük senetkar Allah uzun ömür versin ve gözel insan 🤲🙏

  • @sayalialiyeva9828
    @sayalialiyeva9828 Před 5 měsíci +11

    Fəxrədin Manafof hamının sevimlisi olub ❤ Onun cəkildiyi filimlərə dönə dönə baxmışıq .Var olun Sənətkar ❤

  • @zauroru_c
    @zauroru_c Před 5 měsíci +21

    Allah omur versin!👍

  • @teraneibrahimova6221
    @teraneibrahimova6221 Před 5 měsíci +13

    Allah Fexreddin Manafova uzun ömür versin onu bu xalqa cox görmesin amin

  • @sevinckerimli3709
    @sevinckerimli3709 Před 5 měsíci +18

    Fexreddin Manafov bu gunde hansi filmde oynasa o filme mohtesemlik getirecek

  • @hazirangecesi1130
    @hazirangecesi1130 Před 5 měsíci +12

    Fəxrəddin Manafov kinomuzun ən uğurlu ulduzlarından biri olub.Ele bil Fəxrəddin Manafov kino üçün yaranımış. Fəxrəddin müəllimə uzun ömür və can sağlığı arzulaylram.ALLAHqorusun sizi.🤲🏻🤲🏻🤲🏻❤❤❤❤❤

  • @ranakarimova2875
    @ranakarimova2875 Před 5 měsíci +13

    Hər rejissorun bir aktyoru olur.Rasim Ocaqov Fəxrəddin Manafov iş birliyi Azərbaycan kinosuna çox böyük tövhələr verib.Fəxrəddin Manafovun bir aktyor kimi elə bir rolu yoxdur ki,öhdəsindən gəlməsin. Fransızlar Alen Delonu dünyaya tanıtdılar.Vallah Fəxrəddin Manafov daha qabaritli aktyordur.Məncə...
    Sənətkara sağlıqlı ömür diləyi ilə🤲🤲🤲

  • @smrzizli4271
    @smrzizli4271 Před 5 měsíci +1

    çox böyük sənətkardır fəxrimizdir

  • @feqanhuseynov3651
    @feqanhuseynov3651 Před 5 měsíci +6

    Evleri kondelen yardan sevilen xalq artisti Allah can saqliqi versin

  • @user-be8lw5ld9i
    @user-be8lw5ld9i Před 5 měsíci +6

    Fexreddin Manafov en se diyim aktyorlardan biridir belkede en birincisidir.Ancaq bir weyi hemiwr duwunirem yaninda cox sevdiyi gozel xanimi elecede dost bildiyi qadini olan kiwi neye gore bawqa qadinla birlikde olmalidi axi?

  • @saidafarah9900
    @saidafarah9900 Před 5 měsíci +8

    Əvvəldə 1955 ci ildə anadan olub deyir, sonra 1954 -cü ildə ... Böyük aktyor, böyük sənətkar... can sağlığı diləyirəm

  • @tomaaliyeva4647
    @tomaaliyeva4647 Před 5 měsíci +4

    Sevimli aktyorumuz Faxredin Manafov❤ can sagligi ,uzun omur arzulayiram, cavan rejiserlar devet etsinler filmlere , gormek isteyirik ❤❤❤

  • @sushya997
    @sushya997 Před 5 měsíci +5

    FUAD POLADOV ...FƏXREDDİN MANAFOV ..❤❤

  • @user-lj9zo4gw6x
    @user-lj9zo4gw6x Před 5 měsíci +26

    Xahiw edirik xalq artisti merhum Ilham Esgerov haqqindada suget hazirlayin

  • @umidigia3pro49
    @umidigia3pro49 Před 5 měsíci +4

    İstedadlı,gözəl sənətkar,sizə can sağlığı arzulayıram!

  • @canvetenim7903
    @canvetenim7903 Před 5 měsíci

    Çok sevdiğim senetkarlardan biridir.ALLAH sağlıklı uzun ömür versin.

  • @ferideeliyeva8882
    @ferideeliyeva8882 Před 5 měsíci

    Çoox sevdiyim aktyorlardan biridir Yaraslqll aktyorumuz

  • @user-ks8cz8yp7s
    @user-ks8cz8yp7s Před 5 měsíci +12

    ❤❤❤
    Gözəl aktyor.

  • @azadsukurova252
    @azadsukurova252 Před 5 měsíci +6

    SEVİLƏN AKTYOR CAN SAĞLIĞI UZUN ÖMÜR ARZULAYIRAM 🎉🎉🎉

  • @MilaMila-ru6ne
    @MilaMila-ru6ne Před 5 měsíci +8

    Cox sag olun bilmediyimizi sevimlilerimiz haqqında öyrendik Minetdarıq

  • @faizeabbasova6891
    @faizeabbasova6891 Před 5 měsíci +1

    Canli karifeyimiz allah seni qorusun amin

  • @elmira7035
    @elmira7035 Před 5 měsíci +6

    Ax Hacı Nuran...😢

  • @user-lj8kd5qt4u
    @user-lj8kd5qt4u Před 5 měsíci +4

    Эвез олунмаз дейерли сенеткарымыз Фехреддин Манафова Аллах жан саглыгы версин Заур ве Техмине филминден йаддашларымыза хекк олунуб

  • @user-wv5oc9to1x
    @user-wv5oc9to1x Před 5 měsíci

    Allah uzun ömür, can sağlığı versin inşAllah ❤😊🤲

  • @smrzizli4271
    @smrzizli4271 Před 5 měsíci +1

    bizdə Manafov familyasını daşıyırıq qardaşım Faxrəddin Manaf oğludur bu ad familiya Azərbaycanda çox az adamda var

  • @nuranequrban590
    @nuranequrban590 Před 5 měsíci +12

    Kisilere etibar yoxdu her yerde arvadini terifleyirdi ,hem terifle hem xeyanet et bu kisilik deyil insanin xidmetinden istifade edib xeyanet etmezler ,illerdir bisirib ,yedirib yuyub utuleyib qullugunda dayanib ,bu da gedib bu qeder yaxsiligin qarsisinda cavan qizla kefin cekib bunun adi nakişilikdir basqa hecne kim olur olsun

    • @user-df2lb6rv6g
      @user-df2lb6rv6g Před 5 měsíci +3

      Cox təssufki ,bəzi kisilərin gozu doymur.Qadinin sagliginda bunu edən olqndən sonra gor nələr edər.

    • @nuranequrban590
      @nuranequrban590 Před 5 měsíci +4

      @@user-df2lb6rv6g öləndən sonra nə istəyir etsin ama sağlığında etmək kişilik deyil

  • @user-lj9zo4gw6x
    @user-lj9zo4gw6x Před 5 měsíci +9

    Evazedilmez aktyor Yeni rollar gözleyirik

  • @Sudaba1
    @Sudaba1 Před 5 měsíci +11

    Лучше бы я не смотрела эту передачу🥲🥲
    Товарищ Манафов с двойным дном оказался… Еще одно разочарование в людях🤷‍♀️

  • @umidigia3pro49
    @umidigia3pro49 Před 5 měsíci +3

    Təhminə və Zaur filmində Zaur obrazı əbədi yaddaşımızda qalacaq sizə can sağlığı ,uğurlar arzulayıram

  • @saidaaliyeva6403
    @saidaaliyeva6403 Před 5 měsíci +2

    Allah can sağlığı, sağlam ömür versin.

  • @sevinchuseynova5663
    @sevinchuseynova5663 Před 5 měsíci +25

    Vahidənu sevirdisə niyə ona xəyanət etdi

  • @user-hr1mr2bc3w
    @user-hr1mr2bc3w Před 5 měsíci +4

    Суперрр актёр....

  • @dolar00776
    @dolar00776 Před 5 měsíci

    Cox isteyirem Faxreddin muellimi.her defe filmlerini ,birinci defeymiw kimi izleyirem.Allah can sagligi versin.ugurlar Faxreddin muellime....

  • @user-ct7ti9gy7n
    @user-ct7ti9gy7n Před 5 měsíci +2

    Ölsəm bağışlayarsan filmindədə çox gözəl rol oynayıb.Çox sevdiyim filimdir...

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Před 5 měsíci +9

    Allah rehmet elesin.

    • @SamsungAs-ll3sx
      @SamsungAs-ll3sx Před 5 měsíci +2

      Gözəl xanım-diktor idi!Allah rəhmət eləsin!

  • @ufukturk-qm7zb
    @ufukturk-qm7zb Před 5 měsíci +4

    Her sey yaxsi gelirdi haci nuranla sekli gordum oz ozume dedimki ay aman bunlari dan başını yeyecek nuran. Sozum bitmemiş xanımın ölüm xeberini dediniz. Nuran ölüm meleyinin insan simasidir sanki. Kiminle sekil cekdirse o sexs mutleq dünyasını detisir😢. Allah qorusun sizi Fexreddin bey.

  • @user-df2lb6rv6g
    @user-df2lb6rv6g Před 5 měsíci +6

    Zina gunahdi.Gizlu etməkdənsə evlənsəydilər daha yaxsi olardi.Adlari belə cixmaqdansa.

  • @elvineliyev7589
    @elvineliyev7589 Před 5 měsíci +2

    Allah sənətkarımıza can sağlığı versin, əmin. 29-01-24

  • @rufatibrahimov8787
    @rufatibrahimov8787 Před 5 měsíci +4

    Bu insan Azerbaycan kinosunun Sonuncu Mogikanidir. Onu da itirsek drammatik filimlere son qoymus olacagiq.

  • @Namik6819
    @Namik6819 Před 5 měsíci +5

    Övladı yoxdur hayıf

  • @resibagirova999
    @resibagirova999 Před 5 měsíci +7

    Əsil aktiyor

  • @SamirXankisiyev-gm2cr
    @SamirXankisiyev-gm2cr Před 5 měsíci +2

    ALLAH UZUN ÖMÜR VERSİN 🙏🤲

  • @qosqarmanafov387
    @qosqarmanafov387 Před 5 měsíci +2

    Sağlıxlı ömür arzulayıram mən də

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 Před 5 měsíci

    ALLAH Fəxrəddin Manafova sağlıqlı uzun ömür və möhkəm can sağlığı versin AMİN YA RABBİ.

  • @user-ds8wz3mf9b
    @user-ds8wz3mf9b Před 5 měsíci +2

    Men zahiren Fexreddin Manafova oxsadigima gore genc yaslarimda(Indi 53 yasim var) qesenq qizlarnan tanis olmaq asand olurdu.Hindilerdede yenede mene cox adam Fexreddine cox benzediyimi deyir.

  • @nemo3252
    @nemo3252 Před 5 měsíci +7

    Meral Kinrada qarşı kişi sözünə uyĝun olmayan hərəkət edib. Ayıb olsun buna görə!

  • @rafaelrafo881
    @rafaelrafo881 Před 5 měsíci +1

    Allah can sağlığı versin sənətkara

  • @meleklerim2338
    @meleklerim2338 Před 5 měsíci

    Allah rəhmət eləsin ,Vahidə xanım da ,gözəl xanım idi

  • @hilalsalahov4707
    @hilalsalahov4707 Před 5 měsíci +1

    En deyrli en sevilen sentkara cansagligi arzu edirem heyf heyati coxda ugurlu olmayib ancaq Valide xanim onu cox sevirmiw

  • @user-er4kq9wb5f
    @user-er4kq9wb5f Před 5 měsíci +2

    Hər ikisi də Dəyərli İnsanlardır....

  • @ra.damir-1
    @ra.damir-1 Před 5 měsíci

    Uzun ömür can sağlığı arzu edirəm, kaş bir davamçısı olardı

  • @elmirarahimova8856
    @elmirarahimova8856 Před 5 měsíci +1

    Allah can sağlığı uzun ömür versin

  • @terane5259
    @terane5259 Před 5 měsíci +1

    Allah omur versin

  • @afagahramanova1137
    @afagahramanova1137 Před 5 měsíci +7

    Olsem bagisla oskara layiq kinodur

  • @farid3945
    @farid3945 Před 5 měsíci

    Fexreddin manafov efsanedir Allah uzun ömür can saglígí versin

  • @leylahashimova8889
    @leylahashimova8889 Před 5 měsíci +1

    Cox sevimli kino aktyorumuz.

  • @yasmnibadullayev868
    @yasmnibadullayev868 Před 4 měsíci

    Azərbaycan kinosunun böyük sənətkarı Fəxrəddin Manafov

  • @user-uo4dz9kl9l
    @user-uo4dz9kl9l Před 5 měsíci +2

    Salam. Söbətinizin əvvəlində Fəxrəddin bəyin 1955 təvəlüd olduğun qeyd etdiniz. Sonuda 1954 dediniz. Hanısını düzgündü?

  • @gulerquliyeva9931
    @gulerquliyeva9931 Před 5 měsíci +1

    Fəxrəddin bəy💝

  • @EminShukurlu-vm5dw
    @EminShukurlu-vm5dw Před 5 měsíci +2

    BU ADAM HƏLƏDƏ ZAURUN ATMASFERİNDƏN ÇIXMAYIB ÖZÜN ZAUR KİMİ APARIR

  • @ziyaquliyev2642
    @ziyaquliyev2642 Před 5 měsíci +3

    Çox dəyərli aktyor və insansız Fəxrəddin müəllim

    • @gunelismailova4656
      @gunelismailova4656 Před 5 měsíci +1

      Kisiler ara bir pauza edirler de,buna da sevgi deyirler 😅

  • @solmaznsibova8237
    @solmaznsibova8237 Před 5 měsíci +1

    Əvəzolunmaz sənətkarımız! Allah Sizə can sağlığı versin.Yeni filmlər ümidi ilə!

  • @resibagirova999
    @resibagirova999 Před 5 měsíci +3

    ❤❤❤

  • @qabilqulyev5046
    @qabilqulyev5046 Před 5 měsíci +1

    Malades o Arvada

  • @user-sq9ul2zk6k
    @user-sq9ul2zk6k Před 5 měsíci +1

    Мен ону чох истайирам чох гозел актёрды 💋💋💋💋💋💋😘😘😘😘😘😘

  • @RufetMammadov-rp9im
    @RufetMammadov-rp9im Před 5 měsíci +1

    SƏHNƏMİZİN GÖZƏL AKTİYORU HƏM NİTQ MƏDƏNİYYƏTİ SƏS TEMBİRİ ƏVƏZ OLUNMAZDI.FƏXRƏDDİN MANAFOV YASAMALDA QONŞUMUZ OLUBLAR ATASI ANASI COX MƏDƏNİ VƏ GÖZƏL İNSAN OLUBLAR .DÜZDÜ HƏMMİŞƏ HƏLƏ MƏN KİCİY YAŞDAYDIM ONLAR MƏHLƏDƏ FUTBOL OYNAYIRDƏLAR YADIMDADI.İNDİDƏ ATA EVİ ELƏ YASAMALDADIR VƏ QARDA
    LARI AYLƏLƏRİ İLƏ ORDA QALIRLAR VƏ ÖZÜDƏ GƏLİB DƏYİR ONLARA.ALLAH CAN SAGLIGI VERSİN SƏNƏTKARA.

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Před 5 měsíci

    Növbəti verilişimiz kimin haqqında olsun? Fikirlərinizi bu rəyin altından yaza bilərsiniz.

  • @baratalioglu2691
    @baratalioglu2691 Před 5 měsíci +1

    Ən yadda galanı Zaurdu oda elə belə…

  • @user-ec5io4bb1z
    @user-ec5io4bb1z Před 5 měsíci +8

    Haci nuranla sekil cekdirdikden sonra rehmete getdi

    • @FES721
      @FES721 Před 5 měsíci +3

      😂😂😂😂

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Před 5 měsíci +13

    Doğrudur. Hələ də münasibətləri davam edir. Belə şeyləri məndən soruşun.

    • @-metbeximiz-
      @-metbeximiz- Před 5 měsíci +2

      Onda yoldaşı yaşıyanda onların münasibəti olub?

    • @YarasaYarasa-ix4jy
      @YarasaYarasa-ix4jy Před 5 měsíci +2

      ​@@-metbeximiz- Bəli.

    • @mikromikro9075
      @mikromikro9075 Před 5 měsíci

      ​@@YarasaYarasa-ix4jyta de arvadın xiffət öldürüb.

    • @firngizmmmdova7730
      @firngizmmmdova7730 Před 5 měsíci +3

      ​@@YarasaYarasa-ix4jyonda belə çıxır ki, arvadı ola-ola Mehriban Zəki ilə eşq yaşayıb?😮

    • @Agayeva555
      @Agayeva555 Před 5 měsíci

      Belə çıxır yox bunu hamı bilir Sırtıq .Mehriban​@@firngizmmmdova7730

  • @xanimmuradova6412
    @xanimmuradova6412 Před 5 měsíci +1

    ❤👍

  • @TeymurMuradl-ky6sq
    @TeymurMuradl-ky6sq Před 5 měsíci

    Bu aparici aktyorun dogum ilini iki dəfə deyir.1955 1954 ?

  • @user-om7ou1py8q
    @user-om7ou1py8q Před 5 měsíci +3

    Gorən həyatda ipə sapa yaymayan insandi Fəxrəddin m-m rollari hamisinda özundən deyən yəni visokamernidi

  • @lamiysalmanova4659
    @lamiysalmanova4659 Před 5 měsíci +2

    🎉🙏🙏

  • @sevilia.m.1078
    @sevilia.m.1078 Před 5 měsíci +5

    Baslangicda deyirsiniz 1955-ci ildə dogulub.Axirda deyisiniz ki, 1954- cu ildə..

    • @qarbagazerbaycandir9680
      @qarbagazerbaycandir9680 Před 5 měsíci

      Yəqin 54 ün 31 gekabrda olub mənim kimi

    • @sevilia.m.1078
      @sevilia.m.1078 Před 5 měsíci

      @@qarbagazerbaycandir9680 Yox, avqust dedi.Bunlarin hər videosunda o qədər səhv olur ki.Mənbələri dəqiq deyil)))

  • @TeymurMuradl-ky6sq
    @TeymurMuradl-ky6sq Před 5 měsíci +2

    Saçlarına boya vurmaqdan imtina edən Fəxrəddin Manafov.

  • @azadruh.594
    @azadruh.594 Před 5 měsíci

    XANKƏNDİNDƏ

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 Před 5 měsíci +2

    🎉😢

  • @serdaramin1910
    @serdaramin1910 Před 5 měsíci +1

    🎉🎉🎉

  • @shirinatagazade4388
    @shirinatagazade4388 Před 5 měsíci

    Каму какое дело????❤❤❤

  • @adamcelovk.
    @adamcelovk. Před 5 měsíci +3

    APARICI QAQAŞ DIQQETLI OLDOQUM TARIXI EVVEL 1955 SONDA 1954
    ZAVIRA XOŞQEDEME ELGIZE OXŞADIN LAP 😢

  • @resmiyyerzayeva935
    @resmiyyerzayeva935 Před 5 měsíci

    halaldı indi belə kişi azdı

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Před 5 měsíci +2

    Kanala dəstək olmaq istəyirsinizsə, abunə olmağınız yetərlidir.

    • @rahilaamrahova4378
      @rahilaamrahova4378 Před 5 měsíci

      Aktyorun doğum tarixini dəqiqləşdirin zəhmət olmasa 😊

  • @dilaresamedova8598
    @dilaresamedova8598 Před 5 měsíci +1

    Yug teatrında tanış olublar yəqin

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 Před 5 měsíci +1

    Sənin işin-gücün qurtarıb?Sənə nə, onun şəxsi hissi ilə oynayırsan?Öz dərdini çək.

  • @user-cd9sh3ui9n
    @user-cd9sh3ui9n Před 5 měsíci

    Ен чох истедийим севимли Фехреддин бейейиф гочалыб

  • @AlmazIsmaylova
    @AlmazIsmaylova Před 5 měsíci

    Amma Mehriban Zəki ilə çox gözəl cütlük olardılar çox sevdiyim aktrisalardan biridir Mehriban Zəki

  • @user-ht4sc9cv5v
    @user-ht4sc9cv5v Před 5 měsíci

    🎉

  • @user-sv7qe7kn8t
    @user-sv7qe7kn8t Před 5 měsíci

    Mənim 54 yaşim var, mənimdə övladım yoxtu.
    Sap sahlam. Sadəçə ailə
    Qura bilmədim

  • @gulnazeminova6421
    @gulnazeminova6421 Před 5 měsíci

    Ərinin başqa qadınla gəzdiyini bildiyi üçüñ , evlən deyirmiş .