MetaTrader 4 Ümumi İzahat - InvestAZ Təhsil Videoları

Sdílet
Vložit
  • čas přidán 13. 03. 2016
  • MetaTreyder 4 Ticarət terminalı 4 əsas pəncərədən ibarətdir. Bazarı Müşahidə Pəncərəsi, Qrafiklər Pəncərəsi, Terminal Pəncərəsi və Naviqator pəncərəsi.
    Bazarı Müşahidə Pəncərəsi terminalın sol tərəfində yerləşir və maliyyə alətlərinin simvollarını, alış-satış qiymətərini anlıq olaraq görməyinizə imkan yaradır. Bazar Müşahidə Pəncərəsində yatırım etmək istədiyiniz maliyyə alətinin üzərinə 2 dəfə klik etməklə, açılan pəncərədə, əməliyyat həcmini və ticarət növünü seçərək alış və ya satış əməliyyatı icra edə bilərsiniz.
    "Qrafiklər Pəncərəsi" vasitəsilə istədiyiniz zaman dilimində, müxtəlif qrafik növlərini istifadə edərək analiz edə bilərsiniz. Köməkçi çubuğunun üzərində olan qrafik növlərinə klik edərək arzuladığınız qrafik növünü seçə, zaman simvolları ilə qrafik periodu dəqiqədən başlayaraq aylıq perioda qədər tənzimləyə bilərsiniz.
    Terminal pəncərəsi isə qrafik pəncərəsinin altında yerləşir. Bu pəncərə açıq və bağlı əməliyyatlarınıza aid olan məlumatları ətraflı olaraq incələməyinizə imkan verir. Terminal pəncərəsinin Trade bölümündə açıq əməliyyatlarınızın mənfəət/zərər vəziyyətini, majinal səviyyəsini və sərbəst vəsaitlərinizin miqdarını görə bilərsiniz. Bundan əlavə Siz bu bölmədə hesab tarixçənizi istədiyiniz zaman periodlarında incələməklə yanaşı, NEWs bölməsi vasitəsilə maliyyə bazarında baş verən önəmli xəbərləri izləyə bilərsiniz.
    Naviqator pəncərəsi bazar müşahidə pəncərəsinin altında yerləşir və texniki göstəricilərə girişinizi təmin edir. İstədiyiniz texniki göstəricinin üzərinə sağ klik edərək açılan pəncərədə seçdiyiniz özəllikləri dartaraq qrafik ekranına gətirə bilərsiniz. Əlavə olaraq Expert Adviser məsləhətçisindən də istifadə edə bilərsiniz.

Komentáře • 9

  • @user-le9sw4oi2p
    @user-le9sw4oi2p Před rokem +1

    Çox gözəl izah olub. Təşəkkürlər.

  • @aslanrzayev4014
    @aslanrzayev4014 Před 4 lety +4

    Salam çox sağ olun ki, izah edirsiniz.Amma bir az sürətli izah edirsiz və mobil telefonda bu əməliyyatları etmək üçün də belə bir video hazırlasaydınız sizə çox minnətdar olardıq.

  • @qarayevhesenaga
    @qarayevhesenaga Před 6 lety

    Təşəkkürlər

  • @enesbatur-ndng7370
    @enesbatur-ndng7370 Před 5 lety +2

    Salam Anar Maharramli mən turalam dünən zəng etdiyniz

  • @lkbrlkbrzad1877
    @lkbrlkbrzad1877 Před 4 lety +1

    Yüklədim hamısın ama icra üləmək çox çətindi.. birdə azərbaycanlıyıq ya türk ya azərbaycan dilin əlavə eləsəz əla olardı ingilis dilin bilmiyən biri kimi deyirəm

  • @huseynaskerov2049
    @huseynaskerov2049 Před 6 lety +2

    tesekkurler. bu prosesleri telefonla etmek olar?

    • @InvestazAz
      @InvestazAz  Před 6 lety +1

      Salam, bəli olur. Mobil proqram ilə asanlıqla əməliyyatları icra etmək mümkündür.

  • @alekperhumbatov4211
    @alekperhumbatov4211 Před 5 lety

    Salam. Biraz sadələşdirmək olsaydı daha rahat olardı.

  • @knighttsword666
    @knighttsword666 Před 2 lety

    Forexe qatilmag isteyirem. Yardim edecey biri var ?