The Half - Həvəsim İtər (Rəsmi Musiqi Videosu)

Sdílet
Vložit
  • čas přidán 1. 08. 2022
  • Biz başa düşdük ki, qalmaq da çətindir, getmək də. İcazə verirsinizsə, bu dəfə daha çox qalmaq fikrimiz var.
    Qaldığımız kimi olmasa da, qaldığımız yerdən "The Half" davam edir.
    Rejissor/ideya müəllifi: Rəvan Muradov
    Təsvir rejissoru: İsmayıl İsmayılov
    Kreativ direktor: Elşad Quliyev
    Quruluşçu rəssam: Əmrah Niyazəliyev
    Dron Operatoru: Əli Xəlilov
    VFX: Vüsal Məmmədzadə
    3D dizayner: Eldar Aslanov
    Qrim rəssamı: Maqsud Məmmədov
    Storibord rəssamı: Kübra Binnətova
    Aktyorlar: Şamil İbrahimov, Mikayıl Abdulov
    Miksinq: Elçin Elşad
    Masterinq: Rəssam
    İcraçı prodüser: Nicat Əsgərzadə
    Fotoqraf: Cəbrayıl Usubov
    Prodüserlər: Elçin Hüseynov, Sabir İbrahimov
    Partnyor: Birüst Media Agency - bit.ly/3cUcV5L
    Sponsor: Leen Hair Vitamin - www.leenhair.az
    © 2022 Crambone Inventive League
  • Hudba

Komentáře • 516

  • @faridrahimli
    @faridrahimli Před rokem +115

    -now, say my name
    +cəbiş müəllim?
    -you are goddamn right!

  • @cavidmirzyev3866
    @cavidmirzyev3866 Před rokem +501

    Breaking Bad, Bizim Cəbiş müəllim, və Fight Club-u ancaq belə birləşdirmək olardı. Əjdaha kimi, uğurlar!

    • @islammammadov4430
      @islammammadov4430 Před rokem +5

      Bu commenti gördüm, klipi izləməmiş. Spoiler yedim. Çox sağ olun. :')

    • @cavidmirzyev3866
      @cavidmirzyev3866 Před rokem +3

      @@islammammadov4430 siz də sağ olun, gələn dəfə klipi izləməmiş kommentlərə baxmayın :)

    • @islammammadov4430
      @islammammadov4430 Před rokem +3

      @@cavidmirzyev3866 , heç baxmadım ki, altda sadəcə yarımçıq sizin comment göründü, ordan gördüm

    • @NICHLE.
      @NICHLE. Před rokem

      Hətta 'Schindler’s List' filmi ilə də ortaq hissəsi var sanki)

  • @hellcex
    @hellcex Před rokem +180

    Yerinizi heç kim doldura bilməmişdi. Biz də köhnə parçalarla dolanırdıq. Yaxşı ki döndüz. 🌹

  • @a1ixan
    @a1ixan Před rokem +26

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ln_origami
    @ln_origami Před rokem +132

    Bir musiqi qrupunun tezliklə yenidən bir arada olacağına ürəkdən inanırdım və oldu...
    Bir musiqi qrupunun yenidən bir araya gələcəyinə heç bu qədər sevinməmişdim...
    :')

  • @memo5520
    @memo5520 Před rokem +53

    Ohaaa shokdayam The Half qayidir? Inana bilmirem!!! Bir bilseydiniz ki men ne qeder heyflenirdim sizin yoxlugunuza. Davam edin, guys. Menim timsalimda sizi, sizin mahnilarinizi ne qeder sevenler var 🥺

  • @segnalibro.
    @segnalibro. Před rokem +128

    əlim ayağıma dolaşdı amma,bu nə gözəllikdir edirsiz💚

  • @accountibi
    @accountibi Před rokem +301

    Rock festivalında özünüz iştirak etməsəniz də mahnılarınızı dəniz sahilində özümüz qoşmuşduq🥳

  • @MrBird-yj9on
    @MrBird-yj9on Před rokem +44

    Cındır-cındır adamların məşhur olduğu vaxtda. Belə möhtəşəm qrupun dəyər görməməsi adamı yandırır. Şedevr sadəcə.🖤🖤🖤🖤

  • @MagsadAsgarov
    @MagsadAsgarov Před rokem +24

    "The Half" half qalmış işini davam etdirir. Bu ki, əladır!

  • @nigar6678
    @nigar6678 Před rokem +26

    yox ağlamıram, gözümə sabun girdi 🥺

  • @onetwo633
    @onetwo633 Před rokem +20

    Türkiyeden selamlar dostlarım🖐🖐. Sizin gibi kaliteli bi guruba denk geldiğim için mutluyum 😊. Başarılarınızın devamını dilerim.

  • @chapreklam3235
    @chapreklam3235 Před rokem +5

    Cəbiş müəllimi belə havalı görəcəyimə inanmırdım möhtəşəm. Mkedonunda öz yeri var

  • @whiteen0757
    @whiteen0757 Před rokem +21

    Öz doğma dilində yeni rock parçaları eşitmək qədər möhtəşəm bir şey yoxdur! Hələ də köhnə musiqiləri ilə həyatımda iz qoyan "The Half"dan dinləmək isə daha möhtəşəmdir. Dağıldığı gün Azərbaycan rocku çox şey itirmişdi, dönməsi ilə isə daha da çox qazanacağına inanıram. Yaxşı ki, The Half!❤‍🩹

  • @huseynqniyev664
    @huseynqniyev664 Před rokem +68

    Bu ölkədə irəli getməyə sona qədər layiqsiz uşaqlar. Geri dönmənizə çox sevindim. Dəvam, Dəvam, Dəvam

  • @xanimaliyeva5703
    @xanimaliyeva5703 Před rokem +29

    sözləri:
    düz yalanım qədər mənə bəs edər.
    niyə görəsən? həvəsim itər
    yalanım qədər mənə bəs edər.
    niyə görəsən?
    xoşbəxtliynən addım-addım yaxınlaşdım
    yalanlarımla dostlaşıb dalaşdım
    daha yaxşı olmağa çalışdım
    biraz vaxtım az, başım nataraz,
    xoşuma gəlmədi. elədim etiraz
    yat-qalx və tək qal ki
    tək etməyə başlayasan bunu
    məndə hamı kimi dəyərsizəm.
    bəzən bacarıqsız və fərsizəm.
    güya gedirmiş bax, həyat hədər.
    düşündüycə yenə həvəs itər
    düz yalanım qədər mənə bəs edər.
    niyə görəsən? həvəsim itər.
    yalanım qədər mənə bəs edər ,
    niyə görəsən? həvəsim itər.
    həvəsim itər 3x
    bir belə gəldi, iki belə getti.
    üç yola verdim, dörd beynim getti.
    beş tənha qaldım, altıncı gəlmir.
    yeddidə baxdım və qərar verdim.
    məndə hamı kimi dəyərsizəm.
    bəzən bacarıqsız və fərsizəm.
    güya gedirmiş bax, həyat hədər.
    düşündüycə yenə həvəs itər.
    düz yalanım qədər mənə bəs edər. 2x
    niyə görəsən? həvəsim itər.
    yalanım qədər mənə bəs edər,
    niyə görəsən? həvəsim itər.

  • @rapazmagaz
    @rapazmagaz Před rokem +19

    GUESS WHOS BAAACK!!!

  • @Nigar_Eylazli
    @Nigar_Eylazli Před rokem +24

    Ey Gözəl' in dadı damağımızda qalmışdı.. ❤️ Bu yenilik əla oldu ❤️😍

  • @svnmoonchildsyt7765
    @svnmoonchildsyt7765 Před rokem +7

    Qayıtmağınıza o qədər sevindim ki... möhtəşəmsiz!

  • @ismaylaxundov8306
    @ismaylaxundov8306 Před rokem +6

    Çox çox qəribədir. Dünən The Half'ın Mavisinə qulaq asıb öz-özümə dedim ki konsert vermədən, yarımçıq getdilər. Səhər gözünü açırsan bildiriş gəlir. Buna necə sevinməyəsən❤️

  • @aksnym.
    @aksnym. Před rokem +38

    Getdiyinizi görəndə “Ölənə qədər” i dinləyib ağlamışdım. İndi də qayıtdığınızı görüb, sevincdən gözlərim dolur. Mənim üçün çox çox əvəzsizsiniz💛

  • @ismayllibrahim5609
    @ismayllibrahim5609 Před rokem +9

    Klip ayrı, beat ayrı, sözlər ayrı və mahnının özü bütövlükdə ayrı bir aləmdir. Mükəmməlsən, The Half!

  • @zaurhost
    @zaurhost Před rokem +23

    Klipdəki "Breaking Bad" və "The Fight Club" filmlərindən alıntılar təsir etdi )
    Elxan demişkən ; "nöqtə olacaq vergül. Show must go on !"
    Uğurlar

  • @aytacyusifli4610
    @aytacyusifli4610 Před rokem +5

    Möhtəşəm 👍🏻

  • @OrujAlasgarov
    @OrujAlasgarov Před rokem +23

    Möhtəşəm! The Half üçün nə qədər darıxdığımızı sözlərlə ifadə eləmək olmur. Siz birlikdə gözəlsiz, The Half!💚🫂

  • @NadirAgha
    @NadirAgha Před rokem +119

    Ayrılıqda alınmadı, siz birlikdə gözəlsiniz 💜
    Cahid Rəsullu yoxdur amma 😕. Yarımçıq "The Half"

  • @ilaharasulova8679
    @ilaharasulova8679 Před rokem +13

    Mahnının adından fərqli olaraq onu diləyirəm ki, əziz The Half ‘həvəsiniz itməsin ölənə qədər’. Xoş gəldiz bir daha !🤩🍾💌

  • @abbasli_xedice
    @abbasli_xedice Před rokem +10

    İlk dəfədir youtube da rəy yazıram, buna səbəbkar sizsiz 😍 neçənci dinləməmdir unutmuşam artıq. Tezliklə konsertiniz olsun 🤩🥺 siz birlikdə əlasız uşaqlar🤩😍

  • @kamranfatalizada
    @kamranfatalizada Před rokem +7

    Bu günlərdə kefimizi yalnız bu geri dönüş düzəldə bilərdi. ❤️

  • @jamshidnajaf2025
    @jamshidnajaf2025 Před rokem +158

    Xoş Dinləmələr)
    Sözləri:
    Düz
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər.
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Xoşbəxtliyimə addım-addım yaxınlaşdım
    Yalanlarımla dostlaşıb dalaşdım
    Daha yaxşı olmağa çalışdım
    Biraz vaxtım az
    Başım nataraz
    Xoşuma gəlmədi
    Elədim etiraz
    Yat! Qalx!
    Və tək qal
    Ki dərk etməyə başlayasan bunu
    Mən də hamı kimi dəyərsizəm,
    Bəzən bacarıqsız və fərsizəm,
    Güya gedirmiş bax həyata dərd,
    Düşündükcə yenə həvəs itər.
    Düz
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    həvəsim itər.
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər. (х4)
    Bir belə gəldi,
    İki belə getdi,
    Üç yola verdi,
    Dörd beynim getdi.
    Beş də mən qaldım,
    Altıncı gəlmir,
    Yeddi də baxdım və qərar verdim
    Mən də hamı kimi dəyərsizəm.
    Bəzən bacarıqsız və fərsizəm,
    Güya gedirmiş bax həyata dərd,
    Düşündükcə yenə həvəs itər.
    Düz
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər.
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər.
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər.
    Yalanım qədər, mənə bəs edər
    Niyə görəsən?
    Həvəsim itər.

    • @Gul_Jafar
      @Gul_Jafar Před rokem +5

      Guya gedirmiş bax həyat hədər

  • @samadmehriban
    @samadmehriban Před rokem +4

    Əhsən uşaqlar 👍🏻

  • @gurbanovashahnaz
    @gurbanovashahnaz Před rokem +21

    Cəbiş müəllim+Walter White+ Fight club👌
    🥂💙xoş gəldiniz, bizi Sizsiz qoymayın!

  • @tinuviel8643
    @tinuviel8643 Před rokem +11

    Mahnının ritminin, rəqsinizin, ümumi klipin özünün ifadə edə bilməyəcəyim fərqli bir təsiri var, çox mükəmməldi... Çiçəksiniz

  • @saidgadir
    @saidgadir Před rokem +8

    Bizim Walter müəllim ! #respect

  • @haha-ed6wj
    @haha-ed6wj Před rokem +20

    Azərbaycan rockunu yaşadanlar 🤍

  • @narminpashazade5843
    @narminpashazade5843 Před rokem +11

    Xankəndi konserti sözü vermişdiniz, unutmadığınızı ümid edirdim.. Həvəsiniz itməsin.

  • @oldbroma
    @oldbroma Před rokem +7

    Bəzən ayrılıqlarda mümkün olmur.Amma bu biziksə,bunuda bacararıq..

  • @alim__aliyev
    @alim__aliyev Před rokem +5

    Öz xüsusi tərziniz ilə yenidən qəlbimizə yol tapdığınız üçün təşəkkür edirik🖤

  • @rahidrahid1600
    @rahidrahid1600 Před rokem +8

    The Half sizi 3 ildir tanıyıram Ey Gözəl mahnısı ilə
    Yaxşıkı tanımışam
    Uğurlar

  • @nezrinekberli572
    @nezrinekberli572 Před rokem +19

    Həvəsiniz itməsin, uşaqlar⚡

  • @mrgeikk
    @mrgeikk Před rokem +7

    Daha çok platformda (tercihen Spotify^^) daha çok eseriyle görmek istediğim nadir grup, hayırlı olsun yeni şarkınız

  • @resadramizoglu9465
    @resadramizoglu9465 Před rokem +7

    Uğurlar sizə. Azərbaycan dilində CZcamsdə yaxşı hər hansısa bir şey tapdıqda sevinər olmuşuq. Sevindirməkdə davam edin) Davam edinki fəxr edəy.

  • @Janibay98
    @Janibay98 Před rokem +80

    Guys, qayıdacağınızı bilirdim!! Mahnılarınızı dinlədikcə deyirdim ki, bu qrup bu cür davam etdirdikleri işi yarım qoymayacaqlar. Ele de oldu! Yaxshi ki qayıtdınız " The Half" ! 🥹❤‍🔥❤‍🔥

  • @nicathacizade1951
    @nicathacizade1951 Před rokem +6

    "Breaking Half"

  • @aynursafarovaa
    @aynursafarovaa Před rokem +7

    yay günəşində dondurma kimi gəldiniz bu mahnıyla😍😍💙

  • @_mammad_li
    @_mammad_li Před rokem +9

    Bomba kimi. Çox fanatik yaxın izləyici deyiləm die nəyi necə yazım bilmirəm amma çox sevindim geri dönməyə. Gözəl işlər gözdüyürük. Uğurlar.🔥

  • @youknowwhoiam01
    @youknowwhoiam01 Před rokem +18

    Gözlərimə inana bilmədim, günün ən gözəl xəbərisiniz. Sevənləriniz siz gedən gündən bəri burada sizi gözləyir, xoş gəlirsiz ❤️

  • @dafnearas
    @dafnearas Před rokem +6

    Yaxşı ki, döndünüz! 🔥

  • @zuleykhakarimova
    @zuleykhakarimova Před rokem +2

    Mahnı ilk çıxdığı gün qrup yenidən bir araya gəlib deyə sadəcə xoşbəxt idim. Günlər keçdikcə, klipi diqqətlə izləyib görürəm ki, əlsində necə anlamlı iş yaradıb uşaqlar.) Həqiqətən, möhtəşəmsiniz. Yaxşı ki, öz dilimizdə belə işləri izləyə bilirik. Çox şanslıyıq.

  • @kenanceferov1795
    @kenanceferov1795 Před rokem +15

    Ayrılıqlarda sevdaya daxildi ♾️

  • @alibaghiyev7004
    @alibaghiyev7004 Před rokem +6

    Müəllimlər nə vaxtı yox idiz, geri dönüşü müəllimlə etdiz👏🏻

  • @aliibayev1
    @aliibayev1 Před rokem +7

    Bir "The Half" və film aşiqi olaraq çox sevindim ki, bu cür iş ərsəyə gəlib. Əlasınız 🧡

  • @KochariAsgar
    @KochariAsgar Před rokem +14

    RockFestdə düşündük ki, kaş qrup ayrılmazdı, siz də olardız...

  • @yaqubaliyev4651
    @yaqubaliyev4651 Před rokem +5

    Referenslər super 👏🏻👏🏻👏🏻

  • @muradov__ali
    @muradov__ali Před rokem +5

    Yaxşı ki, qayıtdınız 💜

  • @TwitchinArkaOdalar
    @TwitchinArkaOdalar Před rokem +4

    The Half'a da belə klip yaraşardı . Səviyyə 👏👏👏

  • @ln_origami
    @ln_origami Před rokem +4

    ONLAR QAYITDILARRRR 🤩🤩

  • @qalibali892
    @qalibali892 Před rokem +6

    The Halfın sonlandığı vaxt biz tanış olmuşduq bu qrupun qruzu sayəsində. Geri dönüşünüzlə ayrıldı yollarımız. Amma dəyər çünki geri döndünüz. Və özüdə hansı parça ilə… İçimdən gələnləri mahnıya düzərək… Möhtəşəmsiniz və artıq qruz yox üzüm gülür

  • @tofiq62
    @tofiq62 Před rokem +5

    YESSS!! ÇOX SEVINDIM HƏQIQƏTƏN GERI QAYITMAĞINIZA!

  • @sonamirzyeva5581
    @sonamirzyeva5581 Před rokem +7

    Bir dənə də konsert yaraşar ✨

  • @nailebabayeva2260
    @nailebabayeva2260 Před rokem +8

    Çooxx xoşbəxtəm. Bakıya gələndən ən böyük arzum bu mükəmməl qrupun konsertində olmaqdır💕

  • @fidansmdli3488
    @fidansmdli3488 Před rokem +9

    Həvəsimin itdiyi vaxtlar idi, yaxşı ki gəldiniz, The Half. Gələn kimi də yaxşı gəldiniz.

  • @snanhsnov1243
    @snanhsnov1243 Před rokem +6

    hər dəfə ifalarınızı dinləyəndə pis olardım, heyif ki, dağıldı deyə. Qayıtmağınız isə lap əla oldu

  • @whiteen0757
    @whiteen0757 Před rokem +2

    Ahhh sizə ehtiyacım var idi💖

  • @joker.lif3s185
    @joker.lif3s185 Před rokem +9

    Bu mahnı da digərləri kimi patdadacaq biz indidən yerimizi tutaq ;)
    ♡ THE HALF ♡

  • @_mammad_li
    @_mammad_li Před rokem +3

    Klip ideasın çox sevdim. Çox bomba idi.

  • @elkhanalakbarov9724
    @elkhanalakbarov9724 Před rokem +3

    heyif trend de yene layiq olmayanlardi ((( Mohtesemsiniz , ugurlar ! ❤

  • @vugar5974
    @vugar5974 Před rokem +3

    Səviyyə başqa şeydi👌🏻

  • @absisabi
    @absisabi Před rokem +10

    Azərbaycanda tək dinlədiyim musiqiçilərsiniz. Siz möhtəşəmsiniz

  • @elnuralxanov8584
    @elnuralxanov8584 Před rokem +3

    Qayıtdışınız sevindiricidir. Uğur olsun 🛸

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 Před rokem +8

    Əfsanənin geri qayıdışı həm çox sevindirici həm də möhtəşəm oldu. "Breaking Bad" ilə Cəbiş müəllimi sintezi ancaq bu formada möhtəşəm ola bilərdi.

  • @aygunrahman
    @aygunrahman Před rokem +3

    O qədər sevirəm ki,”mən demişdim” deməyi,sonunda bizimləsiz!

  • @sebnemabdullayeva8115
    @sebnemabdullayeva8115 Před rokem +2

    Qalın həmişə

  • @fridbabayev3618
    @fridbabayev3618 Před rokem +3

    Xoş gəldin The Half. Biz də yarım qalmışdıq, tamamladın🤙

  • @orion8692
    @orion8692 Před rokem +4

    hay maşAllah yiğitlerimeee dd

  • @aminfrzalyev6570
    @aminfrzalyev6570 Před rokem +14

    Legends Never Die!

  • @aqshinrza7080
    @aqshinrza7080 Před rokem +5

    Möhtəşəmsiz.. Uğurlar sizə 💚💙

  • @ziyasafarli6232
    @ziyasafarli6232 Před rokem +3

    Çox möhtəşəmsiz uşaqlar, yaxşı ki Azərbaycan incəsənətini trashlərə qoyub getmədiz uğurlar sizə!

  • @sebineturan
    @sebineturan Před rokem +9

    Günüm gözəlləşdi. Sonunda yav🥺❤️‍🩹

  • @vampirka_abd
    @vampirka_abd Před rokem +5

    Nəyə həvəsim itsə də, sizin mahnılarınıza həvəsim itməz😍

  • @sorgudamus6037
    @sorgudamus6037 Před rokem +4

    Mən inanıram bu grup çox böyük yerlərə gələcək

  • @KhayalNajafAZE
    @KhayalNajafAZE Před rokem +9

    Zarafat kimi gəlir e adama :D Amma nə yaxşı ki deyil! Uğurlar bir daha :)

  • @prvanagazad4604
    @prvanagazad4604 Před rokem +2

    Əla alınıb, uğurlar ❤️

  • @nihadr06
    @nihadr06 Před rokem +2

    Bu insanlar əsl istedaddırlar👏 Uğurlar arzulayıram 🖤

  • @krmlsgrli4773
    @krmlsgrli4773 Před rokem +2

    Və sonunda...

  • @vagif6873
    @vagif6873 Před rokem +3

    Alternatif rock grubumuz var türkiyede barlarda sizin şarkılarınızı cover yapıp çalıyoruz👉👈👋

  • @ilahazerbaliyeva
    @ilahazerbaliyeva Před rokem +4

    Ohaa, 3 4 dəfə oxudum ki, görüm düz oxuyuram. Çoox sevindimm💘💘💘

  • @dr.gachet3295
    @dr.gachet3295 Před rokem +3

    Möhtəşəmsiz❤️

  • @yeraltiteam3075
    @yeraltiteam3075 Před rokem +3

    Möhtəşəm qayıdış!

  • @HuseynMemmedov
    @HuseynMemmedov Před rokem +6

    Deyəsən xəyal görürəm...

  • @sprxkleeee
    @sprxkleeee Před rokem +2

    Ən yaxşı Azerbaycan musiqi qrupu for sure
    Dinlədikçə bir hislərə qapılıram çox xarici vibe var mahnıların tekrar birleşmenize çox sevindim

  • @karanbatvd655
    @karanbatvd655 Před rokem +1

    nadir hallarda az kontentinden hanisisa mahnini dinleyerem amma bu heqiqeten lezzet eledi ugurlariniz bol olsun cox gozel en esasda kreativ

  • @ststusrutinim
    @ststusrutinim Před rokem +6

    Bir sözle möhtəşəm 😍😍

  • @ulviismayilzade4122
    @ulviismayilzade4122 Před rokem +6

    Qayıtmağınız çox gözəl oldu minlərlə fanatlarınızın üzü güldü konsert verməy ümüdü ilə❤️❤️

  • @asimzulfali
    @asimzulfali Před rokem +5

    Əfsanə geri döndü 👊 🔥
    Qayıdışınızın möhtəşəm olması şərəfinə 🎆🎇✨
    🎊🎉Mübarəksiniz 🎉🎊

  • @haciyevaxanim6150
    @haciyevaxanim6150 Před rokem +2

    Yaxşı ki qayıtdınız🖤 İşini bilən insanlar lazımdır bizə😍 Uğurlar çoxlu çoxlu ✨

  • @suraibayeva
    @suraibayeva Před rokem +1

    Ehtiyacımız olan şey tam da bu idi. Uşaqlar, müasir Aze musiqisinə qarşı ümidimi artırırsınız. Thanks💙

  • @agacanmedia1
    @agacanmedia1 Před rokem +2

    Samir demişkən referns üstünə referans var bu videoda, halfın qayıtması, breaking bad, cəbiş məllim. Zor, uğurlar uşaqlar)

  • @artemisjace3782
    @artemisjace3782 Před rokem +5

    Hələ heç bir bildirişə bu qədər sürətlə basmamışdım

  • @baharmustafayeva4215
    @baharmustafayeva4215 Před rokem +2

    Həvəsiniz heç vaxt itməsin , uğurlaaar ♥️