Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərdi

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib.
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
    Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
    Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “Qaz-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb.
    Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
    Araşdırmalar davam etdirilir.
    Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Komentáře • 6

  • @ELIBEKIRLI19
    @ELIBEKIRLI19 Před rokem +2

    Yaxsi eliyir

  • @Aliali-ee6ft
    @Aliali-ee6ft Před rokem +1

    Narahat olmuyaq,türkiyədəki min bina tikilsin,dahada pis olacaq.irəli xalqım irəli

  • @ilqarbabayev222
    @ilqarbabayev222 Před rokem +1

    Bu ölkədə teme qutarmirda😂😂

  • @SCORPION_RUSSIA
    @SCORPION_RUSSIA Před rokem +1

    Ele bildim qaz 24 deki edib😂 deyirem axj kasib etmez

  • @heveskar_kamera32
    @heveskar_kamera32 Před rokem

    Bərdə YPX əməkdaşı Bahadur adlı serjant qoçuluq edir. Vətəndaşları istədiyi kimi şərləyir. Yaxın vaxtlarda başıma gələn əhvalatı sizlərin nəzərinə çatdırmağı özümə borc bildim ki, oxşar situasiya ilə üzləşməyə siz. Bu adın çəkdiyim Bərdə rayon DYPX əməkdaş məni şərləyərək polis bölməsinə apardı. Lakin ləyaqətsiz alçaldıcı əməlləri sübuta yetiməkdə aciz qalaraq sabah rəisi və özü məni şöbədən sərbəst buraxmaq məcburiyyətində qaldl. Bunu kimələrindən özünüzü qoruyun. Ləyaqəti olmayan uniforma geyərək insanları şərləməklə məşğul olanlardan özünüzü qoruyun.

  • @SCORPION_RUSSIA
    @SCORPION_RUSSIA Před rokem

    Qaz 24 hara qacasan ag yetim😂