QUSAR: Tarixi, Coğrafiyası, Turizmi, Gəzməli Görməli Yerləri, İstirahət Mərkəzləri, Gözəl Kəndləri

Sdílet
Vložit
  • čas přidán 3. 09. 2022
  • AZƏRBAYCANIN ŞİMAL QAPISI
    Qusarın tarixi, Qusarın coğrafiyası, Qusarın turizmi, Qusarın gəzməli görməli yerləri, Qusarın istirahət mərkəzləri, Qusarda məşğuliyyətlər
    Coğrafi mövqeyinə görə “Şimal qapısı” adlandırılan Qusar Azərbaycanın şimaldakı son yaşayış məntəqəsidir. Buraya gedərkən Qusar yazılmış lövhənin arxasındakı cığırla hərəkət edərək “Qaçaquç” deyilən yerə çıxmaq, yüksəklikdəki meşədə rayon mənzərəsinin fonunda çay içmək olar. Yeri gəlmişkən bura, Qusar panoramının göründüyü tək nöqtədir. Qaçaquçun altındakı dərə “Qarabulaq” ərazisidir. Bu geniş dərə hələ sovet vaxtından yerlilərin və buraya qonaq gələnlərin istirahət üçün rəğbət etdiyi məşhur zonadır. Buna görə də Qusardakı istirahət mərkəzlərinin demək olar hamısı Qarabulaqda yerləşir. Dağlar və düzənliklər diyarı Qusarda o qədər gözəl yerlər var ki… bu kurort zonasında başı daimi qar və buzlaqlarla örtülü uca zirvələr, sərin yaylaqlar, düzənliklər bir- birini əvəz edir. 20% meşələrlə örtülü olan ərazinin böyük hissəsi turizm zonasıdır.
    Arayış
    Böyük Qafqaz dağlarının ətəklərində, dəniz səviyyəsindən 715 metr yüksəklikdə, Dağıstanla sərhəddə yerləşir. Azərbaycanın ən yüksək zirvələri olan Bazardüzü (4466 metr), Şahdağ (4242 metr), eləcə də Samur - Dəvəçi kanalı, Qusarçay, Samur çayı Qusar ərazisindədir.
    Bakı - Qusar arası məsafə 180 km-dir. Bakı - Dərbənd - Mahaçqala - Moskva şose yolu buradan keçir. Xudat dəmiryolundan 35 km, Xaçmaz dəmiryolundan 40 km aralıdadır.
    Qusarda turizm
    Respublikadakı 9 iqlim tipinin 4-nə rayon ərazisində rast gəlinir. Əlverişli iqlim şəraiti burada kurortlar, istirahət zonaları və turist komplekslərinin təşkilinə geniş imkanlar verir. “Şahdağın anası” deyilən rayon Azərbaycanın əsas istirahət guşələrindən biridir. Zəngin flora və faunası olan Qusarda ekoturzim üçün hər şərait var. Ekoloji marşrutları 3 istiqamətdə bölmək olar:
    1. Qusar - Qazanbulaq marşrutu
    Bu istiqamətdə sahəsi 7 km olan Əlistan baba fıstıq meşəsi var. Marşrut boyunca yerləşən kəndlərdə qədim əl sənətlərindən parça üzərində tikmə, ağac üzərində oyma işlərini və məşhur “Sumax” xalçalarını əldə etmək olar.
    2. Qusar - Sudur marşrutu (102 km)
    Samur çayı boyunca uzanan bu marşrut boyunca kəndlərdə xalq sənəti nümunələrini əldə etmək, yerli əhalinin milli adət-ənənələrini, sim pəhləvanlarının çıxışını izləmək, əl sənəti nümunələrini əldə etmək, ləzgi məişəti və folkloruyla yaxından tanış olmaq olar. Samur çayı Rusiya ilə Azərbaycan arasında sərhəd rolunu oynayır. Ərazidə bəzi kəndləri görməyə dəyər.
    3. Qusar - Laza - Suvar marşrutu (42 km)
    Böyük hissəsi çınqıllı və daşlı yolu yalnız yüksək keçidli avtomobillə getmək mümkündür. Bu marşrut üzrə hərəkət edərkən ilk dayanacaq Əniğ kəndi ola bilər.
    Əniğ kəndi
    Rayon mərkəzindən 27 km cənub - qərbdə, Qusar - Zindanmuruq yolunun kənarında Qusar (Şahnabat) çayının sağ sahilindədir. 9 kəndi əhatə edən Qusarçay vadisi buranın şərəfinə “Əniğ dərəsi” adlanır. Qusarçayın sağ sahilində salınmış qədim yaşayış yeri nəhəng, əlverişli təbii maneələrə malik, hündür təpənin üzərində yerləşir.
    Laza kəndi
    Ləzgicə Latsar deyirlər. Dağların arasındakı dərədə yerləşən kənd 2 hissədən ibarətdir. İkinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmiraparan çayı üzərində yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri oraya köç edərək yeni məskən salıb və yeni yerlərini də Laza adlandırıblar. Böyük Qafqaz sıra dağlarının, Şahdağ yüksəkliyinin (4242 metr), “Şah yaylaq” dağının ətəklərində yerləşir. Kənd Baş Qafqazdan keçən karvan yollarının üzərində yerləşir. 1800 metr yüksəklikdəki bu yerə “Kurve pereval” deyir yerlilər. Lazanın ən məşhur və tək tarixi abidəsi mərkəzdəki 300 illik məsciddir. Kənd əhalisi ləzgilərdir.
    Laza Azərbaycanın ən populyar turistik məkanlarının başında gəlir. Yay - qış kənd qonaqlarla dolu olur. Ən çox da xaricilərin rəğbət etdiyi yerdir. Kəndlilər turistləri evlərində saxlayırlar. Həyətlərdə tikilmiş xüsusi otaqlarda onların yaşaması üçün şərait yaradılıb. Xidmətlərə ev xanımlarının evdə hazırlayıb təqdim etdiyi qazan yeməkləri də daxildir.
    Qoşa şəlalə
    Təxminən 2000 metr yüksəklikdə yerləşən Qoşa şəlalə əraziyə xüsusi gözəllik verir. Bu tərəflərdəki şəlalələrin spesifik xüsusiyyəti var. Onlar qışda donurlar. Professional alpinist - idmançılar arasında qışda donan şəlalələrə dırmaşmaq üzrə yarışlar keçirilir. Şəlalənin altında diqqəti çəkən qara taxta evlə bağlı maraqlı bir əhvalat var. Evi buraya vaxtilə Az KP MK-nin ikinci katibi olmuş Viktor Polyaniçko gətirdib. Bir vaxt gəzməyə gələn ikinci katib buralardan elə xoşlanıb ki, özünə yay istirahət guşəsi hazırlamaq qərarına gəlib. Kəndlilər, keçən əsrin 80-ci illərində hərbi texnika ilə bu evin buraya necə gətirildiyini indiyədək xatırlayırlar. İndi həmin yer yayda istirahətə gələnlərin vazkeçilməz piknik məskənidir.
    Şahdağ
    Ucqar və əlçatmaz kimi görünən möhtəşəm dağdır. Onu fəth etmək mümkündür. Bunun üçün Suvara qədər avtomobillə gəlmək olar. Yolun qalan hissəsini piyada gedilməlidir. Şahdağı fəth etmək 3 gün vaxt aparır.

Komentáře • 4

  • @FarkhadKharimli
    @FarkhadKharimli Před rokem +4

    Çox gözəldir Qusar 😍🤌🏻♥️

  • @user-ej9ql9fi7p
    @user-ej9ql9fi7p Před 26 dny

    Skanı çox sevirəm. Mən kələmlə sevirəm. Ətlə, göyərti ilə , kələmlə bişirilir. Təbii ki , zövqə görə. Özüm də çox mükəmməl bişirirəm. Yaz kələmi təzə çıxanda ! Ağ və kövrək kələmlə! Xərək çörəyi də ki , bir başqa aləmdir. Ən sevdiyim çörəkdir ! Şimal bölgəsinə gedəndə ən azı 5 xərək çörəyi alıram. Buzxanada saxlayıram. Yeməkdən 30 dəq öncə çıxardıram. Yupyumşaq olur. Qızdıranda sanki indicə bişiriblər, ləzzət edir !

  • @pandatube2
    @pandatube2 Před rokem +2

    Пара ийер

  • @vugarhajiyev5897
    @vugarhajiyev5897 Před 2 dny

    Nadir şah nə vaxtdan iran şahı olub? Turistik video yayırsız, tarixin anasın ağladırsız.