🟣 İsti yay günlərində sərin, faydalı diyetik və çox dadlı Pərpətöyün salatı. Semizotu salatası.

Sdílet
Vložit
  • čas přidán 25. 06. 2021
  • 🌺 Lazım olanlar.
    🔹️ 4 dəstə pərpətöyün
    🔹️ 2 ədəd xiyar
    🔹️ 1dəstə şüyüd
    🔹️ 2-3diş sarımsaq
    🔹️ 2 yemək qaşığı zeytun yağı
    🔹️ 1litr süzmə qatıq
    🔹️ Zövqə görə duz-istiot.
    🌺 Hazırlanması.
    Pərpətöyünlər doğranıb qaynar suda 1-2 dəqiqə qaynadılıb süzülür.
    Xiyar və şüyüd xırda şəkildə doğranılır. Sarımsaqlar əzilir. Hamısını bir qaba töküb, soyuyan pərpətöyünləri də əlavə edib qarışdırırıq.
    Duzunu ,istiotunu əlavə edirik. İstəsəz əgər yarım limon suyu da sıxa bilərsiz.
    Qatığını da töküb qarışdırırıq.
    Sərin halda çox dadlı olur. Bu isti yay günlərində ən ideal salatdır.
    Bu qədər hazırlayacaq olan hər kəsə indidən nuş olsun 😍😍
    #pərpətöyünsalatı#semizotusalatası#salata

Komentáře • 26