Şagird davranış qaydaları. 4. Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi

Sdílet
Vložit
  • čas přidán 12. 09. 2024
  • Şagirdlər:
    4.1. dərslərə vaxtında gəlməli; dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;
    4.2. məktəb daxilində yüksək səslə danışmamalı;
    4.3. cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi
    xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;
    4.4. başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;
    4.5. dərs müddətində öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;
    4.6. müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı;
    4.7. tənəffüs zəngi vurulduğu halda belə tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;
    4.8. tələb olunan ev tapşırığını yerinə yetirməli;
    4.9. dürüst olmalı, qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.
    Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və/və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.
    Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna
    baxmayaraq, dərs müddətində su içə bilərlər.

Komentáře •