Mikail Mirzə Rasim Kərimlinin şeri "Nə fayda"

Sdílet
Vložit
  • čas přidán 10. 09. 2024
  • "Nə fayda"
    Elinə, gününə yanmayan bir kəs
    Tutaq ki, sultandı, xandı nə fayda?
    Gənclikdə özünü xar eyləyənlər
    Çallaşan vaxtında qandı, nə fayda?
    Yeri ayrıcadır dünya üzündə,
    Qəlbi xainin də, könlü düzün də.
    Hamının əksi var elin gözündə,
    Alçaqlar adını dandı, nə fayda?
    Rasiməm dar gündə insana dayaq,
    İnamın yoxdursa imtahan et, bax.
    Zülmət gecələrdə yanmayan çıraq
    Günəşli günlərdə yandı nə fayda?

Komentáře • 151