Tələbəsinə aşiq oldu, bacısı qızını imtahandan kəsdi, cənazəsi üstündə saz çaldılar

Sdílet
Vložit
  • čas přidán 16. 04. 2022
  • İnsanın tarixə düşməsi üçün işini vicdanla görməsi bəs edir. O da, vicdanı ilə dillərdə dastan oldu. Biri var idi, Azərbaycanda təhsil sahəsində silinməz izlər buraxan, Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub...
    Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Sabirabad və Tovuz rayonlarında, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllim işləyib. 150-dən çox elmi, siyasi-publisistik məqalənin müəllifidir.
    Vurğun Əyyub həyat yoldaşı Sevil xanımla işlədiyi universitetdə tanış olub. Sevil xanım dördüncü kursda oxuyanda Vurğun Əyyub ondan imtahan götürür. Bundan sonra hər dəfə rastlaşanda köhnə tanışlar kimi salamlaşan müəllim-tələbə münasibəti getdikcə ciddi şəkil almağa başlayır. Günlərin birində isə Vurğun Əyyub Sevil xanıma evlənmək təklifi edir. İlk dəfədən hə cavabı almasa da, sonrakı mərhələlərdə razılıq əldə olunur və onlar evlənirlər. Onların iki qız övladı doğulur.
    Böyük qızı Aytən dünyaya gələndə. Vurğun Əyyub çox gərgin işləyir. Test sistemini öyrənmək üçün bir müddət ailəsindən ayrı qalır, Türkiyəyə gedir. Noyabrın 14-də isə qızı Aytənin ad günü imiş. Həyat yoldaşı Sevil xanım müsahibələrinin birində o günləri belə xatırlayır:
    “Vurğun həmin gün evə gələ bilmədi, zəng edib durumu anlatdı. Çünki test suallarını heç kimə etibar etmirdi. Pənah Hüseynova müraciət etmişdi ki, gediş-gəlişə qadağa qoyun, test suallarının təhlükəsizliyi təmin olunsun. Gecəni həmin otaqda qalıb gözləmişdi. Ertəsi gün sualların məntəqələrə çatdırılması bir neçə saat gecikmişdi. Çünki yeni sistemin tətbiqinin qarşısını almaq istəyən qüvvələr vardı. Planlı şəkildə yollarda tıxac yaradılmışdı, bu barədə qabaqcadan xəbər çatdırılmışdı. Amma bütün bunlara baxmayaraq imtahanın keçirilməsi baş tutmuşdu. Evə dönəndə üzündə bir rahatlıq, sevinc vardı. Çox yorğun olduğunu söylədi, Aytəni qucağına alıb bağrına basdı, qızımın ad günü mübarək olsun dedi.”
    Həyat yoldaşı yaxşı ədəbiyyat müəllimi olsa da 2000-ci ilin əvvəllərində onun üçün iş tapa bilmir. Heç bir məktəb direktoru onu işə götürmürdü. Bir dostunun vasitəsilə bu məsələ nazirə deyilir, xahiş edilir. Nazir də razılaşır. Hər kəs elə hesab edir ki, yoldaşını işə düzəltdikdən sonra Vurğun Əyyub daha təhsil sistemindəki qüsurları tənqid etməz. Lakin məsələ həll olunduğu ərəfədə Vurğunun müsahibəsi yayımlanır. Müsahibədə təhsil sistemindəki qüsurları sadalayır, naziri tənqid edir. Bu barədə Vurğun bəyə irad tutulanda onun cavabı belə olur: “Nə olsun, yoldaşıma iş verir deyə, mən prinsipimdən əl çəkməliyəm, mövqeyimi dəyişməliyəm?”
    Vurğun müəllimin yaxın dostu və tələbə yoldaşı xatırlayır: “Günlərin birində Sabirabaddan dostlarım gəldi. Onları rayonun vəzifəli adamı mənim yanıma göndərmişdi ki, oğlunu “hüquqa qoysun”, nə istəyir verəcəm. Mən onları evdə qonaq etdim və əliboş yola saldım. Dedim, biz demokratik cəmiyyət qururuq. Bu sistem belə şeylərin qarşısını almaq üçün tətbiq olunur. Aradan bir neçə il keçmişdi. Vurğunun da, mənim də evimiz yox idi, kirayədə qalırdıq. Dərdləşəndə zarafatla dedim ki, o zaman həmin adamları qəbul edib yanına gətirsəydim, indi sənin də, mənim də evim olardı. Ciddi görkəm alıb dedi ki, elə bilirsən, onları qəbul edəcəkdim? Yaxşı ki, gətirməmisən, özün də pis vəziyyətdə qalardın”.
    Bobsley
    Testin tətbiqinin ən böyük çətinliyi cəmiyyətin onu düzgün qəbul edib-etməməsi idi. Vurğun Əyyub ən böyük təpkini müəllim yoldaşlarından görür. Qəbula qalan müəllimlər onu boykot edir, salam vermir, "sən bizim çörəyimizi kəsdin" - deyə üzünə çırpırdılar. Hətta gənc elmlər doktorlarından biri qarşısını kəsərək "Mən ona görə elmlər doktoru oldum ki, qəbula qalım, ailəmi dolandırım, sən nə etdin?", - deyə onu tənbeh etmişdi. Çox az müəllim onu təqdir edirdi. Vurğun müəllimlərə “mən sizin şərəfli adınızı özünüzə qaytaracağam” deyirdi.
    Komissiya sədri olduğu vaxt bacısı qızı imtahandan kəsilir. Bacısı ona müraciət edir. Cavab inanılmaz olur: “Hazırlaşıb gələn il girər.”
    Bu gün Azərbaycanda ən şəffaf fəaliyyət göstərən qurumlardan biri məhz TQDK - yəni, indiki Dövlət İmtahan Mərkəzidir. Minlərlə Azərbaycanlı gəncin öz hesabına ali təhsil ocağına qəbul olmasına, özünü inkişaf etdirməsinə səbəb olan bu qurumun yaranmasında, vicdanla işləməsində Vurğun Əyyubun əvəzsiz rolu olub. Məhz onun rəhbərliyi altında çalışan qurum Azərbaycanda ilk dəfə test üsulu ilə qəbula başladı və tələbələr üçün ilk dəfə şəffaf, qarşısıalınmaz bir platforma yarandı. TQDK-nın bu gün də şəffaf çalışmasında sağlam təməlin qoyulmasının da önəmli olduğunu unutmamalıyıq. Yəni Vurğun Əyyubu unutmamalıyıq! Allah sənə rəhmət eləsin, müəllim adını şərəflə daşıyan, şərəfl yaşadan Vurğun müəllim! Ruhun şad olsun, ruhani adam!

Komentáře • 222

  • @no_name1857
    @no_name1857 Před 2 lety +47

    Allah rəhmət etsin ,cünki kasib balalari öz istədiklərı fakultələrə daxil oldu.Şərqşünasluq,hüqüq ,jurnalistika,tibb çox kasib balalarina yaraşdirilmirdi.Nurlar içində yat təmiz insan,dürüst insan.

  • @user-hx8kb7wr9c
    @user-hx8kb7wr9c Před 2 lety +48

    Allah rəhmət eləsin ,dünya durduqca qəlblərdə yaşayacaqsan əziz Vurğün müəllim!

  • @xzrdnizi9280
    @xzrdnizi9280 Před 2 lety +45

    Allah rəhmət eləsin. Şəxsiyyətini qoruyan və əsl vətənpərvər idi.
    Dəfn mərasimindən oıan fraqmenti sakit izləmək mümkün deyil...
    Belə insanlar Azərbaycan üçün nadir nüsxədir.

  • @ehlimanmemmedov1186
    @ehlimanmemmedov1186 Před 2 lety +42

    Mən onunla həmyaşıdam .Həmişə ona rəhmət oxuyuram. Ümumiyyətlə , Elçibəy hökumətindəki məmurların böyük əksəriyyəti vicdanlı, təmiz insanlar idilər .Hazırkı dövrdə nümunə üçün bir nəfər göstərin

    • @yildiz7949
      @yildiz7949 Před 2 lety +7

      Atalar doğru demiş dostunu görsət deyim sən kimsən. Elçibəy rəhmətlik özü şəxsiyyət idi ətrafına da özü kimi şəxsiyyətli vicdanlı insanları cəlb etmişdi. Bunlar nəinki ətrafına hətda ölkəni belə məhv ediblər hər yerdə özləri kimi əclaflar iş başında. ...

    • @untrueworlddreams1989
      @untrueworlddreams1989 Před 2 lety

      @@yildiz7949 👍👍👍

    • @cigdemenes4691
      @cigdemenes4691 Před 2 lety

      Heyif ki Rehim Qazıyev kimi nadanlar da var idi. Allah Ebülfez beye rehmet elesin.

  • @melekvuqarli8811
    @melekvuqarli8811 Před 2 lety +56

    Günəşlidə qonşumuz olub. Çox tərbiyəli, sadə gözəl ailəsi var. Qızlar balaca idi burda yaşayanda. Allah rəhmət eləsin. Sevil xanıma balalarına Allah səbr versin. Az müddətdə tanıdım. Amma həmişə xoş xatirəylə xatırlayıram.

  • @tahiraquliyeva6585
    @tahiraquliyeva6585 Před 2 lety +58

    Elimin deyerli oglu qebrin nurla dolsun. Tessuf edirem ki, saglıgında deyerin verilmedi.Azerbaycan tehsili Senin simanda cox sey itirdi. Yaxsı ki bu şansı ALLAH bu millete verdi, Sen test usulunu Azerbaycana getirmeyi bacardın.Allah Sene rehmet elesin.

    • @izzetmemmedov4449
      @izzetmemmedov4449 Před 2 lety +4

      Yerin behisht olsun dayimin ozu kimi agilli savadli eqidesinden donmeyen alim oglu elinin obasinin qohumlarinin fexri yoxlugundan iller kecse de hamimizin evinde hormetle yad edilirsen

  • @xuramanquliyeva3248
    @xuramanquliyeva3248 Před 2 lety +27

    Allah sənə rəhmət eləsin xalqın vurğunu!

  • @nusabetagiyeve6600
    @nusabetagiyeve6600 Před 2 lety +15

    Tovuz və Tovuzlular hemi elimi hemi insanlıq hemi mərdlik hemi sözlü sazlii hemçin qehramanliqlari ile tanınır və sevilir ,,Elimin ziyalı oqlu Vurqun Eyyub Ölümü ilede sözlu sazli torpaqina Vuruqunuqunu bir daha sübut etdi mekanın Cenet olsun El oqlumm 😭

  • @afetbakhshaliyeva5483
    @afetbakhshaliyeva5483 Před 2 lety +34

    Allah rəhmət eləsin nur icində yatsın.İstedadlı savadlı kasıb ballalarına ədalərti yol acdı.Savadlı gənclər layiqli yerini tutdu.Hər zaman qəlbimizdədi ....Məkanı cənnət olsun!

  • @xatircabbarova695
    @xatircabbarova695 Před 2 lety +40

    İLK TEST İMTAHANİ AZƏRBAYCANA GƏTİRƏN
    ALLAH RƏHMƏT ELƏSİN
    İNDİ ONUN ÇÖREYİNİ YEYİRLƏR VAXTİ İLƏ ONUN ÜZÜNE BOZARANLAR

    • @zemfiraheshimova9867
      @zemfiraheshimova9867 Před 2 lety +3

      aLLah ya xsl klsiLere rehmet eLesin amin

    • @SamsungAs-ll3sx
      @SamsungAs-ll3sx Před 2 lety +3

      İlk test imtahanını Azərbaycana gətirən kişi budurmu?Allah ona min rəhmət eləsin!!!

  • @huseynli764
    @huseynli764 Před 2 lety +42

    TEST ÜSULU ELÇİBƏYİN DÖVRÜNDƏ OLDU. ALLAH HƏM ELÇİBƏYƏ HƏM VURĞUN BƏYƏ RƏHMƏT ELƏSİN 🤲🤲🤲 .

  • @nicatkerimli3979
    @nicatkerimli3979 Před 2 lety +16

    Çox dəyərli insan idi😢😢

  • @azerzahidzade5194
    @azerzahidzade5194 Před 2 lety +48

    Allah rəhmət eləsin. Elçibəy hakimiyyətinin təmiz səmimi vətənpərvər məmurları...

    • @aygunmmmdli2145
      @aygunmmmdli2145 Před 2 lety +7

      Allah qəni- qəni rəhmət eləsin.Həyat yoldaşının adı Sevil deyil,Simadır,qrup yoldaşı olmuşuq

    • @alagoz2705
      @alagoz2705 Před 2 lety

      ALLAH rehmet etsin gözel insana

  • @ilhamsfrova6869
    @ilhamsfrova6869 Před 2 lety +25

    Məkanı cənnət olsun hər zaman xatirlərdə yaxı kişi kimi yaşıyacaq

  • @z.c.5007
    @z.c.5007 Před 2 lety +6

    Tələbə adını öz biliyi ilə qazanmış kasıb balaları, bizim hər birimizin Vurğun bəyə bir təşəkkür borcumuz var. Allah sənə rəhmət eləsin Vurğun bəy!!!

  • @abdullahshikarli7357
    @abdullahshikarli7357 Před 2 lety +14

    ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun🤲

  • @cigdemenes4691
    @cigdemenes4691 Před 2 lety +9

    Yüksək əxlaq sahibi insan! Allah rəhmət eləsin.

  • @seyyadaydinoglu364
    @seyyadaydinoglu364 Před 2 lety +14

    Mekanı cennet olsun inşallah. Çox deyerli bir ziyalımız və əzizimiz idi.Allah rəhmət eləsin Vurğun bəyə

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 Před 2 lety +23

    Allah rəhmət eləsin!

  • @ramanihadi5029
    @ramanihadi5029 Před 2 lety +4

    Allah rəhmət etsin! Kasıbların ali təhsil almağa başladığı 1-ci test ili-1992il-hələ də davam edir. Tarixin yaddaşına hopmaq budur. Allah Sizin kimi patriotlardan bu xalq üçün çox etsin. Ruhun qarşısında baş əyirik. Təhsil xalqın keçmişi, bu günü və gələcəyidir!!!

  • @xalidyusifova5511
    @xalidyusifova5511 Před 2 lety +14

    Allah rəhmət eləsin. Onu tələbə olduğum illərdən taniyirdım.çox vicdanlı düzgün təmiz adam idi.

  • @tahirshahbazov6056
    @tahirshahbazov6056 Před 2 lety +12

    Allah Vurğun Əyyub rəhmət etsin

  • @memm-va8833
    @memm-va8833 Před 2 lety +16

    Allah rehmet etsin Sabirabad rayonun 1 sayılı Qalaqayin orta mektebinde muellim isleyib muellim olduğu ucun Fexr ederdim tevizorda görende Mekanı cennet olsun Amin 🤲🏻🤲🏻🤲🏻 Allah ailesine sebr versin Amin 🤲🏻🤲🏻

  • @nezaketahmedova2689
    @nezaketahmedova2689 Před 2 lety +11

    Deyerli insaniydi allah rehmet eledin sayesinde test usulu ile unverstitete dacil olduq

  • @vidadiqasimov3655
    @vidadiqasimov3655 Před 2 lety +20

    Allah rəhmət eləsin

  • @mustafahuseynov5999
    @mustafahuseynov5999 Před 2 lety +17

    ALLAH rəhmət eləsin

  • @313ESKOBAR
    @313ESKOBAR Před 2 lety +25

    Mən də 1996 cı ildə V.Əyyubun TQDK nin sədri olduğu vaxtda qəbul olmuşam.biz 4 uşaq müxtəlif ilərdə test üsulu ilə qəbul olmuşuq.Məkanı n cənnət olsun Ziyalı insan.Ancaq çox heyif belə dürüst insanların bu dünyadan tez getməsi təhsilə böyük zərbədir

    • @yasmnliyeva2085
      @yasmnliyeva2085 Před 2 lety +11

      Elçibəy hökuməti mövcud olduğu qısa dövr ərzində çox işlər gördü,bəziləri bunu etiraf etmək istəməsələr də..Allah Elçibəyə də Vurğun Əyyuba da rəhmət eləsin, məkanları cənnət olsun.Test üsulu birbaşa rüşvətin qarşısını aldı, istedadlı kasıb uşaqları üçün yaşıl işıq yandı.Kaş hamı onlar kimi vətənpərvər və vicdanlı olaydı..

    • @unpzoue5179
      @unpzoue5179 Před 2 lety +1

      @@yasmnliyeva2085 Əliyevlər Paşayevlər gelenden sonra Azərbaycan rüşvetle dövr eledi

    • @nigar3252
      @nigar3252 Před 2 lety

      @@unpzoue5179 bülbül gülə,qarğa zibilliyə çəkər.Hər kəs özünə bənzəri ətrafına yığdı

  • @ruxsarememmedova4531
    @ruxsarememmedova4531 Před 2 lety +6

    Allah rehmet elesin,Vurgun muellim!Test usulunun tetbiq edildiyi,o ilin ilk telebesi kimi size daim rehmet oxuyuram.Siz esil azerbaycanli,vetenini seven esil insan idiniz.Mekaniniz cennet olsun

  • @aylamirzeyeva2205
    @aylamirzeyeva2205 Před 2 lety +13

    Vurgun Eyyub chox temiz eqideli, savadli, test sistemini tetbiq eden, tehsilde rushvete son qoyan gozel ziyali insan. Mekanin cennet olsun. Senin haqqinda chox danishmaq olar.

    • @aylamirzeyeva2205
      @aylamirzeyeva2205 Před 2 lety

      Vurgun Eyyub, layiq oldugu qiymetini almamish, leyaqetli, saf eqideli, xalqina temennasiz ve vicdanla xidmet etmek numunesi gosteren, ishiqli Elchibey silahdashlarindan biri idi.
      Uyudugu mekan nura boyansin, amin.

    • @zemfiraalieva7776
      @zemfiraalieva7776 Před 2 lety

      Allah rəhmət eləsın

  • @user-ry6lq1ze6g
    @user-ry6lq1ze6g Před 2 lety +29

    2900 nefer baxib,169 nefer beyenib. Allah rehmet elesin mūellim.

  • @zuleyxababayeva9994
    @zuleyxababayeva9994 Před 2 lety +7

    Allah bu gozel insana rehmet etsin.Men de 1994 de qebul olundum buna gore ona minnetdariq.

  • @ruhengizazimova8386
    @ruhengizazimova8386 Před 2 lety +18

    Аллах рахмат елесин

  • @leylaabdullayeva1718
    @leylaabdullayeva1718 Před 2 lety +23

    Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun 🙏

  • @sraftabbasova2446
    @sraftabbasova2446 Před 2 lety +9

    Allah rəhmət eləsin😔Ruhun şad olsun gözəl insan ....
    Siz də çox sağ olun ki,belə insanları bir daha yaxından tanımaqda yardımçı olursunuz...

  • @elsnquliyev8366
    @elsnquliyev8366 Před 2 lety +10

    Allah rəhmət eləsin . Azərbaycan təsilində rolu , xidməti əvəzsizdir . Allah rəhmət eləsin . Məkanı cənnət olsun . !

  • @agaseferli2092
    @agaseferli2092 Před 2 lety +16

    Salam Allah rəhmət etsin Vurğun müəllimi.

  • @nergiznergiz4789
    @nergiznergiz4789 Před 2 lety +3

    Beli qebulunda olmuşam.Gözəl ,sadə insan idi.İndi nazir qəbuluna girmek olar? Girmek isteyenlər qapida növbeyle dayanib sakit girirdiler.Cox gözəl nazir idi.Allah rehmet eylesin.

  • @yildiz7949
    @yildiz7949 Před 2 lety +10

    Aminnn Aminnn Aminnn inşəallah Allah bütün yaxşı insanları xalq üçün iş görüb əziyyət çəkən elm öyrədənlərin yerini behiştlik etsin.

  • @zahramammadova6487
    @zahramammadova6487 Před 2 lety +9

    Allah rəhmət eləsin! Amin!

  • @user-rr1ew5tt2u
    @user-rr1ew5tt2u Před 2 lety +16

    Gülmara Xələfova
    Məkanı cənnət olsun.Qrup yoldaşım olub.Tələbə vaxtında da çox prinspial idi.

    • @gulnazsadqova28
      @gulnazsadqova28 Před 10 měsíci

      ALLAH rəhmət eləsin ruhu şad məkanı cənnət olsun Mənim də qrop yoldaşım olub İstedadı bacarığı prinsipiallığı o vaxtdan bəlli idi Hələ tələbə olanda yazdığı kiçik hekayələri oxumuşam GÖZƏL İNSAN idi Çoox təəssüflər olsun vaxtsız dünyasını dəyişdi

  • @gunelgunel6231
    @gunelgunel6231 Před 2 lety +54

    1992 ci ll abituriyentləri onu yaxşı xatırlayır,könüllərdə yaşayacaq Vurgun Əyyub və biz ona ömrü boyu borcluyuq.Qürur duyacaəgımız şəxsiyyətdir Vurgun Əyyub.

    • @samiraismayilova893
      @samiraismayilova893 Před 2 lety +13

      Lap ürəyimdən xəbər verdiniz Mən də həmin il qəbul olanlardanam.Həmisə ona rəhmət diləyirəm .Ruhu şad olsun .Məkanı cənnət olsun.

    • @yildiz7949
      @yildiz7949 Před 2 lety +7

      İndiki kimi asan deyildi o vaxt belə işlərə imza atmaq. Amma onlar komanda şəklində bacardı. İndi isə onların zəhmətini heçə endirib təhsilimizi məhv edən qüvvələr iş başında hər şeyi alt üst etdilər. Test üsulu ilə əla oxuyanlar ölkədən qaçaq salındı və davam edir. ..

    • @yildiz7949
      @yildiz7949 Před 2 lety +6

      @@samiraismayilova893 Mənim də bugünkü kimi yadımdadır. Çox çətin və millət üçün şərəfli bir iş idi. Həm də əziyyətl. Dövlət katibi olan Pənah Hüseynin necə həyacanla test cavablarını yoxlanışa göndərməyi televiziyada görürdük.

    • @gunelgunel6231
      @gunelgunel6231 Před 2 lety +8

      Bəli,şərəfli bir tarix idi....Unutmayacagıq!!!🇦🇿

    • @instagramstore4554
      @instagramstore4554 Před 2 lety +2

      Allah rehmet elesin

  • @minireeyyubova2343
    @minireeyyubova2343 Před 2 lety +18

    Allah rahmet eylesin.

  • @aynurelekberova6748
    @aynurelekberova6748 Před 2 lety

    Allahln rəhmətini milyonlarca insanlardan alan şəxsiyyətli, dürüst ,əqidəli böyük Adam. Hər zaman hörmətlə xatırlanacaq nadir insanlardan biri .Nur içində yatsın,məkanı, yatdığı torpağı rahat olsun. Həyatdan vaxtsız köçməyi böyük itki oldu. Allah ailəsinə səbr versin.

  • @smryusifova4877
    @smryusifova4877 Před 2 lety +3

    RUHUN ŞAD OLSUN, VİCDANLİ, ŞEREFLİ İNSAN!

  • @bznhjajajaj5557
    @bznhjajajaj5557 Před 2 lety +3

    Allah rehmet etsin!Qebri nurla dolsun.Yeri cennet olsun.En cox sevdiyim gozel sexsiyyet Vurqun muellim.Esl azadliq carcisi- muasir tehsil deyende hemise yadima bu yolda canini qoyan Vurqun Eyyub yadima dusur.Esl xalqi yolunda- xalqin maatiflenmesi yolunda boyuk fedakarliq gosteren boyuk sexsiyyet- Vurqun Eyuub.Vurqun Eyyub hemise butun turk xalqinin qelbinde boyuk ehtiramla yad edilir ve edilecek.

  • @ugurpashayev930
    @ugurpashayev930 Před 2 lety +9

    Məkanı cənnət olsun.

  • @nurcahan6353
    @nurcahan6353 Před 3 dny +1

    Allah rəhmət eləsin Vurğun Əyyub

  • @huseynnovruzzade3881
    @huseynnovruzzade3881 Před 2 lety +4

    Demek doğrudanda azerbaycan xalginin temiz saf insanlar helede var.daha guldur maleyke abbaszade kimi yox.milletin hem pulun alir evladlarinida kor goyur.

  • @kh.ra.790
    @kh.ra.790 Před 2 lety +2

    Heç olmasa biri rəhmətlik Vurğun Əyyub kimi olaydı, bilikli gənclərin ali təhsilinə onun qədər kömək edəydi!

  • @xuramanhuseynova6520
    @xuramanhuseynova6520 Před 2 lety +3

    Ruhu şad məkanı cənnət olsun Amin ""

  • @user-zt2dg6ou5w
    @user-zt2dg6ou5w Před 2 lety +6

    Mekanin cennet olsun gozel INSAN

  • @naibeqarayeva7864
    @naibeqarayeva7864 Před 2 lety +10

    Allah rehmet elesin

  • @yunisqasimzade8736
    @yunisqasimzade8736 Před 2 lety +12

    belə insanlar idealdır həyatda əziyyət çəkir hörməti olmur baxmayaraq ki cəmiyyəti düzəldən V , Əyyub kimiləri ən ləyaqətə hörmətə layiq olmalıdır olmadı

  • @teraneverdiyeva4008
    @teraneverdiyeva4008 Před 2 lety +3

    Çox gözəl insan idi. Övladlarımız bir sinifdə oxuyurdu. Yoldaşı Sima xanımla çox yaxşı münasibətimiz olub. Vurğun müəllimi hörmətlə anırıq

  • @aidayusub7188
    @aidayusub7188 Před 2 lety +14

    Allah rəhmət eləsin.Çox sadə insan və əsil ziyalı olub.Belə səxsiyyətləri işıqlandırdığınız üçün sizə təşəkkür edirəm 🙌

  • @azadisgenderli4827
    @azadisgenderli4827 Před 2 lety +5

    bir defe Vurqun Bey Elcibeye deyir ki bey sen elini ureyivin ustune qoyub and ice bilersen test imtahanlari tam demokratik kecib AllahElcibeye ve Vurqun beye rehmet elesin

  • @aynuryaver1836
    @aynuryaver1836 Před 2 lety +8

    Vurgun Beyi usaq vaxti,mitinqlerde,Azadliq meydaninda tez tez gorerdrim(valideynlerim aparardi).Sonralar dovr ve hakimiyyeter deyisdi ve Cox sey unuduldu sandim,amma son defe onu 2011 ilin fevral ayinda Nizami metrosunda gordum,xestehal idi,eynindeki uzun qara paltosu bele onun sinixdigini gizletmirdi,boyuk bir regbetlde,"Vurgun bey bu gun bitirdiyim Ali mektebi ve qazandigim coreyi size borcluyam,sizsiz o Ali tehsil ocagi menim ucun belke de bir arzu olaraq qalardi,uzerinizde cox insanin duasi var dedim",kederle gulumsedi"Bizler edaletle ve bu Veten ucun isledik"dedi.(((
    Nur icinde yatsin,evezolunmaz INSANLardan birini de vaxtiz itirdik!

  • @tahminaahadova5472
    @tahminaahadova5472 Před 11 měsíci

    Bu dünyada haqqini ala billməyən VURQUN bəy , ALLAH o dünyada haqqını versin inşəallh.
    Cənnət məkan İNSAN .

  • @zngzurlu1796
    @zngzurlu1796 Před 2 lety +4

    Allah rəhmət etsin.Mən Vurğun müəllimi Müsavat partiyasından tanıyırdım sadə təvəzökar mülayım bir şəxsiyət idi .Allah günahlarını bağışlasın ruhu şad olsun

    • @baharagayeva8339
      @baharagayeva8339 Před 2 lety

      Bəs Müsavat Partiyası nə etdi? Vurğun bəyi "ləbbeyk" demədiyi üçün partiyadan xaric etdilər. Səbəb kimi onun uzun müddət üzvlük haqqı ödəməməsi göstərildi. Bu Vurğun bəyin deyil, Azərbaycanın və millətin faciəsi demək idi, çünki başqa ölkələrin tanınmış insanlarını partiyalara, nə bilim universitetlərə fəxri üzv seçirlər. Necə ola bilər ki, belə bir insanı cəzalandırmaq barədə düşünəsən?

  • @cemilenuriyeva5123
    @cemilenuriyeva5123 Před 2 lety +7

    Allah rehmet elesin🙏🙏🙏

  • @rauf3806
    @rauf3806 Před 2 lety +3

    Allah rəhmət etsin nə gözəl insan olub ,məkanı cənnət olsun 🤲🤲🤲🤲🤲🤲🤲🤲😭😭😭😭😭

  • @sevincaliyeva2340
    @sevincaliyeva2340 Před 2 lety +2

    Heyf sizden böyük insan Vurğun bey!

  • @lacn7172
    @lacn7172 Před 2 lety +2

    Zamanında yaxından görmüşəm Vurğun m. Allah Rəhmət eləsin, Qəbri nurla dolsun.

  • @salehhemzeli5329
    @salehhemzeli5329 Před 2 lety

    Məkanın cənnət olsun Vurğun Əyyub ..sizlərin sayənizdə bizlər ali savad aldıq ..halbuki sizlərə qədər pulsuz ali savad almaq mümkün deyildi ...ruhunuz şad olsun bəy

  • @kamaleb
    @kamaleb Před 2 lety +16

    Allah Vurgun məllimədə Elçibəyə də rəhmət eləsin

  • @gultekinmemmedova6993
    @gultekinmemmedova6993 Před 2 lety +2

    Allah rəhmət eləsin.Görün öyrənin yaxşı insan olmaq nə yaxşıdı bir var öləndən sonra səni söyələr, bir də belə xatırlayalar çox heyf

  • @kamilhuseynli6343
    @kamilhuseynli6343 Před 2 lety +5

    Allah rəhmət eləsin. Amin.

  • @nzaktsahbazova8611
    @nzaktsahbazova8611 Před 2 lety +2

    Allah rəhmət eləsin.Bizim kimi sadə insanların övladları test üsulu ilə ali məktəblərə daxil oldu.Məkanı cənnət olsun.

  • @sevincmmmdova6792
    @sevincmmmdova6792 Před 2 lety +2

    Test imtahanı verənlərlərdən olaraq sizə minnətdaram Allah rəhmət eləsin məkanı cənnət olsun 🤲🏻🤲🏻siz təhsil sistemində belə dəyişiklik etməklə tarıxə düşdünüz İşinə belə yanaşma bu gün hər kəsə örnək olmalıdır

  • @kmalsalahova6169
    @kmalsalahova6169 Před 2 lety +1

    ALLAH RƏHMƏT ETSİN.AİLƏSİNƏ ALLAH SƏBR VERSİN.
    1993- cü ildə qəbul olmuşam.
    Ruhunuz qarşısında baş əyirəm VURĞUN MÜƏLLİM,

  • @novruzbabayev5489
    @novruzbabayev5489 Před 2 lety +2

    Allah rəhmət eləsin .Məkanı cənnət olsun .

  • @khidirkaralov8630
    @khidirkaralov8630 Před 2 lety +1

    Allah sənə rəhmət eləsin,gözəl insan!Siz də çox sag olun ki,belə insanları yada salırsınız.

  • @mubarizmubariz359
    @mubarizmubariz359 Před 10 měsíci

    Allah rəhmət eləsin, şəxsən taniyirdim, cox əlicənab, təvözukar, mədəni ziyali idi, ruhun şad olsun, insan oğlu...

  • @p.aliyeva1081
    @p.aliyeva1081 Před 2 lety +1

    Ruhun şad olsun. Milletimizin əzəmətli, dəyərli oğlu. Təhsilimiz üçün etdiyin gozəl işini millətimiz daim xatırlayacaq

  • @kifayetisayeva39
    @kifayetisayeva39 Před 2 lety +1

    Dəyərli insan məkanın cənnət olsun!Azərbaycanın səni kim dəyərli oğullara çoxxxehtiyacı var!!!!!!

  • @yaqubovsenan
    @yaqubovsenan Před 2 lety +1

    Heyf ki, bu cür gözəl insan TQDK-da çox az işlədi - bir il oldu ya da olmadı. Əsl müəllim və gözəl insan! Allah Sənə rəhmət eləsin! Etdiyiniz əməllərin nəticəsidir ki, həmin illərin tələbələri bu gün də Sizi unutmur!

  • @SonsuzaKadarMutsuz_fan
    @SonsuzaKadarMutsuz_fan Před 2 lety +1

    👍Onların zəhməti çox oldu.
    Test üsulu gözəl başlanğıc oldu.Yeri cənnət olsun.

  • @user-ld6bv4jy8t
    @user-ld6bv4jy8t Před 11 dny

    Ruhun şad olsun Vurqun bey Tovuzun ən layiqli ziyalılarından biridi Respublikamızın en temiz 1 çi Nazir memuru olub yerin behişdik olsun

  • @Cema-cu1nk
    @Cema-cu1nk Před 2 lety +2

    Allah rəhmət etsin ruhu şad məkanı cənnət olsun ailəsinə evladlarna səbir versin Amin

  • @khayalayusifova4311
    @khayalayusifova4311 Před 2 lety +1

    Allah rəhmət eləsin, Vurğun müəllim. Testlə universitetə daxil olan ilk tələbələrdənəm. Həmişə rəhmət oxuyacaq sizə xalqımız.

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne Před 2 lety +3

    Niyə belə tez rəhmətə getdi?Heyf gözəl insanlar hamısı Allahın rəhmətinə getdilər.Allah rəhmət etsin.🙏🙏🙏

  • @nesiblipervin7534
    @nesiblipervin7534 Před 2 lety +3

    İndi gecdi sabah mütləq baxacam elə insan haqqındadır ki, baxmamaq olmaz

  • @iradahuseynova5792
    @iradahuseynova5792 Před 2 lety +1

    Allah rehmet elesin, muellimim olub cox temiz , vetenperver insan idi

  • @vefaaliyeva6013
    @vefaaliyeva6013 Před 2 lety +2

    Allah rehmet elesin🙌bele kiwiler olsaydi xalq bu gune qslmazdi esl veten oqludu🙌❤️

  • @cahangirhaciyev4351
    @cahangirhaciyev4351 Před 2 lety

    Allah rəhmət eyləsin. Qəbri nurla dolsun. Gözəl insan idi. Allah bilən məsləhətdi.

  • @SonsuzaKadarMutsuz_fan
    @SonsuzaKadarMutsuz_fan Před 2 lety +1

    Allah rəhmət etsin.Mən də ilk dəfə 1992 ildə ilk dəfə testlə qəbul oldum.İndikindən fərqli olaraq çox gözəl imtahan keçdi.Daha 4 kurs tələbələri yoxlamadı.

  • @ll-kw2ez
    @ll-kw2ez Před 2 lety +3

    Allah ramat elasin Yeri canat olsun hec vaxt yntmariq

  • @durdaneqasimova9226
    @durdaneqasimova9226 Před 2 lety +3

    ALLAHrehmet elesin here bir haqq yolu acsaydi bu olkeye......

  • @geroxero8906
    @geroxero8906 Před 2 lety +1

    Allah qeni qeni rəhmət eləsin məkanı cənnət olsun böyük öndərimiz Elçibəy başda olmaqla V.Əyyub və AXC hakimiyəti əbədi urəyimizdədi yaşasın AXC-Müsavat🇹🇷🇦🇿🤘🙏

  • @elcinzeynalov4497
    @elcinzeynalov4497 Před 2 lety +2

    ALLAH RƏHMƏT ETSİN MƏKANI CƏNNƏT OLSUN

  • @ilqarmamedli425
    @ilqarmamedli425 Před 2 lety

    Allah rəhmət eləsin. Ruhu şad olsun.Qüruru, şəxsiyyəti, mənliyi hər şeydən üstün olan, layiq olduğu qiyməti almayan Dahi VURĞUN ƏYYUB, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Sizi heç vaxt unutmayacaqdır !

  • @matanatalyeva6101
    @matanatalyeva6101 Před 2 lety +1

    Allah rəhmət eləsin.
    Müəllim ailəsində doğulmuşdu,müəllim adının şərəfini qorudu.

  • @florakazmova8960
    @florakazmova8960 Před 2 lety

    Allah rəhmət eyləsin. Gözəl insana.Mənim qəbul imtahanındaqabagıma cıxdı pilləkanlardagördü kihəyacanlıyam dedi qorxma qızım gecikməmisən.Gözəl insan idi.

  • @sevilaliyeva685
    @sevilaliyeva685 Před 2 lety +1

    Allah rəhmət etsin,yerı behışt olsun! Test bızə də xeyirlı oldu!balaları xoşbəxt olsun ,ruhu şad olsun

  • @user-td7mt8gc2r
    @user-td7mt8gc2r Před 2 lety +2

    Allah rəhmət eləsin. Allah Məkanını Cənnət eləsin.

  • @user-gk4gp1fu5n
    @user-gk4gp1fu5n Před 2 lety +2

    Аллаh гени гени реhмет елесин. Чох саде ве семими инсан иди.

  • @bextiyarhesenov6692
    @bextiyarhesenov6692 Před 2 lety

    Allahdən sənə hər zaman rəhmət diləyirəm Vurğun Əyyub. Sən səni sevənlərin qəlbində həmişə yaşayacaqsan.

  • @rasimcefrov797
    @rasimcefrov797 Před 2 lety +1

    Allah ona qeni qeni rəhmət eləsin mən də 1992 çi ildə ilk test üsulu ilə qəbul olmuşam.Onun sayəsində.ATU nün müalicə profilaktika fakültəsinə bizə dərs deyən müəllimlər arasında qəbulda oturanlar da var idi bizə elə baxırdılar ki sanki bunların düşməniyik.Sonra da əla oxudugumuzu görüb fəxr edirdilər.Deyirdiler ki halal olsun size

  • @ceyranpasayeva2619
    @ceyranpasayeva2619 Před 2 lety

    Allah qəni- qəni rəhmət eləsin! Necə saf insan imiş. Nur içində yatsın. Allah aparıcıya da cansağlığı versin. Belə şəxsiyyətləri tanıdır.

  • @familatakisiyev9570
    @familatakisiyev9570 Před 2 lety

    VURĞUN ƏYYUB CƏNNƏT YERİN OLSUN HƏLƏ SƏNİN ÇOX ADAMLAR TƏTBİQ ETDİYİN TEST ÜSULUNUN ÇÖRƏYİNİ YEYƏCƏK