Əlincə Qalası | Naxçıvanın gəzməli yerləri, Kənd həyatı

Sdílet
Vložit
  • čas přidán 25. 08. 2021
  • Əlincə Qalası. Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tarixi memarlıq abidəsidi. Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Bəzi tədqiqatçıların fikrincə, Əlincə qalası eranın əvvəllərində inşa edilmiş, eramızın V əsrində bərpa edilmişdir. Qala Əlincə dağının zirvəsində yerləşir. Qala 14 il Xacə Cövhər və Əmir Altunun rəhbərliyi ilə qəhrəmanlıqla müdafiə olunmuşdur. 14 illik mübarizədən sonra müdafiəsiz qalan Əlincə qalası Əmir Teymurun nəzarətinə keçir. Əmir Teymurun vəfatından sonra qala Qaraqoyunluların hakimiyyəti altına keçmiş, bir dövr Teymuri-Qaraqoyunlu müharibəsi başlamışdır.Qala ilk öncə özünün qeyri-adi görünüşü ilə heyrətləndirici dərəcədə görünür. Əlincə qalasının divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə adətən iri yonulmuş daşlar qoyulmuşdur. Əlincə qalasının təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər mövcuddur. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur. Çünki qala divarlarının xaricində bir neçə yerdə qalada qazılmış, əsgərlərin yerləşdiyi səkilərə rast gəlmək mümkündür.
    #elinceqalasi #naxçıvanıngəzməliyerləri #naxcivan #camaldinkendi #emirteymur #azerbaycantarixi
    Abunə Ol: / @motodorx
    Digər videoları burdan izlə:
    ⏩ Dalga Beach • Azərbaycanın ən böyük ...
    ⏩ Quba Afurca Şəlaləsi • Afurca Şəlaləsi || Qub...
    ⏩ Quba Qəçreş • Quba Qəçrəş, Qubanın g...
    ⏩ Yardımlı Təkdam Şəlaləsi • Yardımlı şəlaləsi, İst...

Komentáře • 15

  • @ncs4351
    @ncs4351 Před 2 lety +3

    Möhtəşəm 🤩

  • @mirvarimehdiyeva162
    @mirvarimehdiyeva162 Před 2 lety +3

    👍👌✌əladı uğurlar

  • @incihuseynli6444
    @incihuseynli6444 Před 2 lety +3

    Çox super ellerinize sağliq😃👍

  • @user-hg8hg6oz2g
    @user-hg8hg6oz2g Před 28 dny +1

    МОЯ РОДИНА.АЛИНЧЕ-ГАЛАСЫ И ИЛАН-ДАГ.СЕЛО КОЙ-ДЕРЕ.ОЧЕНЬ КРАСИВЫЕ МЕСТА.

  • @azerxelilli3736
    @azerxelilli3736 Před 2 lety +2

    Uğurlar👍✌️

  • @orxanbabayev2924
    @orxanbabayev2924 Před 2 lety +2

    ugurlar

  • @ruslannovruz9744
    @ruslannovruz9744 Před rokem +2

    Burada funikulyor olsaydı,turistler üçün daha rahat ve cazibeli olardı..Amma,onuda anlamaq olur ki,az turist gelir ve funikulyor serfeli olmaz dövlete.

  • @samiradgozlli2563
    @samiradgozlli2563 Před rokem +2

    Dünya truziminin biraz cox olduda məncə, boz quraqlıq dağlardıda meşə yox ağac yox, qədimi yerlər ola bilər tarixi yerlər ola bilər ama qəbələ zaqatala ismayıllıya baxanda gözəl deyil